Bizə yazın

Baku

-°C

USD

-

Tanrım, SƏNi sevirəm! Xatirə Əziz yazır...

Söz adamı 10 Noyabr 2026, 14:50

388

Tanrım, SƏNi sevirəm!

Tanrım, SƏNi sevirəm,

Üzüm SƏNə sarıdı!

Bəs niyə arzularım,-

Ürəyimdə qarıdı?

Tanrım, SƏNi sevirəm, 

Yolum SƏNə sarıdı!

Bəs niyə saçlarımı,-

Dərd küləyi daradı?

Tanrım SƏNi sevirəm,

Könlüm SƏNə sarıdı!

Bəs nə üçün bəxtimi,-

Sonsuz kədər sarıdı?

Tanrım, SƏNi sevirəm,

Gəldiyim yol yarıdı.

Bəs nə üçün taleyim,-

Qəm-qüssədən yarıdı?

Tanrım, SƏNi sevirəm,

Kövrək qəlbim yaradı.

Bəs nədən ömrüm-günüm,-

Başdan-başa qaradı?

Tanrım, SƏNi sevirəm,

Duam SƏNə sarıdı.

Tor bağlayıb gözlərim,

Görən bura haradı?

Tanrım, SƏNi sevirəm,

Sözüm SƏNə sarıdı.

Bəs niyə dərdə düşdüm?-

Bənizim sapsarıdı.

Xatirə Əziz

Şair-publisist

Problemlərinizi bizə bildirin

077 323 55 66

Mükafatını tənqid etdiyin adama vermişdin! Əmir Pəhləvan yazır...

Bəkir Nəbiyev 21 avqust 1930-cu ildə Ağdaş rayonu Üçqovaq kəndində ziyalı ailəsində doğulmuşdur. Ağdaşda 1 saylı orta məktəbi bitirmişdir (1947).Əmək fəaliyyətinə müharibə illərində başlamışdır. Ağdaş radio şəbəkəsinin diktoru işləmişdir (1945-1947). Sonra Ağdaş şəhərində və Yeniarx kəndində müəllimlik etmişdir (1947-1949). ADU-nun filologiya fakültəsində təhsil almışdır (1949-1954). Eyni zamanda Bayıldakı 55 saylı orta məktəbdə ədəbiyyat müəllimi olmuşdur. Tələbəlik illərində ilk tənqidi qeydləri "Lenin tərbiyəsi uğrunda" qəzetində dərc olunmuşdur.Ədəbi fəaliyyətə "Ədəbiyyat qəzeti"nin 4 noyabr 1951-ci il tarixli sayında çap edilən "Dama-dama göl olar" rəyi ilə başlamışdır. Universiteti bitirdikdən sonra "Azərbaycan gəncləri", "İnşaatçı" qəzetlərində məsul katib müavini, ədəbi işçi vəzifələrində işləmişdir (1954-1957). ADU-nun aspiranturasına...

10 Noyabr 2026, 14:46

Şəmsi Vəfadar: "Ey Sevgili Bayrağım!"

Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür.Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.CityPost.az   tanınmış şair Şəmsi Vəfadarın müəllifi olduğu " Ey Sevgili Bayrağım!" şeirini müəllifin özünün dilindən və müğənni Aynur İsgəndərlinin ifasında təqdim edir:...

09 Noyabr 2026, 09:29

Azərbaycan Bayrağına şeir yazan ŞAİRLƏR

CityPost.az  Azərbaycan poeziyasının ən gözəl bayraq şeirlərini təqdim edir:Əhməd Cavad: Azərbaycan bayrağınaTürküstan yelləri öpüb alnınıSöyləyir dərdini sana, bayrağım!Üçrəngin əksini Quzğun dənizdənƏrməğan yollasın yara, bayrağım!Gedərkən Turana çıxdın qarşıma,Kölgən dövlət quşu, qondu başıma!İzn ver gözümdə coşan yaşıma -Dinlətsin dərdini aha, bayrağım!Qayı Xan soyundan aldığın rəngi,Qucamış Elxanla, müsəlman bəgi.Elxanın övladı, dinin dirəgi,Gətirdin könlümə səfa, bayrağım!Köksümdə tufanlar gəldim irəli,Öpüm kölgən düşən mübarək yeri!Allahın yıldızı, o gözəl pəri,Sığınmış qoynunda Aya, bayrağım!Cəfər Cabbarlı: Azərbaycan bayrağıBuraxınız, seyr edəyim, düşünəyim, oxşayayım,Şu sevimli üç boyalı, üç mənalı bayrağı.Mələklərin qanadımı üzərimə kölgə salan?Nə imiş bu, aman Allah?! Od yurdunun yarpağı!Göy yarpaqlı, al çiçəkli yaşıl otlar topasımı?Xayır, xayır? Çiçək solur, otlar...

08 Noyabr 2026, 23:15

Firuz Mustafa Koroğlu və Babəklə bağlı tənqidlərə cavab verdi

Əməkdar incəsənət xadimi, yazıçı Firuz Mustafa xalq qəhrəmanları ilə bağlı səsləndirilən bəzi tənqidi fikirlərə münasibət bildirib. O, Babək, Koroğlu və Qaçaq Nəbi kimi tarixi və ədəbi obrazların qiymətləndirilməsində mifoloji təfəkkürün və bədii mübaliğənin rolunun nəzərə alınmasının vacibliyini vurğulayıb.Citypost.az xəbər verir ki, yazıçı sosial şəbəkə hesabında paylaşım edərək ədəbiyyatın missiyasını anlamayan bəzi şəxslərin xalq qəhrəmanları haqqında əsassız və yersiz fikirlər səsləndirdiyini qeyd edib.Firuz Mustafanın sözlərinə görə, mifoloji və folklor nümunələrində şişirtmə, mübaliğə və qəhrəmanların fövqəladə xüsusiyyətlərlə təqdim olunması təbii bədii vasitələrdəndir. O bildirib ki, bu cür yanaşma yalnız Azərbaycan ədəbiyyatına xas deyil, dünya xalqlarının folklorunda da geniş yayılıb.Yazıçı bu baxımdan ingilislərin...

06 Noyabr 2026, 08:20

SİZ MƏNİ HEÇ NƏYƏ TƏLƏSDİRMƏYİN...

( Şamxal Rüstəm )Vaxtında gəlibdi ürəyə ağrı,Saçımın dəni də vaxtına düşüb.Dünyada heç nədən gileylənmərəm,Dünyaya gəlişim ağ günə düşüb-Siz məni heç nəyə tələsdirməyin.Vaxtında boşalar hər dolan bulud,Şimşəklər nə bilər çaxmaqdan özgə.İnsan sevincinə gecikmək olar,İnsan harayına çatmaqdan özgə-Siz məni heç nəyə tələsdirməyin.Hələ nə yazmışam, hələ nəyim var.Dağ yüklü bir ömrün enişindəyəm,Hələ zirvələrlə döyüşməyim var-Siz məni heç nəyə tələsdirməyin.Vaxtında gəlibdi ürəyə ağrı,Saçımın dəni də vaxtına düşüb.Taledən hərəyə bir pay düşəndə,Mənim də gecikmək baxtıma düşüb-Siz məni heç nəyə tələsdirməyin....

05 Noyabr 2026, 21:36

Şəmil Sadiq: Süni intellekt hər kəsə yazmaq imkanı yaradır, amma...

Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, yazıçı, şair, dramaturq və publisist Şəmil Sadiq süni intellektin yazı prosesinə təsiri, müəlliflik və yaradıcılıqla bağlı düşüncələrini bölüşüb.Citypost.az xəbər verir ki, Şəmil Sadiq sosial şəbəkə hesabında paylaşım edərək son vaxtlar mətn yazmağa və fikirlərini ictimaiyyətlə bölüşməyə əvvəlki qədər həvəs göstərmədiyini bildirib.Yazıçı bunun əsas səbəblərindən birinin süni intellektin geniş yayılması olduğunu qeyd edib. Onun sözlərinə görə, hazırda demək olar ki, hər kəs süni intellekt vasitəsilə mətn hazırlaya bilir. Hətta özü də bəzən kiçik esselərini səslə süni intellektə göndərdiyini, onun isə həmin fikirləri mətnə çevirərək redaktə etdiyini bildirib.Bununla belə, Şəmil Sadiq süni intellektdən istifadə etsə də, daxilən...

03 Noyabr 2026, 09:35