Bizə yazın

Baku

-°C

USD

-

Ermənistan üçtərəfli Bəyanatı niyə TƏHRİF EDİR? - ŞƏRH

Siyasət 10 Noyabr 2026, 16:14

333

2020-ci il noyabrın 9-dan 10-na keçən gecə imzalanmış Üçtərəfli Bəyanatın altıncı ildönümü Ermənistan mediasında yenidən geniş müzakirələrə səbəb olub. Lakin bu müzakirələrdə diqqət çəkən məqam sənədin hüquqi məzmunundan daha çox onun Ermənistanın daxili siyasi mübarizəsində istifadə edilməsidir. Bəzi erməni nəşrləri və siyasi qüvvələr müharibənin nəticələrini, Azərbaycanın ərazi bütövlüyünün bərpasını və sonrakı prosesləri elə təqdim etməyə çalışırlar ki, sanki Ermənistanın üzləşdiyi bütün problemlərin məsuliyyəti Azərbaycanın üzərinə düşür.
Citypost.az xəbər verir ki, bu barədə Oxu24.com-a açıqlamsında ekspert Şəmsi Qoca deyib.
"NEWS.am 9 noyabr tarixli materialında bəyanatın doqquz bəndindən bir sıra öhdəliklərin yerinə yetirilmədiyini iddia edir. Xüsusilə əsirlərin dəyişdirilməsi və regional nəqliyyat əlaqələrinin açılması məsələləri qabardılır. Eyni materialda 2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağ üzərində suverenliyini tam bərpa etməsi birtərəfli hərbi müdaxilə kimi təqdim olunur. Belə yanaşma hadisələrin əvvəlini və hüquqi-siyasi kontekstini kənarda qoyur.
Əvvəlcə bir həqiqəti xatırladaq: 10 noyabr Bəyanatı Ermənistanın hərbi məğlubiyyətindən sonra imzalanmış sənəd idi. Onun əsas məqsədi döyüşləri dayandırmaq, ərazilərin qaytarılmasını təmin etmək və regionda yeni münasibətlər sisteminin formalaşmasına zəmin yaratmaq idi. Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması hansısa birtərəfli güzəşt deyil, sənəddə təsbit edilmiş öhdəlik idi. Digər dörd rayon isə Azərbaycan Ordusunun hərbi əməliyyatları nəticəsində artıq azad edilmişdi. Deməli, erməni mediasının bu ərazilərin qaytarılmasını Ermənistanın haqsız itkisi kimi təqdim etməsi tarixi və hüquqi reallığı dəyişmir.
Bəyanatın 7-ci bəndi məcburi köçkünlərin və qaçqınların BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında Dağlıq Qarabağ ərazisinə və ətraf rayonlara qayıtmasını nəzərdə tuturdu. Lakin bu müddəa ərazi üzərində Azərbaycanın suverenliyini dəyişdirmirdi. 2023-cü ilin sentyabr hadisələrindən sonra Qarabağ ermənilərinin Ermənistana köçməsi ni bayraq edənlərə Azərbaycan dövlətinin o zamankı müraciətini də xatırlatmaq yerinə düşər. Həm də həmin hadisələri təqdim edərkən 30 ilə yaxın davam etmiş işğalı, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək hüququnu və regionun əvvəlki demoqrafik tarixini də unutmamaq gərəkdir.
Erməni tərəfinin əsirlərlə bağlı ittihamları da ayrıca araşdırılmalıdır. Bəyanatın 8-ci bəndində hərbi əsirlərin, digər saxlanılan şəxslərin və həlak olanların cəsədlərinin dəyişdirilməsi nəzərdə tutulurdu. Azərbaycan tərəfi 2021-ci ildə müharibə zamanı əsir götürülmüş və hərbi əsir statusuna malik şəxslərin geri qaytardı. Kalin sonrakı dövrdə saxlanılan şəxslərin isə döyüşlər başa çatdıqdan sonra Azərbaycan ərazisində törədilmiş cinayətlərlə bağlı araşdırmalar çərçivəsində saxlanıldığından onların tatusu tam fərqli idi.Bu fərqi nəzərə almadan bütün saxlanılan şəxsləri eyni hüquqi kateqoriyaya aid etmək düzgün deyil. 
Nəqliyyat əlaqələri məsələsində də erməni mediası birtərəfli yanaşma nümayiş etdirir. Bəyanatın 9-cu bəndi regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinin Ermənistan tərəfindən təmin edilməsini nəzərdə tuturdu. Altı il keçməsinə baxmayaraq bu istiqamətdə bütün məsələlərin həll edilməməsi faktdır. Lakin məsuliyyəti yalnız bir tərəfin üzərinə qoymaq olmaz. Hazırda TRIPP layihəsi üzrə Azərbaycan, Ermənistan və ABŞ arasında texniki planlaşdırma qruplarının fəaliyyətə başlaması bu məsələnin yenidən praktik müzakirə mərhələsinə keçdiyini göstərir.
Panorama nəşrinin yaydığı Strong Armenia partiyasının bəyanatı isə diqqəti başqa istiqamətə yönəldir. Partiya Azərbaycanın Xankəndidədəki Respublika Tibb Mərkəzini yenidən açmasını erməni mülkiyyətinin mənimsənilməsi kimi təqdim edir. Halbuki hər hansı obyektin kim tərəfindən maliyyələşdirilməsi onun yerləşdiyi ərazinin dövlət mənsubiyyətini müəyyən etmir. Qarabağ Azərbaycan ərazisidir və burada fəaliyyət göstərən ictimai obyektlər Azərbaycanın qanunvericiliyi və dövlət idarəçiliyi çərçivəsində fəaliyyət göstərməlidir. Obyektlərin taleyi ilə bağlı mülkiyyət və hüquqi məsələlər isə siyasi şüarlarla deyil, sənədlər əsasında həll edilir. Və adamdan soruşarlar ki Ermənistana kim icazə vermişdi ki gəlib burada obyekt tikmişdi?
Ermənistan müxalifətinin yeni Konstitusiya məsələsini Azərbaycanın ərazi iddialarına güzəşt kimi təqdim etməsi də eyni siyasi yanaşmanın davamıdır. Azərbaycan tərəfi Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad edən Konstitusiya preambulasındakı müddəaları problemli hesab edir. Bunun səbəbi həmin bəyannamədə Qarabağla bağlı 1989-cu il qərarına istinadın olmasıdır. Sülh müqaviləsinin imzalanması üçün qarşılıqlı ərazi bütövlüyünün və suverenliyin hüquqi təminatları aydın olmalıdır. Bu, Ermənistanın müstəqilliyinə müdaxilə deyil, iki dövlət arasında davamlı sülhün hüquqi əsaslarının formalaşdırılması məsələsidir.
Erməni siyasi dairələrinin unutmamalı olduğu daha bir həqiqət var: Azərbaycan altı il əvvəl imzalanmış bəyanatı yalnız müharibənin dayandırılması haqqında sənəd kimi deyil, regionda yeni siyasi reallığın başlanğıcı kimi qəbul edir. Bu reallıqda heç bir dövlət digərinin ərazisinə iddia irəli sürməməli, nəqliyyat əlaqələri qarşılıqlı maraqlar əsasında açılmalı, sərhədlər toxunulmaz olmalı və sülh müqaviləsi real hüquqi təminatlara söykənməlidir.
Azərbaycanın mövqeyi aydındır: sülh keçmişin saxtalaşdırılması, tarixi həqiqətlərin unudulması və ya qarşılıqlı ittihamlarla qurula bilməz. Ermənistan mediası 10 noyabr Bəyanatını yenidən müzakirəyə çıxarırsa, onda sənədin bütün bəndlərini, o cümlədən Ermənistanın üzərinə götürdüyü öhdəlikləri də xatırlatmalıdır. Yalnız özünə sərf edən müddəaları seçib qalanlarını susdurmaqla obyektiv tarix yazmaq mümkün deyil.
Altı il əvvəl imzalanmış sənəd bir həqiqəti təsdiqlədi: müharibənin nəticələrini siyasi şüarlarla dəyişmək mümkün deyil. Bu gün regionun ehtiyacı yeni qarşıdurma deyil, hüquqa, suverenliyə və qarşılıqlı məsuliyyətə əsaslanan davamlı sülhdür",-deyə ekspert bildirib.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Göy məsciddə Çarens büstü : İranın siyasi hoqqabazlığı — ŞƏRH

İrəvanın tarixi Göy məscidində erməni şairinin adının yaşadılması və büstünün qoyulması təşəbbüsü təkcə mədəni tədbir deyil. Bu hadisə Azərbaycanın tarixi-mədəni irsinə münasibəti, Ermənistanın mənimsəmə siyasətini və İranın regional maraqlarını yenidən gündəmə gətirir.İrəvanda baş verənlərə baxın! Bir vaxtlar İrəvan xanı Hüseynəli xanın təşəbbüsü ilə tikilmiş, Azərbaycan tarixinin və memarlıq irsinin yadigarı olan Göy məscidin mərasim zalına erməni şairi Yeğişe Çarensin adı verilir. Bununla da kifayətlənmirlər, həmin zalda Çarensin büstünün qoyulması planlaşdırılır. Mərasimdə isə İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədi şəxsən iştirak edir.Adamdan soruşarlar: Göy məscid hara, Yeğişe Çarens hara? Məscid hara, şair büstü hara? Məscidin öz tarixi, öz qurucusu, öz milli-mədəni yaddaşı...

10 Noyabr 2026, 14:43

4 şəhərimizdəki hava limanlarının koordinatlarını SEPAH-a kim ötürüb? – ŞOK AD

“Azərbaycanın bir neçə rusdilli saytı Rusiyanın “Telegram” kanallarına istinadən İran kəşfiyyatının Azərbaycan hava limanlarının peyk görüntülərini əldə etdiklərini yazıb. Yayımlanan məlumatlara görə, İran kəşfiyyat məqsədilə Çin kosmik şirkəti olan “Emposat”dan Azərbaycanın hərbi aerodromlarının və hava limanlarının peyk görüntülərini istəyib. Tələb olunan məlumatların Tehrana təqdim edildiyi bildirilib. Söhbət Gəncə, Füzuli, Laçın və Naxçıvan hava limanlarından gedir”.Citypost.az "Yeni Sabah"a istinadən  xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib:Politoloq bildirib ki, məlumatda Çinin “Emposat” şirkətinin 2026-cı ilin əvvəlindən İranla əməkdaşlıq etdiyi də yazılıb: İnternet mağaza“Bundan başqa Çinin  “Earth Eye” şirkətinin də İslam İnqilabı Keşikçiləri Koprusu (SEPAH) ilə peyk üzərindən kəşfiyyat sahəsində əməkdaşlıq...

10 Noyabr 2026, 12:40

Azərbaycan XİN Polşadakı atışma ilə bağlı başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Polşanın Krakov şəhərində baş verən, insan tələfatı və çoxsaylı xəsarətlərlə nəticələnən atışma hadisəsi ilə bağlı başsağlığı verib.Citypost.az  xəbər verir ki, bu barədə Azərbaycan XİN-in sosial şəbəkə hesabında paylaşım edilib.“Polşanın Krakov şəhərində insan tələfatı və çoxsaylı xəsarətlərlə nəticələnən atışma hadisəsindən dərindən kədərləndik.Həlak olanların ailələrinə və yaxınlarına səmimi başsağlığımızı çatdırır, xəsarət alanlara tezliklə şəfa diləyirik.Bu çətin zamanda düşüncələrimiz Polşa xalqı ilədir”, – paylaşımda bildirilib.FiruzəFiruzə Vahid...

10 Noyabr 2026, 12:35

İlham Əliyevin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb.Citypost.az paylaşımı təqdim edir:Türkiyə-Azərbaycan birliyi əbədidir! https://t.co/EO7CqBBmQg— İlham Əliyev (@azpresident) November 10, 2026

10 Noyabr 2026, 10:18

Alqış Musayev:“Bayrağımızı yüksəltməyə artıq heç nə mane olmur”

Dövlət himnimizin 3-cü bəndi oxunanda,-Namusunu hifz etməyəbayrağını yüksəltməyə…-içimizi bir xəcalət duyğusu göynədirdi.Düşünürdük, daşınırdıqKim hifz edəcək?Atasının gözü önündə döşləri kəsilən 11 yaşlı azərbaycanlı qızcığazın fəryadı qulaqlarımızda əks səda verirdi.Erməni əsirliyində məşəqqətlər yaşamış yeganələrin, dürdanələrin iztirabı dil açırdı.Himnimiz yarımçıq idi.Təkrar-təkrar oxunsa da, axırda yarımçıq qalırdı.Tamamlana bilmirdi.Tamamlaya bilmirdik.İlham Əliyev dövlət suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa etməklə bərabər, Dövlət himnimizi də məzmunca tamamladı, bütövləşdirdi... Alqış Musayev"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Əməkdar jurnalist. YAP İdarə Heyətinin üzvü...

10 Noyabr 2026, 08:26

Xalid Kazımlı: “Öz dövlətinin yanında olanlara niyə trol deyirsiniz?”

Əməkdar jurnalist Xalid Kazımlı Azərbaycan-Türkiyə münasibətlərində son dövrlər yaşanan gərginlik və bu proses ətrafında aparılan müzakirələrlə bağlı sərt mövqeyini açıqlayıb.Citypost.az xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında etdiyi paylaşımda Azərbaycan dövlətinin və xalqının mövqeyini müdafiə edən şəxslərin “trol” adlandırılmasını tənqid edib.Xalid Kazımlı bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərindən sonra son 30 gündən artıq müddətdə yaşanan gərginliyin başa çatdığını düşünən bəzi şəxslərin paylaşımlarında hücum edənlə hücuma məruz qalan arasında bərabərlik yaradılır.Əməkdar jurnalistin sözlərinə görə, son bir ay ərzində Azərbaycana qarşı yüzlərlə video paylaşılıb, minlərlə təhqiramiz və ağır ifadələrdən ibarət status dərc edilib. Buna cavab olaraq isə Azərbaycandan yalnız...

10 Noyabr 2026, 08:12