Bizə yazın

Baku

-°C

USD

-

İrandan növbəti təxribat: İrəvandakı Azərbaycan məscidində...

Cəmiyyət 10 Noyabr 2026, 16:00

499

Ermənistanın paytaxtı İrəvanda yerləşən tarixi Göy məscidin mərasim zalına erməni şairi Yeqişe Çarentsin adı verilib. Növbəti mərhələdə həmin zalda şairin büstünün qoyulması planlaşdırılır.

Citypost.az Trend-ə istinadla xəbər verir ki, bu barədə İranın Ermənistandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, müvafiq təşəbbüs çərçivəsində İrəvanda işgüzar səfərdə olan İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədi şairin adının əks olunduğu lövhənin açılışını edib.

İranın Ermənistandakı səfirliyindən məlumatına əsasən, növbəti mərhələdə məscidin mərasim zalında Çarentsin büstünün quraşdırılması nəzərdə tutulur.

Xatırladaq ki, İrəvandakı Göy məscid Azərbaycanın tarixi-mədəni irsi ilə bağlı mühüm abidələrdən biridir. XVIII əsrdə İrəvan xanlığı dövründə inşa edilən məscid İrəvan xanı Hüseynəli xanın adı ilə bağlıdır.

Problemlərinizi bizə bildirin

077 323 55 66

AFFA Region Liqasına yeni formatda start verilib

AFFA Region Liqasının 2026/2027 mövsümünə yeni formatda start verilib."Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 7-dən 9-dək AFFA Futbol Layihələri Şöbəsinin rəhbərliyi və Regional Futbol Federasiyalarının iştirakı ilə keçirilən ilk turun oyunlarında 70-dən çox komanda mübarizə aparıb.Bu mövsüm Bakı, Mərkəz, Şimal, Cənub, Qarabağ, Şimal-Qərb və Qərb regionları ilə yanaşı, uzun fasilədən sonra Naxçıvan komandaları da yarışa qoşulub.Qeyd edək ki, AFFA Region Liqası 2027-ci ilin may ayınadək davam edəcək. İlk turun oyunlarında qeydə alınan nəticələr: Bakı regionu Ramana FK – City Baku 6-4 Capital Baku – Fencing İK 1-3 Xan Çinar FK - İRS FK 2-3 İnşaatçı PİK...

10 Noyabr 2026, 15:49

Tanınmış sənətçimiz qəfil VƏFAT ETDİ

Əməkdar mədəniyyət işçisi, Prezident mükatçısı, sevilən aktyor Aslan Fətullayev vəfat edib.Citypost.az Oxu24.com-a istinadən xəbər verir ki,aktyor bu gün dünyasını dəyişib.Məlumat üçün bildirək ki, Aslan Fətullayev 20 oktyabr 1956-cı ildə Lerik rayonunun Çayrud kəndində anadan olub. Sənətə sevgisi hələ uşaqlıq illərindən başlayıb. Cəmi yeddi yaşında kənd mədəniyyət evində səhnələşdirilən Yusif Əzimzadənin “Nəsrəddin” komediyasında İnkir obrazı ilə ilk dəfə səhnəyə çıxıb. Bu çıxış sonradan bütün ömrünü həsr edəcəyi sənət yolunun başlanğıcı olub.1974–1976-cı illərdə Bakı Kitabxanaçılıq Texnikumunda, 1977–1982-ci illərdə isə Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. Peşəkar fəaliyyətinə paralel olaraq mədəniyyət sahəsində də fəal çalışıb, Sumqayıt şəhərinin mədəniyyət müəssisələrində, o cümlədən “Dostluq” mədəniyyət...

10 Noyabr 2026, 15:48

Dekabrda neçə gün iş olmayacaq?

2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ümumilikdə 9 gün qeyri-iş günü olacaq.Citypost.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2026-cı il üçün təsdiq etdiyi istehsalat təqvimində məlumat yayılıb.Təqvimə əsasən, dekabr ayında 8 gün şənbə və bazar günlərinə təsadüf edir. Bundan əlavə, dekabrın 31-i – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü də iş günü hesab edilmir.Beləliklə, dekabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün 22 iş günü, 9 qeyri-iş günü olacaq.Altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə dekabr ayında 5 qeyri-iş günü nəzərdə tutulub....

10 Noyabr 2026, 14:53

9 gün iş olmayacaq- TƏQVİM

2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş rejimi ilə çalışanları 9 qeyri-iş günü gözləyir.CityPost.az   xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2026-cı ilin istehsalat təqvimində qeyd olunub.Təqvimə əsasən, dekabr ayı ərzində səkkiz gün şənbə və bazara təsadüf edir. Bundan başqa, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü də rəsmi qeyri-iş günüdür.Beləliklə, beşgünlük iş həftəsi ilə çalışanlar dekabr ayında 22 gün işləyəcək, 9 gün isə istirahət edəcəklər.Altıgünlük iş rejimində çalışanlar üçün isə ay ərzində 5 qeyri-iş günü nəzərdə tutulub....

10 Noyabr 2026, 14:51

Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında noyabrın 11-i gündüzdən 12-dək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var.

10 Noyabr 2026, 14:49

Azərbaycanlıların apardığı çərəzlər və meyvə-tərəvəz məhv edildi

Rusiyanın Surqut hava limanında sərnişinlərin ölkəyə gətirmək istədiyi 80 kiloqram bitki mənşəli məhsulun idxalına qadağa qoyulub.Citypost.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə “Rosselxoznadzor”un Tümen vilayəti, Yamalo-Nenets və Xantı-Mansi muxtar dairələri üzrə idarəsi məlumat yayıb.Bildirilib ki, oktyabrın 1-dən noyabrın 5-dək hava limanında 50 beynəlxalq aviareys yoxlanılıb. Yoxlamalar zamanı 24 qanun pozuntusu aşkarlanıb.Müsadirə olunan məhsullar Tacikistan, Özbəkistan və Azərbaycandan gələn sərnişinlərin baqajında və əl yüklərində aşkar edilib.Sərnişinlər ölkəyə təzə giləmeyvə, meyvə, tərəvəz, düyü, göyərti və qoz-fındıq keçirməyə çalışıblar. Qaydalara əsasən, bu məhsulların şəxsi baqajda sərhəddən keçirilməsinə məhdudiyyətlər tətbiq olunur.Aşkarlanan məhsulların hamısı müsadirə edilib və sahiblərinin ərizələri əsasında hava limanındakı xüsusi sobada...

10 Noyabr 2026, 13:46