Bizə yazın

Baku

-°C

USD

-

Göy məsciddə Çarens büstü : İranın siyasi hoqqabazlığı — ŞƏRH

Siyasət 10 Noyabr 2026, 14:43

377

İrəvanın tarixi Göy məscidində erməni şairinin adının yaşadılması və büstünün qoyulması təşəbbüsü təkcə mədəni tədbir deyil. Bu hadisə Azərbaycanın tarixi-mədəni irsinə münasibəti, Ermənistanın mənimsəmə siyasətini və İranın regional maraqlarını yenidən gündəmə gətirir.

İrəvanda baş verənlərə baxın! Bir vaxtlar İrəvan xanı Hüseynəli xanın təşəbbüsü ilə tikilmiş, Azərbaycan tarixinin və memarlıq irsinin yadigarı olan Göy məscidin mərasim zalına erməni şairi Yeğişe Çarensin adı verilir. Bununla da kifayətlənmirlər, həmin zalda Çarensin büstünün qoyulması planlaşdırılır. Mərasimdə isə İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədi şəxsən iştirak edir.

Adamdan soruşarlar: Göy məscid hara, Yeğişe Çarens hara? Məscid hara, şair büstü hara? Məscidin öz tarixi, öz qurucusu, öz milli-mədəni yaddaşı ola-ola onun daxilində başqa bir xalqın ədəbi simvolunun təntənəli şəkildə ucaldılması hansı tarixi ədalətin təzahürüdür?

Söhbət Çarensin yaradıcılığını, şair kimi istedadını inkar etməkdən getmir. Ədəbiyyat sərhəd tanımır, böyük şairlər müxtəlif xalqların mədəniyyətində iz buraxa bilərlər. Çarensə İrəvanda heykəl də qoymaq olar, adına küçə də vermək olar, muzey də yaratmaq olar.

Bəs bunun üçün məhz Göy məscid niyə seçilməlidir? İrəvanda erməni şairinin xatirəsini yaşatmağa başqa yer tapılmadımı?

Göy məscid XVIII əsrin 60-cı illərində İrəvan xanı Hüseynəli xan tərəfindən inşa etdirilib. Bu abidə İrəvan xanlığı dövrünün Azərbaycan memarlıq irsinin mühüm nümunələrindəndir. Onun tarixi bir xalqın yaddaşından, bir şəhərin keçmişindən və müsəlman memarlıq ənənəsindən ayrı təsəvvür edilə bilməz. Məscidin qorunması, bərpası və gələcək nəsillərə çatdırılması, ilk növbədə, onun tarixi kimliyinə hörmətlə yanaşmağı tələb edir.

Ancaq Ermənistanın Göy məscidə münasibətində qəribə bir yanaşma var. Qarabağda Alban mədəni irsinə sahib çıxmaq üçün yüz cür tarixi iddia irəli sürən, Alban kilsələrini erməni kilsəsi kimi təqdim etməyə çalışan bu ölkə İrəvanda Azərbaycan xanlığının yadigarına gələndə onu «fars məscidi» adlandırır. Yəni Qarabağda Alban irsi erməniləşdirilir, İrəvanda Azərbaycan irsi isə farslaşdırılır. Hər iki halda Azərbaycan xalqının tarixi yaddaşı arxa plana keçirilir.

Burada daha maraqlı bir sual yaranır: Göy məscid tikiləndə İrəvanda neçə nəfər fars yaşayırdı? İrəvan xanlığının əhalisinin etnik tərkibi necə idi? Məscidi tikdirən Hüseynəli xan hansı tarixi-siyasi mühitin nümayəndəsi idi? Ermənistan və İranın başbilənləri bu suallara tarixi sənədlərlə cavab verə bilərlərmi

Bəli, İrəvan xanlığı dövründə şəhərdə müxtəlif etnik və dini icmalar yaşayırdı. Farsların da bölgənin tarixi həyatında müəyyən yeri olub. Lakin bu fakt Azərbaycan xanlığı dövründə tikilmiş məscidin avtomatik olaraq farslara məxsus olması demək deyil. Memarlıq üslubunun İran memarlıq ənənələri ilə oxşarlığı da abidənin tarixi mənsubiyyətini dəyişmir. Bir binanın memarlıq təsiri ilə onun kim tərəfindən, hansı dövlətin ərazisində və hansı tarixi şəraitdə inşa edilməsi tamam ayrı məsələlərdir.

Ən təəccüblüsü isə İranın bu prosesdəki roludur. İranın vitse-prezidenti Həmid Purməhəmmədi sadəcə tədbirə qatılmayıb. O, mərasim zalına Çarensin adının verilməsi ilə bağlı tədbirdə iştirak edib. Büstün qoyulması isə növbəti mərhələ kimi elan olunub. Deməli, söhbət hansısa erməni təşkilatının təsadüfi təşəbbüsündən deyil, İranın yüksək səviyyəli dövlət nümayəndəsinin iştirakı ilə həyata keçirilən mədəni-siyasi addımdan gedir.

İran səfirliyinin mətbuat açıqlaması isə bu məsələdəki mövqeyin təsadüfi olmadığını bir daha göstərir. Səfirliyin açıqlamasında bildirilir ki, təşəbbüs Çarensin İran mədəniyyətinə və ədəbiyyatına xüsusi marağına, xüsusilə Firdovsinin «Şahnamə» əsərinə sevgisinə, eləcə də Göy məscidin qorunmasına verdiyi töhfələrə hörmət məqsədi daşıyır. Daha sonra isə məscid «İran və Ermənistanın tarixi və mədəni irsinin simvollarından biri» adlandırılır. Üstəlik, mərasim zalına Çarensin adının verilməsi və büstünün qoyulması «ortaq mədəni irsin qorunması» kimi təqdim edilir.

Doğrudanmı, İran səfirliyi hesab edir ki, bir erməni şairinin Firdovsinin «Şahnamə»sini sevməsi Azərbaycan xanı Hüseynəli xanın tikdirdiyi məscidi İran və Ermənistanın ortaq irsinə çevirmək üçün kifayət edir? Məgər bir insanın hansısa xalqın ədəbiyyatına maraq göstərməsi həmin xalqın tarixi abidəsinə sahiblik hüququ yaradır? Bu məntiqlə sabah bir Azərbaycan şairi Hötenin yaradıcılığına maraq göstərsə, Almaniya gəlib onun yaşadığı evi Almaniyanın və Azərbaycanın ortaq mədəni irsi elan edə bilərmi?

İran səfirliyinin açıqlamasında ən diqqətçəkən məqam isə Göy məscidin Azərbaycan xanlığı dövründə tikildiyinin, qurucusunun Hüseynəli xan olduğunun, İrəvanın Azərbaycan tarixi və mədəniyyəti ilə bağlılığının bir cümlə ilə belə xatırladılmamasıdır. Məgər tarixi faktları seçməklə tarix yazmaq olar? Məscidin bərpasına töhfə vermək onun tarixi mənsubiyyətini dəyişmək demək deyil. Çarensin qorunma işində iştirakı olubsa, bu, ayrıca qeyd edilə bilər. Ancaq həmin xidmət Azərbaycan xalqının tarixi irsini «ortaq İran-Ermənistan irsi» adı altında təqdim etməyə əsas vermir.

İran səfirliyi Çarensin Göy məscidin qorunmasında xidmətindən danışır. Yaxşı, konkretləşdirək: O, hansı təhlükənin qarşısını alıb? Hansı qərara etiraz edib? Məscidin sökülməsi barədə verilmiş hansı qərarın ləğvinə nail olub? Bu xidmətin tarixi sənədi, arxiv sübutu varmı?

Erməni mənbələrinin təqdim etdiyi məlumata görə, Çarens və bir sıra erməni ziyalıları Sovet hakimiyyəti dövründə məscidin sökülməsinin qarşısının alınmasına çalışıblar və binanın muzey kimi istifadəsinə nail olunmasında rol oynayıblar. Məsciddə 1937-ci ildən İrəvan Tarix və Təbiət muzeylərinin fəaliyyət göstərdiyi qeyd olunur. Əgər belədirsə, bu xidmət tarixi fakt kimi qeyd oluna bilər. Ancaq bir həqiqəti də unutmayaq: Göy məscid erməni ziyalılarının xatirinə tikilməyib, onlar meydana çıxmazdan çox əvvəl Azərbaycan xanı Hüseynəli xanın sifarişi ilə inşa edilib.

Üstəlik, İran səfirliyinin açıqlamasında Çarensin konkret hansı xidmətindən söhbət getdiyi göstərilmir. Ümumi ifadələrlə tarixi mənsubiyyət yaratmaq olmaz. Əgər Çarens məscidin qorunmasına kömək edibsə, təşəkkür etmək olar. Amma bu, Azərbaycan xalqının tarixi abidəsini İran və Ermənistanın «ortaq irsi» elan etməyə əsas vermir.

Bir məqamı da soruşaq: Məscidin qorunmasına görə minnətdarlıq etmək başqa, onu kimin tikdirdiyini unutdurmaq başqadır. Əgər Çarens bu məscidin sökülməsinə mane olubsa, deməli, qorunmağa ehtiyacı olan bir abidənin tarixindən söhbət gedir. Bəs həmin abidəni bu gün «ortaq İran-Ermənistan irsi» adlandırmaq hansı məntiqə sığır?

Çarensin mümkün xidmətinə hörmət etmək olar, amma Hüseynəli xanın qurduğu tarixi həqiqətin üstündən xətt çəkmək olmaz!

Burada İran səfirliyinə bir daha xatırlatmaq lazımdır: Firdovsinin «Şahnamə»sinə sevgi ilə Hüseynəli xanın tikdirdiyi Göy məscidin tarixi eyni şey deyil. Ədəbiyyata maraq başqa, tarixi abidənin mənsubiyyəti başqa! Bunları qəsdən qarışdırmaq isə mədəniyyətə hörmət deyil, tarixi kimliyi siyasi maraqlara uyğun dəyişdirmək cəhdidir.

İran səfirliyinin açıqlaması əslində bizim verdiyimiz sualı daha da aktuallaşdırır: Göy məscid tikiləndə İrəvanda neçə fars yaşayırdı? Məscidin hansı tarixi sənədlə İran-Ermənistanın ortaq irsi olduğu sübut edilir? Səfirlik bu suallara şairin «Şahnamə»yə sevgisi ilə deyil, tarixi sənədlərlə cavab verməlidir.

Ermənilərdən bunu və bundan da betərini gözləmək mümkündür. Onların Azərbaycan tarixi-mədəni irsinə münasibəti, Qarabağda Alban irsini mənimsəmək cəhdləri, İrəvanın Azərbaycan keçmişini yaddaşlardan silmək siyasəti artıq heç kimi təəccübləndirməməlidir. Çünki bu, erməni millətçi siyasətinin illərdir davam edən xəttidir. Onlar üçün tarixi həqiqət yalnız öz iddialarına xidmət etdiyi zaman qəbulolunandır.

Ancaq bu hadisədə əsl təəccüb doğuran Ermənistanın davranışı deyil, İran rəsmisinin həmin prosesdə iştirakı və erməni tərəfi ilə eyni mövqedən çıxış etməsidir. Özünü İslam dünyasının müdafiəçisi, şiə təəssübkeşliyinin daşıyıcısı kimi təqdim edən bir dövlətin yüksək vəzifəli nümayəndəsi Azərbaycanın tarixi-mədəni irsinə münasibətdə belə bir mənzərənin iştirakçısına çevrilirsə, onda Tehran hakimiyyətinin dini ritorikasının səmimiliyi ciddi sual altına düşür

Deməli, söhbət dini həmrəylikdən deyil, siyasi maraqların diktə etdiyi münasibətdən gedir. Azərbaycanla münasibətlərdə məzhəb yaxınlığını önə çəkən, müsəlman qardaşlığından danışan İran rəsmiləri İrəvanda Azərbaycanın tarixi məscidinin kimliyinin arxa plana keçirilməsinə etiraz etmirlər. Əksinə, bu prosesdə iştirak edirlər. Belə çıxır ki, İranın müsəlman təəssübkeşliyi siyasi maraqların sərhədini keçə bilmir. Dini şüarlar isə lazım gələndə siyasi hoqqabazlığın pərdəsinə çevrilir.

Həmid Purməhəmmədi yaxşı ki, bir addım da irəli gedib Çarensi seyid, peyğəmbər övladı elan etməyib! Bəlkə onda məscidin qapısında onun adına ayrıca ziyarət guşəsi də yaradardılar! Əlbəttə, bu, istehzadır. Amma ortada elə bir mənzərə yaranıb ki, istehza belə hadisənin mahiyyətini ifadə etməkdə bəzən aciz qalır.

Burada daha böyük bir problem var. İranın siyasi dairələrində Azərbaycan xalqına münasibətdə vaxtaşırı özünü göstərən fars-mərkəzçi yanaşma, tarixi Azərbaycan torpaqlarının və mədəni irsinin kimliyini arxa plana keçirmək meyli bu hadisədə də müzakirə mövzusuna çevrilir. Bir tərəfdən Azərbaycanla dini və tarixi yaxınlıqdan danışılır, digər tərəfdən isə Azərbaycanın tarixi-mədəni yaddaşına aid abidənin simvolik məkanında erməni milli kimliyinin təntənəli şəkildə önə çəkilməsinə dövlət səviyyəsində dəstək verilir.

İranın Göy məscidin bərpasında iştirak etməsi ona bu abidənin tarixi kimliyini müəyyənləşdirmək və ya dəyişdirmək hüququ vermir. Maddi vəsait qoymaq tarixi mənsubiyyət üzərində sahiblik hüququ yaratmır. Bir abidəni bərpa etmək başqa, onun tarixini siyasi maraqlara uyğun təqdim etmək tamam başqa məsələdir.

Ermənistan tərəfinə də sualımız var: İrəvanın Azərbaycan xanlığı dövründən qalan məscidinin tarixi kimliyinə niyə bu qədər ehtiyatla yanaşırsınız? Məscidin qorunması onun tarixinin də qorunması demək deyilmi? Əgər Çarens həqiqətən bu abidənin qorunmasında xidmət göstəribsə, həmin xidmətin tarixdə qeyd olunmasına heç kim etiraz etmir. Ancaq bunu məscidin öz tarixi kimliyini kölgədə qoyan mərasimə çevirmək nə qədər doğrudur?

İranın dini-siyasi rəhbərliyinə də xatırlatmaq lazımdır ki, İslam həm də ədalət dinidir. Ədalət isə dost seçiminə, siyasi marağa, məzhəb yaxınlığına görə dəyişmir. Müsəlman abidəsinin tarixi taleyinə münasibətdə də, Azərbaycan xalqının mədəni irsinə hörmət məsələsində də eyni prinsip işləməlidir. Əgər dini təəssübkeşlik yalnız siyasi maraqların tələb etdiyi yerdə yada düşürsə, bunun adı dini prinsipiallıq deyil, siyasi hesabdır.

Göy məscid erməni şairinin yaradıcılığına qarşı mübarizə meydanı deyil. O, öz tarixi ilə yaşamalı olan bir abidədir. Çarensə hörmət etmək istəyənlər üçün İrəvanda kifayət qədər başqa məkanlar var. Məscidin daxilində onun adını ucaltmaq isə tarixi yaddaşın siyasi simvollarla yenidən qurulması təsiri bağışlayır.

Azərbaycan xalqı öz tarixi irsinə qarşı belə münasibətə biganə qala bilməz. Göy məscid yalnız divarlardan, günbəzlərdən, minarədən ibarət deyil. O, İrəvanın Azərbaycan xanlığı dövründən qalan daş yaddaşıdır. Həmin yaddaşı nə lövhə ilə dəyişmək olar, nə büstlə ört-basdır etmək, nə də siyasi mərasimlə başqa xalqa məxsuslaşdırmaq.

Ermənistan və İranın rəsmilərinə bir daha sual edirik: Göy məscid tikiləndə İrəvanda neçə fars yaşayırdı və bu məscidin fars məscidi olduğunu hansı tarixi sənədlə sübut edirsiniz?

Tarix siyasi razılaşma ilə yenidən yazılmır. Göy məscidə hörmət onun tarixini olduğu kimi tanımaqdan başlayır. Bu həqiqəti həm İrəvanda, həm də Tehranda yaxşı bilməlidirlər.

Şəmsi Qoca

Problemlərinizi bizə bildirin

077 323 55 66

4 şəhərimizdəki hava limanlarının koordinatlarını SEPAH-a kim ötürüb? – ŞOK AD

“Azərbaycanın bir neçə rusdilli saytı Rusiyanın “Telegram” kanallarına istinadən İran kəşfiyyatının Azərbaycan hava limanlarının peyk görüntülərini əldə etdiklərini yazıb. Yayımlanan məlumatlara görə, İran kəşfiyyat məqsədilə Çin kosmik şirkəti olan “Emposat”dan Azərbaycanın hərbi aerodromlarının və hava limanlarının peyk görüntülərini istəyib. Tələb olunan məlumatların Tehrana təqdim edildiyi bildirilib. Söhbət Gəncə, Füzuli, Laçın və Naxçıvan hava limanlarından gedir”.Citypost.az "Yeni Sabah"a istinadən  xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib:Politoloq bildirib ki, məlumatda Çinin “Emposat” şirkətinin 2026-cı ilin əvvəlindən İranla əməkdaşlıq etdiyi də yazılıb: İnternet mağaza“Bundan başqa Çinin  “Earth Eye” şirkətinin də İslam İnqilabı Keşikçiləri Koprusu (SEPAH) ilə peyk üzərindən kəşfiyyat sahəsində əməkdaşlıq...

10 Noyabr 2026, 12:40

Azərbaycan XİN Polşadakı atışma ilə bağlı başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Polşanın Krakov şəhərində baş verən, insan tələfatı və çoxsaylı xəsarətlərlə nəticələnən atışma hadisəsi ilə bağlı başsağlığı verib.Citypost.az  xəbər verir ki, bu barədə Azərbaycan XİN-in sosial şəbəkə hesabında paylaşım edilib.“Polşanın Krakov şəhərində insan tələfatı və çoxsaylı xəsarətlərlə nəticələnən atışma hadisəsindən dərindən kədərləndik.Həlak olanların ailələrinə və yaxınlarına səmimi başsağlığımızı çatdırır, xəsarət alanlara tezliklə şəfa diləyirik.Bu çətin zamanda düşüncələrimiz Polşa xalqı ilədir”, – paylaşımda bildirilib.FiruzəFiruzə Vahid...

10 Noyabr 2026, 12:35

İlham Əliyevin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb.Citypost.az paylaşımı təqdim edir:Türkiyə-Azərbaycan birliyi əbədidir! https://t.co/EO7CqBBmQg— İlham Əliyev (@azpresident) November 10, 2026

10 Noyabr 2026, 10:18

Alqış Musayev:“Bayrağımızı yüksəltməyə artıq heç nə mane olmur”

Dövlət himnimizin 3-cü bəndi oxunanda,-Namusunu hifz etməyəbayrağını yüksəltməyə…-içimizi bir xəcalət duyğusu göynədirdi.Düşünürdük, daşınırdıqKim hifz edəcək?Atasının gözü önündə döşləri kəsilən 11 yaşlı azərbaycanlı qızcığazın fəryadı qulaqlarımızda əks səda verirdi.Erməni əsirliyində məşəqqətlər yaşamış yeganələrin, dürdanələrin iztirabı dil açırdı.Himnimiz yarımçıq idi.Təkrar-təkrar oxunsa da, axırda yarımçıq qalırdı.Tamamlana bilmirdi.Tamamlaya bilmirdik.İlham Əliyev dövlət suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa etməklə bərabər, Dövlət himnimizi də məzmunca tamamladı, bütövləşdirdi... Alqış Musayev"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Əməkdar jurnalist. YAP İdarə Heyətinin üzvü...

10 Noyabr 2026, 08:26

Xalid Kazımlı: “Öz dövlətinin yanında olanlara niyə trol deyirsiniz?”

Əməkdar jurnalist Xalid Kazımlı Azərbaycan-Türkiyə münasibətlərində son dövrlər yaşanan gərginlik və bu proses ətrafında aparılan müzakirələrlə bağlı sərt mövqeyini açıqlayıb.Citypost.az xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında etdiyi paylaşımda Azərbaycan dövlətinin və xalqının mövqeyini müdafiə edən şəxslərin “trol” adlandırılmasını tənqid edib.Xalid Kazımlı bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərindən sonra son 30 gündən artıq müddətdə yaşanan gərginliyin başa çatdığını düşünən bəzi şəxslərin paylaşımlarında hücum edənlə hücuma məruz qalan arasında bərabərlik yaradılır.Əməkdar jurnalistin sözlərinə görə, son bir ay ərzində Azərbaycana qarşı yüzlərlə video paylaşılıb, minlərlə təhqiramiz və ağır ifadələrdən ibarət status dərc edilib. Buna cavab olaraq isə Azərbaycandan yalnız...

10 Noyabr 2026, 08:12

N.Sabirqızı: Bəziləri Türkiyəni Rusiya və İranla səhv salıb

Jurnalist Nigar Sabirqızı Azərbaycan-Türkiyə münasibətlərində yaranmış gərginlik və bu proses ətrafında səsləndirilən fikirlərlə bağlı sərt mövqeyini açıqlayıb.Citypost.az xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında etdiyi paylaşımda Azərbaycan cəmiyyətində Türkiyəyə münasibətin Rusiya və İrana münasibətdən fərqli olduğunu vurğulayıb.Nigar Sabirqızı bildirib ki, Azərbaycan indiyədək Rusiya və İranla ciddi gərginliklər yaşasa da, bu hadisələr cəmiyyətdə Türkiyə ilə münasibətlərdə yaranan vəziyyət qədər narahatlıq doğurmayıb. Bunun əsas səbəbi isə Türkiyənin Azərbaycan xalqı üçün xüsusi yerə malik olmasıdır.Jurnalistin sözlərinə görə, Moskva və Tehranla münasibətlər kəskinləşəndə Bakıdan səsləndirilən sərt bəyanatlar cəmiyyətdə birmənalı qarşılanırdı. Türkiyə ilə bağlı yaranan vəziyyət isə hər iki ölkədə insanları narahat edirdi.O qeyd edib...

10 Noyabr 2026, 08:06