Bizə yazın

Baku

-°C

USD

-

Lamin Yamalın əvəzinə Bakıya o gətirilib - 18 yaşlı istedad kimdir?

İdman 24 Noyabr 2026, 12:02

459

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda “Sabah”la keçiriləcək oyun üçün 18 yaşlı belçikalı hücumçu Jesse Bisivunu ilk dəfə əsas komandanın rəsmi matç üçün heyətinə daxil edib.

Citypost.az QOL.az-a istinadən xəbər verir ki, İspaniyanın "Marca" nəşri Kataloniya klubunun gələcək üçün böyük ümidlər bəslədiyi futbolçu haqqında geniş məqalə dərc edib.

Bisivu Bakıya səfər etməyən Lamin Yamalın əvəzinə heyətə cəlb olunub.

18 yaşlı futbolçu bu ilin iyulun 31-də Belçikanın “Brügge” klubundan 8,5 milyon avroya transfer edilib.

Futbolçu karyerasına 2014-cü ildə “Leven”də başlayan Bisivu 2020-ci ildə “Brügge”yə keçib. O, 2023-cü ildə, hələ 15 yaşı olarkən klubun əvəzedici komandasında çıxış etməyə başlayıb və Belçikanın ikinci divizionunda 36 oyun keçirib.

Belçikanın U-21 millisinin üzvü olan hücumçu ölkəsinin bütün aşağı yaş qrupları üzrə yığmalarında çıxış edib. O, 2025-ci ildə keçirilən U-17 Avropa çempionatının rəmzi heyətinə seçilib.

Hər iki cinahda oynamağı bacaran Bisivu “Barselona”nın əvəzedici komandasında keçirdiyi 8 matçın hamısında start heyətində meydana çıxıb və 1 qol ötürməsi edib.

Flik belçikalı futbolçunun Kataloniya klubuna gəlişindən etibarən onun inkişafını yaxından izləyir. Mövsümöncəsi hazırlıq prosesində əsas komandaya cəlb olunan Bisivu İsveçrənin “Bazel” klubu ilə görüşdə dubl etməklə diqqət çəkib.

Gənc hücumçu sürəti, driblinq bacarığı, təkbətək mübarizələrdə üstünlüyü, komanda yoldaşları ilə əlaqəli oyunu, zərbələri və fiziki gücü ilə seçilir. Məhz bu keyfiyyətlər Flikin onu “Sabah”la oyun üçün heyətə daxil etməsində mühüm rol oynayıb. “Barselona” ilə 2031-ci ilin iyununa qədər müqaviləsi olan Bisivu Bakıda əsas komandanın heyətində rəsmi debütünü edə bilər.

Qeyd edək ki, Lamin Yamal sağ ayağının topuq nahiyəsindəki yüngül narahatlıq səbəbindən ehtiyat tədbiri olaraq “Sabah”la matçı buraxacaq. Onun bazar günü “Deportivo” ilə görüşdə iştirak edəcəyi gözlənilir.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Fərid Qayıbov İstanbulda IV Avropa Oyunlarına hazırlıqların müzakirəsinə qatılıb

Gənclər və idman naziri Fərid Qayıbov IV Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının üzvü kimi Türkiyənin İstanbul şəhərində keçirilən Komissiyanın görüşündə iştirak edib.Bu barədə Citypost.az-a Gənclər və İdman Nazirliyindən məlumat verilib.Görüşdə 2027-ci ilin iyununun 16-dan 27-dək İstanbulda keçiriləcək IV Avropa Oyunlarına hazırlıq işləri müzakirə olunub

23 Noyabr 2026, 23:34

Lamin Yamal "Sabah"la oyunu buraxacaq

İspaniyanın "Barselona" klubunun futbolçusu Lamin Yamal Bakıda "Sabah"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının oyununu buraxacaq."Report" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.19 yaşlı vinger sağ topuğunda hiss etdiyi yüngül narahatlıq səbəbindən sözügedən matçda meydana çıxmayacaq.Onun bazar günü "Deportivo"ya qarşı görüşdə iştirak edə biləcəyi gözlənilir.Xatırladaq ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" - "Barselona" matçı saat 21:45-də start götürəcək....

23 Noyabr 2026, 17:50

Qurban Qurbanov baş məşqçi karyerasında 900-cü oyununa çıxıb

Misli Premyer Liqasının XII turu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub.Bu barədə Citypost.az-a Peşəkar Futbol Liqasından məlumat verilib."Kəpəz"lə görüş təcrübəli mütəxəssisin baş məşqçi karyerasında ümumilikdə 900-cü, "Qarabağ"da isə 850-ci oyun kimi tarixə düşüb. O, indiki klubundan başqa "Neftçi"də 38, Azərbaycan millisində 12 matçda iş başında olub.Qurbanovun karyerasındakı 900 görüşdən 598-i Premyer Liqada, 88-i ölkə kubokunda, 202-si avrokuboklarda baş tutub. Millidəki 12 qarşılaşma da nəzərə alınmaqla, onun komandaları 520 qələbə qazanıb, 208 heç-heçə edib və 172 dəfə uduzub."Qarabağ"dakı 850 qarşılaşmadan 570-i Premyer Liqa, 80-i kubok, 200-ü qitə kuboklarına təsadüf edib. Bu matçlarda 491 qələbə, 197 heç-heçə və 162 məğlubiyyət...

23 Noyabr 2026, 16:37

Azərbaycan voleybol millisi EEVZA-da çıxışını başa vurdu

On altı yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan milli komandası Latviyanın paytaxtı Riqada keçirilən Avropa çempionatının 1-ci təsnifat mərhələsində (Şərqi Avropa Voleybol Zonal Assosiasiyası – EEVZA) iştirak edib.Citypost.az xəbər verir ki, B qrupunda Latviya və Finlandiya yığmaları ilə qarşılaşan milli hər iki oyunda məğlub olub.A qrupunda Polşa, Estoniya və Ukrayna seçmələri mübarizə aparıblar. Beşinci yer uğrunda görüşdə Ukrayna ilə qarşılaşan yığma rəqibini 3:0 hesabı ilə məğlub edərək turniri beşinci pillədə başa vurub.Çempionatın finalında Polşa Latviyanı 3:0 hesabı ilə məğlub edərək EEVZA çempionu olub. Bununla da Polşa yığması 2027-ci ildə keçiriləcək U-16 Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanıb....

23 Noyabr 2026, 08:22

“İmişli” latviyalı mütəxəssislə yeni müqavilə imzaladı

"İmişli” latviyalı mütəxəssis Ervins Perkonsla baş məşqçi postunda anlaşma əldə edib.Bu barədə Citypost.az-a klubdan məlumat verilib.Bildirilib ki, bir müddətdir Mərkəzi Aran təmsilçisində müvəqqəti olaraq baş məşqçinin vəzifələrini icra edən Perkonsla 6 ay + 2 il müddətinə müqavilə imzalanıb.

23 Noyabr 2026, 07:30

Millimiz Finlandiyaya məğlub oldu

16 yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan millisi 2027-ci il Avropa çempionatının birinci təsnifat mərhələsində ikinci oyununu keçirib.Citypost.az xəbər verir ki, yığmamız Latviyanın paytaxtı Riqada təşkil olunan turnirin B qrupunda Finlandiya ilə qarşılaşıb.Azərbaycan millisi ilk setdə 25:20 hesabı ilə qalib gəlsə də, üstünlüyünü qoruya bilməyib. Növbəti üç setdə rəqib 25:17, 25:12 və 25:16 hesabları ilə üstün olub.Beləliklə, qarşılaşma Finlandiyanın 3:1 hesablı qələbəsi ilə başa çatıb.Qeyd edək ki, Azərbaycan millisi ilk görüşündə Latviyaya 0:3 hesabı ilə məğlub olub. Bununla da yığmamız seçmə mərhələdə ardıcıl ikinci məğlubiyyətini alıb....

21 Noyabr 2026, 08:16