Aİ Putin üçün tribunalın layihəsini təsdiqləyib
Dünya 05 Fevral 2025, 12:00

238
Avropa Şurası Ukraynaya qarşı Cinayət Təcavüzü üzrə Xüsusi Tribunalın yaradılmasının hüquqi əsasları barədə razılığa gəlib.
Citypost.az xəbər verir ki, bu barədə BBC-nin rus xidməti məlumat yayıb.
Əgər tribunal yaradılarsa, o, Beynəlxalq Cinayət Məhkəməsindən müstəqil olacaq.
Təcavüz cinayəti beynəlxalq cinayətlərin ayrıca kateqoriyası olub, başqa dövlətə qarşı müharibə deməkdir.
Münaqişənin həm sıravi iştirakçılarının, həm də hər iki tərəfin komandirlərinin məsuliyyətə cəlb oluna biləcəyi hərbi cinayətlərdən və insanlığa qarşı cinayətlərdən fərqli olaraq, təcavüz cinayəti yalnız hücum qərarı verən ölkənin ali rəhbərliyinə aid edilə bilər.
Həmçinin oxuyun
Beləliklə, tribunalın yaradılması barədə qərar qəbul edilərsə, onun işi ilk növbədə Vladimir Putinə aid olacaq.
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə komissarı Kaya Kalas deyib ki, “o, Putinin Ukraynaya hücum etmək və onun suverenliyini pozmaq qərarı ilə təcavüz cinayəti törətdiyinə şübhə etmir”. "O, bu barədə açıq danışdı", - Kalas DW-dən sitat gətirib.
Avropa Komissiyasının sədri Ursula fon der Leyen də Rusiyanın hərəkətlərinin beynəlxalq hüququn kobud şəkildə pozulması olduğunu vurğulayıb. “Rusiya BMT Nizamnaməsini pozaraq Ukrayna sərhədlərinə tank sürmək qərarına gələndə ən ağır cinayətlərdən birini - təcavüz cinayətini törətdi. İndi ədalət olacaq".
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Sorğu: Zelenski yenidən ukraynalıların populyarlığını qazandı
"Ukraynada prezident seçkiləri indi keçirilsəydi, Kiyev rejiminin hazırkı rəhbəri Volodimir Zelenski qalib gələrdi".
13 Mart 2025, 18:30

"Ukrayna çətin ki, atəşkəsə razı olsun"-Belarus prezidenti
Belarus prezidenti Aleksandr Lukaşenko hesab edir ki, ukraynalılar çətin ki, atəşkəslə razılaşsınlar və Moskvadan imtina gözləyirlər.
13 Mart 2025, 18:18

Kanada Trampın təhdidlərinə baxmayaraq, ABŞ-dan bəzi "HIMARS" almaq istəyir
Kanadanın silahlı qüvvələri ABŞ prezidenti Donald Trampın şimal qonşusunu ABŞ-ın 51-ci ştatı etmək tələblərinə baxmayaraq, ölkə hökumətinə ABŞ-dan bir neçə HIMARS raket buraxılış qurğusu almağı təklif edir.
13 Mart 2025, 18:00

Lukaşenko: "Belarus hələ "Oreşnik"i Rusiyadan almayıb"
Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Minsk hələ ki, Rusiyanın "Oreşnik" raket sistemlərini almayıb.
13 Mart 2025, 17:51

Trampın ritorikası milyarderlərin sərvətini "əritdi"
ABŞ prezidenti Donald Trampın ticarət gərginliyini və qeyri-müəyyənlikləri artıran iqtisadi siyasətləri dünyanın ən zəngin insanlarının ilin əvvəlindən bəri dörddə bir trilyon dollar itirməsinə səbəb olub.
13 Mart 2025, 17:42

Araşdırma: Dünyada bir çox insan keyfiyyətli yuxudan məhrumdur
Həm fiziki, həm də ruhi sağlamlıq üçün əvəzolunmaz olan keyfiyyətli yuxu həyatın müxtəlif sahələrində səmərəliliyi artırsa da, dünyada bir çox insan yuxu rejimini yaxşılaşdırmaqda çətinliklərlə üzləşir.
13 Mart 2025, 17:36