Bizə yazın

Baku

-°C

USD

-

14 metrlik nəhəng maşını hər kəsi heyrətləndirdi - İkimərtəbəli ev boydadır

Dünya 10 Noyabr 2026, 12:25

562

Birləşmiş Ərəb Əmirliklərində “Göy qurşağı şeyxi” kimi tanınan Həməd bin Həmdən Əl Nəhyan qeyri-adi avtomobil kolleksiyası ilə yenidən diqqət mərkəzindədir. Şeyxin sahib olduğu 14 metr uzunluğundakı nəhəng “Hummer H1 X3” modeli ölçüləri və içərisindəki şəraiti ilə görənləri heyrətləndirir.

Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, təxminən 3000 avtomobildən ibarət kolleksiyaya sahib olan Şeyx Həməd xüsusi dizaynlı nəhəng “Hummer”i ilə fərqlənir.

Uzunluğu 14 metr, eni isə 6 metr olan bu unikal nəqliyyat vasitəsi təxminən ikimərtəbəli binanın hündürlüyünə çatır.

Hərbi yolsuzluq avtomobili görünüşünü qoruyub saxlayan “Hummer H1 X3” dörd güclü dizel mühərriki ilə hərəkətə gətirilir və altında yerləşən nəhəng təkərləri ilə diqqət çəkir.

Xaricdən hərbi maşını xatırladan nəqliyyat vasitəsinin içi əsl yaşayış evini xatırladır. Nəhəng “Hummer”in daxilində tam təchizatlı yaşayış sahəsi, mətbəx və vanna otağı mövcuddur.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Paşinyan Türkiyəni seçdi - KTMT sammitinə getməyəcək

Ermənistanın baş naziri Nikol Paşinyan BMT-nin iqlim dəyişikliyi üzrə konfransına qatılmaq məqsədilə Türkiyəyə səfər edəcək.Citypost.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.Baş nazirin mətbuat katibi Melanya Arutyunyan Ermənistan mətbuatına açıqlamasında bildirib ki, hökumət rəhbəri noyabrın 11-də COP31 konfransında iştirak etmək üçün Antalya şəhərinə yola düşəcək.Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) 2026-cı il noyabrın 9-dan 20-dək Antalyada təşkil olunacaq.Nəzərə çatdıraq ki, Paşinyanın Türkiyədə olacağı tarixdə - noyabrın 11-də Moskvada KTMT-nin sammiti keçiriləcək.Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın daha öncə qeyd etdiyi kimi, həmin tədbirdə Ermənistanın KTMT-yə üzvlüyü məsələsi...

10 Noyabr 2026, 11:10

Deputat qızına 400 min nəfərlik toy edir

Hindistanın Bihar ştatının qanunverici məclisinin üzvü Anant Sinqh qızının toy mərasiminə 400 minədək insanı dəvət etməyi planlaşdırır.Citypost.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “NDTV” məlumat yayıb. Bildirilib ki, deputatın qızı Şivanqinin toy mərasimi Sinqhin doğma kəndində keçiriləcək. Hazırda kənddə tədbirə hazırlıq işləri geniş vüsət alıb.Qonşu Uttar Pradeş ştatından gələn ustalar mərasim üçün nəhəng çadırlar və xüsusi məkanlar qururlar. Bəy və gəlin üçün uzunluğu təxminən 30 metr olan səhnə hazırlanır. Səhnənin bəzədilməsi üçün ümumilikdə 15 ton dekorativ elementdən istifadə olunacaq. Yüksək vəzifəli qonaqların qəbulu üçün isə ayrıca çadır nəzərdə tutulub.Anant Sinqh bildirib ki, dəvətlilər arasında təkcə Hindistan vətəndaşları deyil, Pakistan nümayəndələri...

10 Noyabr 2026, 10:00

Kaliforniyada milyarderlərə vergi təklifi rədd edilib  

Kaliforniya seçiciləri milyarderlərin xalis sərvətinə birdəfəlik 5 faiz vergi tətbiq edilməsini nəzərdə tutan təklifi rədd ediblər.Citypost.az xəbər verir ki, 40-cı Təklifin qəbul edilməməsi onun əleyhinə yüz milyonlarla dollar xərcləyən texnologiya milyarderləri üçün qələbə olub.Təşəbbüsə əsasən, xalis sərvəti 1 milyard dolları keçən şəxslərdən toplanacaq verginin əsas hissəsi səhiyyəyə, qalanı isə təhsil və ərzaq yardımı proqramlarına yönəldilməli idi.Google-un həmtəsisçisi Sergey Brin təklifin qarşısını almaq üçün 100 milyon dollardan çox vəsait ayırıb. Ümumilikdə, təşəbbüsün əleyhdarları 333 milyon dollardan artıq ianə toplayıblar.Təklifin tərəfdarları isə onun rədd edilməsini sərvət bərabərsizliyi ilə mübarizədə geriləmə kimi qiymətləndirirlər.Turan...

10 Noyabr 2026, 09:56

Makronlar ABŞ-da sağçı podkastçıya qarşı yeni iddia qaldırıblar

Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Makron ABŞ-da sağçı podkastçı Kendas Ouensə qarşı yeni məhkəmə iddiası qaldırıblar. Buna səbəb Ouensin Bricit Makronun transgender qadın olması ilə bağlı yalan iddialarını davam etdirməsidir.Citypost.az france24.com-a istinadən xəbər verir ki, Makronlar iddianı Ouensin yaşadığı ABŞ-ın Tennessi ştatındakı federal məhkəməyə təqdim ediblər.Məhkəmə sənədlərində bildirilir ki, podkastçı bu iddialardan öz platformasını tanıtmaq, şöhrət qazanmaq və maddi gəlir əldə etmək məqsədilə istifadə edib. Makronlar həmçinin Ouensi əvvəlki məhkəmə iddiasından sonra da böhtan xarakterli açıqlamalarını davam etdirməkdə ittiham edirlər.411 səhifəlik şikayətdə qeyd olunur ki, Ouens podkastında Makronlar haqqında yalan məlumatlar yaymaqla yanaşı, onları ələ salan məhsullar...

10 Noyabr 2026, 09:54

Fransada yüksək patogenli quş qripi aşkarlanıb

Fransanın Sena-Maritim departamentində həyətyanı quşçuluq təsərrüfatında yüksək patogenli quş qripi epidemiyası qeydə alınıb. Virusun digər təsərrüfatlara yayılmasının qarşısını almaq üçün ərazidə məhdudlaşdırıcı tədbirlər görülür.Citypost.az Fransa KİV-lərinə istinadən xəbər verir ki, bu barədə prefekturanın yaydığı məlumatda bildirilib.Epidemiya Le Havr və Fekamp şəhərləri arasında yerləşən Sen-Sauver-d'Emallevil kommunasında aşkarlanıb. Yoluxmanın digər təsərrüfatlara yayılması riskini azaltmaq məqsədilə yoluxmuş müəssisənin ətrafında 3-10 kilometr radiusda xüsusi nəzarət zonaları yaradılıb.Prefekturanın məlumatına görə, virusun yayılmasına qarşı mübarizə tədbirləri çərçivəsində yoluxmuş təsərrüfatda quşların məhv edilməsi əməliyyatı həyata keçiriləcək.Qeyd edək ki, ötən həftə Fransada quş qripi ilə bağlı risk səviyyəsi “aşağı”dan “orta”ya yüksəldilib. Bu qərar qonşu ölkələrdə köçəri vəhşi quşlar...

10 Noyabr 2026, 01:30

1000-dən çox miqrant ABŞ-a keçmək ümidi ilə Meksikaya daxil olub

ABŞ-a çatmaq ümidi ilə yola çıxan 1000-dən çox Mərkəzi Amerika miqrantından ibarət karvan Meksikaya gəlib. Miqrantlar sərhədə doğru irəliləsələr də, onların ABŞ-a çatmaq imkanlarının məhdud olduğu bildirilir.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, qrup bazar günü axşam saatlarında Qvatemala ilə sərhəddən təxminən 30 kilometr məsafədə yerləşən Meksikanın Tapaçula şəhərinə çatıb.Miqrantların bir qismi əllərində “Mərkəzi Amerika karvanı” yazılmış lövhələr, Honduras və Qvatemala bayraqları daşıyıb. Onların arasında dini mesajlar yazılmış plakatlar da olub.Karvanda iştirak edən 25 yaşlı honduraslı Misael Vaskes ABŞ-da keçirilən aralıq seçkilərdə Demokratlar Partiyasının qələbəsinin miqrantlara ümid verdiyini bildirib.“Bu, miqrantlar üçün yaxşı bir şeydir”, – deyə o qeyd edib. 23...

10 Noyabr 2026, 01:00