26 milyon avroluq maaşdan imtina etdi
İdman 10 Noyabr 2026, 13:28
393
Səudiyyə Ərəbistanı “Əl-Hilal”ının baş məşqçisi Simone İnzaqi komandanı tərk etmək qərarına gəlib.
Citypost.az QOL.az-a istinadən xəbər verir ki, bu haqda insayder Nikolo Skira məlumat yayıb. İtaliyalı mütəxəssis gələn ilin iyulunadək qüvvədə olan müqaviləsini yeniləməyəcək.
Bildirilir ki, “İnter”in sabiq baş məşqçisi Səudiyyə Ərəbistanında il ərzində 26 milyon avro məvacib alır. O, 2025-ci ilin yayından “Əl-Hilal”a rəhbərlik edir.
Komanda hazırda Səudiyyə Ərəbistanı Pro Liqasının turnir cədvəlinə liderlik edir. Paytaxt təmsilçisinin 11 turdan sonra 30 xalı var.
Həmçinin oxuyun
Qeyd edək ki, oktyabr ayında yayılan məlumatlara əsasən, “Arsenal”ın baş məşqçisi Mikel Arteta London klubu ilə müqaviləsini uzatdıqdan sonra dünyanın ən çox maaş alan futbol məşqçiləri siyahısında birinci pilləyə yüksəlib. Bununla da o, bu göstəricidə İnzaqini geridə qoyub.
Xankəndi stadionunda ilk rəsmi oyunun tarixi açıqlandı
Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb.Bu barədə Citypost.az-a Peşəkar Futbol Liqasından (PFL) məlumat verilib.PFL-in qərarına əsasən, noyabrın 19-da 1-ci Liqanın 8-ci turunda baş tutacaq "Xankəndi" – "Karvan-Yevlax" matçı bu stadionda baş tutacaq.Qarşılaşma saat 16:00-da start götürəcək."Xankəndi" klubu bundan sonrakı ev oyunlarını da bu şəhərdə keçirəcək. MOİK klubunun Xankəndi stadionundan istifadəsi isə qış fasiləsindən sonraya nəzərdə tutulub....
10 Noyabr 2026, 10:42
Şəhid qardaşı Avrasiya çempionu oldu
İdmançımız Avrasiya çempionatında uğur qazanıb.Citypost.az Oxu.az-a istinadla xəbər verir ki, Elmir Rzalı INBA (Beynəlxalq Natural Bodibildinq Assosiasiyası) tərəfindən təşkil olunan Avrasiya çempionatında uğurla çıxış edib.Belə ki, o, "Men"s Physique" kateqoriyası üzrə mübarizədə birinci yeri tutaraq çempionatın kubokuna sahib olub. Bununla da Elmir Rzalı üçqat Avrasiya çempionu titulunu qazanıb.Xatırladaq ki, bundan əvvəl o, Rumıniyanın paytaxtı Buxarestdə keçirilən natural bodibildinq və fitnes üzrə Avropa çempionatında Azərbaycanı təmsil edərək ikinci yeri tutub.Əslən Yardımlı rayonunun Bilnə kəndindən olan Elmir Rzalı bu idman növü üzrə üçqat Azərbaycan çempionudur.Qeyd edək ki, Elmir Rzalı Vətən müharibəsi şəhidi Əli Nuru oğlu Rzalının qardaşıdır....
10 Noyabr 2026, 08:00
"Mançester Yunayted" 73 il sonra antirekordu təkrarlayıb
"Mançester Yunayted" İngiltərə çempionatında ötən mövsümü ilk "üçlük"də başa vuran klublar arasında antirekordu təkrarlayıb."Report" "Opta Sport" statistika portalına istinadən xəbər verir ki, bu Premyer Liqanın X turunda "Aston Villa" ilə heç-heçə başa çatan matçdan (4:4) sonra reallaşıb.2025/2026 mövsümünü ilk "üçlük"də bitirən Mançester təmsilçisi cari çempionatda 10 tur ərzində cəmi bir qələbə qazanıb. Analoji hadisə sonuncu dəfə 1953/1954 mövsümündə "Arsenal"da yaşanıb.Qeyd edək ki, "Mançester Yunayted" 2026/2027 mövsümündə keçirdiyi 10 matçda 8 xal toplayaraq turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb....
09 Noyabr 2026, 18:42
Elgün Kərimli Olimpiya çempionu oldu
Azərbaycan komandası Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının çimərlik güləşi üzrə yarışlarında daha bir qızıl medal qazanıb.Bu barədə Citypost.az Milli Olimpiya Komitəsindən bildirilib.Komandanın üzvü Elgün Kərimli (90 kq) final görüşündə Gürcüstan təmsilçisi Nuradin Mustafayevə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.B qrupunda mübarizə aparan idmançı qrup mərhələsində keçirdiyi hər üç görüşü qələbə ilə başa vurub. E.Kərimli əvvəlcə Moldova təmsilçisi Artyom Kakeanı və Mərakeş idmançısı Nour Qannamı, sonuncu görüşündə isə Braziliya təmsilçisi Allan Smit de Souza Beserranı məğlub edərək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda Seneqal təmsilçisi Ablaye Diufu mübarizədən kənarlaşdıran güləşçimiz finala yüksəlib.Beləliklə, Azərbaycan komandası Dakar-2026-da çimərlik güləşi üzrə yarışları 3...
09 Noyabr 2026, 08:00
AFFA nümayəndələri Praqada UEFA-nın illik konfransında iştirak ediblər
AFFA baş katibinin müavini, UEFA-nın Klubların Lisenziyalaşdırılması Komitəsinin üzvü Elçin Məmmədov və digər nümayəndələr noyabrın 4-5-də Çexiyanın paytaxtı Praqada UEFA Klub Lisenziyalaşdırılması və Maliyyə Davamlılığı üzrə illik konfransda iştirak ediblər.Bu barədə Citypost.az-a AFFA-dan məlumat verilib.Konfransda Avropa klublarının futbol mənzərəsi, klub lisenziyalaşdırılması sahəsində yeniliklər, maliyyə davamlılığı, idarəetmə, uyğunluq və risklərin idarə edilməsi, eləcə də maliyyə sahəsində süni intellektin tətbiqi kimi mövzular müzakirə olunub.Həmçinin qadın futbolunda davamlı yarışların təşkili və inkişafı, Avropa ölkələrinin klub lisenziyalaşdırılması təcrübəsi və Çexiya futbolunda bu sahənin 30 illik inkişaf yolu barədə təqdimatlar keçirilib....
06 Noyabr 2026, 18:36
“Xankəndi”nin futbolçusu mükafatlandırıldı
Azərbaycan I Liqasında oktyabr ayının ən yaxşı qolunun müəllifi müəyyənləşib.Citypost.az xəbər verir ki, “Xankəndi” klubunun futbolçusu Bəhruz Teymurov “Ayın qolu” layihəsinin qalibi olub.Oktyabrın ən yaxşı qolu V turda “Şahdağ Qusar”la qarşılaşmada qeydə alınıb.Bəhruz Teymurova mükafatı Peşəkar Futbol Liqasının (PFL) inzibati binasında qurumun Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev təqdim edib.
06 Noyabr 2026, 17:30