Nəvəsinin andiçməsinə gedən yaşlı kişi itkin düşüb
Hadisə 10 Noyabr 2026, 16:59
300
Astara sakini Gəncədə itkin düşüb.
Citypost.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Kakalos kənd sakini, 1942-ci il təvəllüdlü Mirzəcan Hüseynov Gəncədə itkin düşüb.
Ahıl kişi Gəncədə yerləşən hərbi hissələrdən nəvəsinin andiçmə mərasiminə gedibmiş.
Həmçinin oxuyun
M.Hüseynovun oğlu bildirib ki, görüş vaxtı atası nəvəsi ilə görüşüb, həmin ərəfədə müəmmalı şəkildə itkin düşüb. Hadisə ilə bağlı artıq polisə məlumat verilib, onun axtarışları davam etdirilir.
Qeyd edək ki, Mirzəcan Hüseynovun əynində qara papaq, gödəkcə, şalvar və qəhvəyi köynək olub. Onun haqqında məlumatı olan şəxslərdən oğlu ilə (+994 50) 683 37 23 nömrəsi vasitəsilə əlaqə saxlamaları xahiş olunur.
Sumqayıtda avtomobil yandı
Sumqayıt şəhərində avtomobil tamamilə yanıb.Citypost.az xəbər verir ki, hadisə şəhərin 19-cu məhəlləsində, Azərbaycan prospektində qeydə alınıb.1991-ci il təvəllüdlü şəhər sakini Elxan Elman oğlu Qədəşova məxsus "Chevrolet" markalı minik avtomobili naməlum səbəbdən yanaraq yararsız hala düşüb.Yanğının başvermə səbəbləri araşdırılır.
10 Noyabr 2026, 15:56
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
Naxçıvanda hərbi xidmət keçən gənc əsgər naməlum şəraitdə ölüb.Citypost.az Oxu.Az-a istinadən xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun oktyabr çağırışlı hərbi qulluqçusu Elnar Tağıyev buraxılışda olarkən Naxçıvan şəhərində yerləşən Sahil Park ərazisində ölüb.Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
10 Noyabr 2026, 13:50
Bulvarda qayalıqda köməksiz qalan 20 yaşlı gənc xilas edildi
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.Bu barədə Citypost.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.Ehtiyatsızlıqdan dəniz kənarına yıxılaraq qayalıqda köməksiz vəziyyətdə qalan 2006-cı il təvəllüdlü Əliyev Mədət Fərhad oğlu dalğıclar tərəfindən təxliyə edilib....
10 Noyabr 2026, 11:24
“Niva” dərəyə aşdı – SƏRNİŞİN HƏYATINI İTİRDİ
Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Citypost.az xəbər verir ki, hadisə noyabrın 10-da saat 01:10 radələrində rayonun Tüləkəran kəndi ərazisində qeydə alınıb.“Lada Niva” markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi dərəyə aşıb.Qəza nəticəsində sürücü və iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Sərnişinlərdən biri xəstəxanaya aparılarkən yolda vəfat edib.Faktla bağlı araşdırma aparılır.
10 Noyabr 2026, 09:46
Bakıda yeni alınan maşının üstünə qaz borusu aşdı
Bakının Köhnə Suraxanı qəsəbəsində küləkli hava şərəiti səsəbilə ağac aşıb.Citypost.az Modern.az-a istinadən xəbər verir ki, hadisə zamanı ağac qaz borusunun üzərinə düşüb.Boru isə yaxınlıqda park edilmiş avtomobilin üzərinə düşüb.Məlumata görə, zərərçəkən avtomobilin sahibi maşını 15-20 gün əvvəl alıbmış.
09 Noyabr 2026, 16:25
Bakıda kanalizasiya xəttinə görə iki küçənin sakinləri arasında mübahisə düşdü
Tullantı sularının axıdılması üçün çəkilən kanalizasiya xətti iki küçənin sakinlərini üz-üzə qoyub.Citypost.az Xezerxeber.az-a istinadən xəbər verir ki, paytaxtın Nizami rayonunun Qafqaz küçəsi və Xətai rayonunun Kəpəz küçəsinin sakinləri arasında kanalizasiya xəttinin hara birləşdiriləcəyi ilə bağlı mübahisə yaranıb.Qafqaz küçəsinin sakinləri deyiblər ki, şəxsi vəsaitləri hesablarına tullantı sularının axıdılması üçün kanalizasiya xətləri çəkiblər.Lakin indi həmin boruların mövcud kanalizasiya xəttinə qoşulması mümkün olmadığından, sakinlər çətin vəziyyətlə üzləşiblər.Sakinlərin sözlərinə görə, dəfələrlə məsələylə bağlı "İri Şəhərlərin Su Təchizatı Xidməti"nə müraciət edilib. Qurumdan sakinlərə bildirilib ki, hər iki küçənin sakinləri problemi öz aralarında həll edəcəkləri təqdirdə ara küçələrdəki xətt əsas xəttə birləşdiriləcək.Kəpəz küçəsinin sakinləri isə bildirirlər...
09 Noyabr 2026, 11:26