Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Pakistan xüsusi təyinatlılarının təlimi keçiriləcək

Hərbi 11 İyun 2025, 10:00

529

Cari ilin sentyabr ayında Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Pakistanın Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) iştirakı ilə ölkəmizdə keçiriləcək “Sonsuz-Qardaşlıq-IV” çoxmillətli təliminin iyunun 10-da yekun planlaşdırma konfransı təşkil edilib.

Bu barədə CityPost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Bakıda keçirilən konfransda iştirakçı ölkələrin XTQ mənsubları təlimin gedişatını və təşkilati məsələləri müzakirə edərək müxtəlif aspektlərə dair maraq doğuran sualları cavablandırıblar. Görüş zamanı xüsusi təyinatlıların birgə əməliyyat hazırlığı və qarşılıqlı əlaqədə fəaliyyətlərinin təşkili diqqət mərkəzində olub.

 

Təlimin praktiki mərhələsi üçün ətraflı planlaşdırma aparılıb və müxtəlif ssenarilər üzrə icra olunacaq tapşırıqlar müzakirə edilib. Konfransda, həmçinin hərbi əməkdaşlıq və təcrübə mübadiləsi kimi vacib məsələlərə də toxunulub.

“Sonsuz-Qardaşlıq-IV” çoxmillətli təlimi iştirakçı ölkələrin birgə əməliyyat qabiliyyətlərini artırmaq və regional təhlükəsizliyin gücləndirilməsinə töhfə vermək məqsədini daşıyır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO   

Cari ilin hazırlıq planına uyğun olaraq, hərbi pilotlar aviasiya vasitələri ilə təlim-məşq uçuşlarını icra ediblər.Müdafiə Nazirliyindən CityPost.az-a verilən məlumata görə, əvvəlcə şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb. Hərbi pilotların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra müəyyən edilmiş marşrutlar üzrə praktiki uçuşlar yerinə yetirilib.Hərbi pilotlar təyyarələrdə qalxma və enmə, eləcə də aşağı və orta hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqları icra ediblər.Hərbi pilotların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən uçuşlar zamanı yüksək peşəkarlıq nümayiş etdirilib....

11 İyun 2025, 15:00

Kursant hərbi rütbəsi əsgərə bərabər tutulacaq  

Müddətli həqiqi hərbi xidmət qulluqçuları hesab olunan əsgərlərə (matroslara) münasibətdə şamil olunan bir sıra normalar kursantlara münasibətdə də tətbiq ediləcək.CityPost.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Qanunda əksini tapıb.Beləliklə, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əlavə ediləcək yeni - 30.4-1-ci maddəyə əsasən, kursant hərbi rütbəsi əsgər (matros)...

10 İyun 2025, 16:00

MN: Pirəkəşküldə yararsız döyüș sursatları məhv ediləcək  

10-13 iyun tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüș sursatlarının təhlükəsizlik qaydalarıa riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxılğındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək.CityPost.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb."Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsası olmadığını diqqətə çatdırırıq", məlumatda deyilir.

10 İyun 2025, 12:50

Azərbaycan HHQ komandanı Özbəkistana səfər edib  

Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadənin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistan Respublikasının Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələrinin komandanı general-mayor Axmad Burxanovun dəvəti ilə Özbəkistan Respublikasına səfər edib.Bu barədə CityPost.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.Vildirilib ki, əvvəlcə, Daşkənddə yerləşən Heydər Əliyev park-meydanında Ulu Öndərin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülərək Ümummilli Liderin xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdirilib.General-leytenant Namiq İslamzadə Özbəkistan Respublikasının müdafiə naziri general-mayor Şuhrat Xalmuxamedov və özbək həmkarı general-mayor A.Burxanov ilə görüşüb.Keçirilən görüşlərdə hər iki ölkə arasında hərbi sahədə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub,...

09 İyun 2025, 11:30

Azərbaycan MN: Ermənistan tərəfi növbəti dəfə dezinformasiya yayıb  

Ermənistan tərəfi növbəti dəfə dezinformasiya yayıb.Bu barədə CityPost.az-a Müdafiə Nazirliyindən bildirilib."Mayın 30-da gecə saat 00:10-dan 01:00-dək Azərbaycan Ordusunun bölmələrinin guya Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açması nəticəsində yaşayış evinə ziyan dəyməsi və bir xırdabuynuzlu heyvanın tələf olması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat tamamilə yalandır. Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri mülki əhalini və mülki obyektləri heç zaman hədəf almır", MN-in məlumatında deyilir....

30 May 2025, 12:30

Zakir Həsənov Pakistan Quru Qoşunları komandanı ilə görüşüb  

Mayın 28-də Laçın şəhərində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı feldmarşal Asim Munir ilə görüşüb.Bu barədə CityPost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki,pakistanlı qonağı ölkəmizdə görməkdən məmnun olduğunu bildirən nazir onu "feldmarşal" ali hərbi rütbəsi alması münasibətilə təbrik edib.General-polkovnik Z.Həsənov dost və qardaş ölkə Pakistanla əlaqələrin digər sahələrdə olduğu kimi hərbi sahədə də genişləndirilməsinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət mərkəzində olduğunu bildirib.Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən feldmarşal A.Munir hərbi əlaqələrimizin inkişafı məqsədilə qarşılıqlı səfərlərin vacibliyini vurğulayıb.Tərəflər Azərbaycanla Pakistan arasında hərbi...

28 May 2025, 11:48