Dekabrda neçə gün iş olmayacaq?
Cəmiyyət 10 Noyabr 2026, 14:53
404
2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ümumilikdə 9 gün qeyri-iş günü olacaq.
Citypost.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2026-cı il üçün təsdiq etdiyi istehsalat təqvimində məlumat yayılıb.
Təqvimə əsasən, dekabr ayında 8 gün şənbə və bazar günlərinə təsadüf edir. Bundan əlavə, dekabrın 31-i – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü də iş günü hesab edilmir.
Həmçinin oxuyun
Beləliklə, dekabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün 22 iş günü, 9 qeyri-iş günü olacaq.
Altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə dekabr ayında 5 qeyri-iş günü nəzərdə tutulub.
9 gün iş olmayacaq- TƏQVİM
2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş rejimi ilə çalışanları 9 qeyri-iş günü gözləyir.CityPost.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2026-cı ilin istehsalat təqvimində qeyd olunub.Təqvimə əsasən, dekabr ayı ərzində səkkiz gün şənbə və bazara təsadüf edir. Bundan başqa, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü də rəsmi qeyri-iş günüdür.Beləliklə, beşgünlük iş həftəsi ilə çalışanlar dekabr ayında 22 gün işləyəcək, 9 gün isə istirahət edəcəklər.Altıgünlük iş rejimində çalışanlar üçün isə ay ərzində 5 qeyri-iş günü nəzərdə tutulub....
10 Noyabr 2026, 14:51
Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında noyabrın 11-i gündüzdən 12-dək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var.
10 Noyabr 2026, 14:49
Azərbaycanlıların apardığı çərəzlər və meyvə-tərəvəz məhv edildi
Rusiyanın Surqut hava limanında sərnişinlərin ölkəyə gətirmək istədiyi 80 kiloqram bitki mənşəli məhsulun idxalına qadağa qoyulub.Citypost.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə “Rosselxoznadzor”un Tümen vilayəti, Yamalo-Nenets və Xantı-Mansi muxtar dairələri üzrə idarəsi məlumat yayıb.Bildirilib ki, oktyabrın 1-dən noyabrın 5-dək hava limanında 50 beynəlxalq aviareys yoxlanılıb. Yoxlamalar zamanı 24 qanun pozuntusu aşkarlanıb.Müsadirə olunan məhsullar Tacikistan, Özbəkistan və Azərbaycandan gələn sərnişinlərin baqajında və əl yüklərində aşkar edilib.Sərnişinlər ölkəyə təzə giləmeyvə, meyvə, tərəvəz, düyü, göyərti və qoz-fındıq keçirməyə çalışıblar. Qaydalara əsasən, bu məhsulların şəxsi baqajda sərhəddən keçirilməsinə məhdudiyyətlər tətbiq olunur.Aşkarlanan məhsulların hamısı müsadirə edilib və sahiblərinin ərizələri əsasında hava limanındakı xüsusi sobada...
10 Noyabr 2026, 13:46
Rəşad Əliyev yüksək vəzifəyə TƏYİN OLUNDU
AZCON Mühəndislik və Texnologiya Məktəbində (AZSET) yeni təyinat baş tutub.Citypost.az Yurd.Media-ya istinadən xəbər verir ki, Rəşad Əliyev AZSET – AZCON Mühəndislik və Texnologiya Məktəbinin təsisçi dekanı vəzifəsinə təyin olunub.O, məktəbin akademik və inzibati fəaliyyətinə rəhbərlik edəcək. Təsisçi dekan AZSET-in akademik standartlarının və institusional mədəniyyətinin formalaşdırılmasına, daxili idarəetmə orqanlarının fəaliyyətinə, tədris proqramlarının tanınması, akademik tənzimləmə və elmi dərəcələrin verilməsi ilə bağlı məsələlərə cavabdeh olacaq.Rəşad Əliyev həmçinin TUMint və AZCON Holdinq ilə məktəbin əsas əlaqələndirici nümayəndəsi kimi çıxış edəcək.Qeyd edək ki, AZSET proqramı AZCON Holding və Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşlığı, “TUM International GmbH”nın (TUMint) dəstəyi ilə ərsəyə gəlib.AZSET AzTU-nun nəzdində fəaliyyət...
10 Noyabr 2026, 13:40
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
10 noyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Serbiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavlyeviçi qəbul edib.XİN-dən Citypost.az-a verilən xəbərə görə, görüş zamanı, ilk öncə Azərbaycan ilə Serbiya arasında əlaqələrin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Dostluq" ordeni ilə təltif olunmuş səfirə orden təqdim olunub və təbrik mesajı çatdırılıb. Səfir bu ali mükafatla təltif olunmağına görə dərin minnətdarlığını bildirib, bunu ölkələrimiz arasında əlaqələrə verilən yüksək qiymətin təzahürü kimi dəyərləndirib.Görüşdə Azərbaycan-Serbiya münasibətlərinin strateji tərəfdaşlıq xarakteri, mövcud əməkdaşlıq gündəliyi müzakirə olunub.Nazir Ceyhun Bayramov Azərbaycan və Serbiya arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə edərək,...
10 Noyabr 2026, 13:25
Sabah dağlarda 15°-dək şaxta olacaq
Azərbaycanda noyabrın 11-də yağış yağacağı gözlənilir.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüzdən yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 5-7° isti, gündüz 11-14° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 766 mm civə sütununa enəcək.Nisbi rütubət 70-80 % təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi şərq rayonlarında qısamüddətli yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.Havanın temperaturu gecə2-6° isti, gündüz 12-17° isti, dağlarda gecə 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 10-15°...
10 Noyabr 2026, 12:30