Bizə yazın

Baku

-°C

USD

-

Qrenlandiyada görünməmiş buz daşqını: 3 trilyon litr su buraxıldı

Dünya 07 Fevral 2025, 18:00

406

Alimlər Şərqi Qrenlandiyada indiyə qədər qeydə alınan ən böyük buzlaq göl daşqınlarından birini müşahidə ediblər.

Citypost.az xəbər verir ki, Katalina gölündə yığılan 3 trilyon litr ərimiş buz suyu həftələr ərzində buraxılaraq Edvard Beyli buzlaqının altında 25 kilometr uzunluğunda tunel yaradıb.

Danimarkanın illik su istehlakının üç qatına bərabər olan bu qeyri-adi su axıdılması Qrenlandiyanın Scoresby Sound fyorduna axdı. Ekspertlər bildirirlər ki, bu nadir hadisə qlobal istiləşmənin təsiri ilə artan buzlaq daşqınlarının yaratdığı risklərə diqqət çəkir. Danimarkanın Kopenhagen Universitetinin Niels Bohr İnstitutunun alimləri bu prosesi ilk dəfə peyk görüntüləri ilə real vaxt rejimində izləyiblər. Araşdırmaya görə, Katalina gölü 20 il ərzində əriyən buz suları ilə doldu və su Edvard Beyli buzlaqının altında toplandı və zaman keçdikcə buzları yuxarı qaldırdı və nəhəng tunel açıb. Belə qəfil buzlaqlı göl daşqınları elm aləmində Glacial Lake Burst Floods (GLOF) adlanır və son 30 ildə qlobal temperaturun artması ilə daha tez-tez baş verir.

Milyonlarla insan risk altındadır

Tədqiqatçılar qeyd edirlər ki, belə buzlaq daşqınları xüsusilə Himalay dağları kimi əhalinin sıx məskunlaşdığı bölgələrdə dağıdıcı nəticələrə səbəb ola bilər. 2023-cü ildə aparılan araşdırmaya görə, dünyada 15 milyon insan belə qəfil daşqın təhlükəsi altında yaşayır. Araşdırmanı aparan Aslak Grinsted, "Qlobal istiləşmə səbəbiylə buzlaq göllərinin daşqın təhlükəsi artır. Bu hadisələri daha yaxşı başa düşmək erkən xəbərdarlıq sistemlərinin inkişafı üçün çox vacibdir" dedi.

Böyük miqdarda enerji buraxır

Buzlaq gölünün daşqınları böyük miqdarda enerji buraxır. Alimlərin fikrincə, Katalina gölündən axıdılan suyun hasil etdiyi enerji 22 gün ərzində tam gücü ilə işləyən dünyanın ən böyük atom elektrik stansiyasına bərabərdir. Tədqiqatçılar vurğulayırlar ki, bu nəhəng gücün yaşıl enerji istehsalı üçün necə istifadə oluna biləcəyini araşdırmaq lazımdır. Lakin Qrenlandiyanın aşağı əhali sıxlığı və infrastrukturun olmaması bu cür təbii enerji resurslarından istifadəni çətinləşdirir.

Araşdırma "Science Advances" jurnalında dərc olunub.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sorğu: Zelenski yenidən ukraynalıların populyarlığını qazandı  

"Ukraynada prezident seçkiləri indi keçirilsəydi, Kiyev rejiminin hazırkı rəhbəri Volodimir Zelenski qalib gələrdi".

13 Mart 2025, 18:30

"Ukrayna çətin ki, atəşkəsə razı olsun"-Belarus prezidenti

Belarus prezidenti Aleksandr Lukaşenko hesab edir ki, ukraynalılar çətin ki, atəşkəslə razılaşsınlar və Moskvadan imtina gözləyirlər.

13 Mart 2025, 18:18

Kanada Trampın təhdidlərinə baxmayaraq, ABŞ-dan bəzi "HIMARS" almaq istəyir

Kanadanın silahlı qüvvələri ABŞ prezidenti Donald Trampın şimal qonşusunu ABŞ-ın 51-ci ştatı etmək tələblərinə baxmayaraq, ölkə hökumətinə ABŞ-dan bir neçə HIMARS raket buraxılış qurğusu almağı təklif edir.

13 Mart 2025, 18:00

Lukaşenko: "Belarus hələ "Oreşnik"i Rusiyadan almayıb"

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Minsk hələ ki, Rusiyanın "Oreşnik" raket sistemlərini almayıb.

13 Mart 2025, 17:51

Trampın ritorikası milyarderlərin sərvətini "əritdi"

ABŞ prezidenti Donald Trampın ticarət gərginliyini və qeyri-müəyyənlikləri artıran iqtisadi siyasətləri dünyanın ən zəngin insanlarının ilin əvvəlindən bəri dörddə bir trilyon dollar itirməsinə səbəb olub.

13 Mart 2025, 17:42

Araşdırma: Dünyada bir çox insan keyfiyyətli yuxudan məhrumdur

Həm fiziki, həm də ruhi sağlamlıq üçün əvəzolunmaz olan keyfiyyətli yuxu həyatın müxtəlif sahələrində səmərəliliyi artırsa da, dünyada bir çox insan yuxu rejimini yaxşılaşdırmaqda çətinliklərlə üzləşir.

13 Mart 2025, 17:36