Bizə yazın

Baku

-°C

USD

-

Gedişhaqqı bu saatlarda 1 qəpik olacaq

Cəmiyyət 25 Noyabr 2026, 14:45

351

“BakıKart” və “Mastercard” UEFA Çempionlar Liqası çərçivəsində Bakıda keçiriləcək “Sabah” - “Barselona” qarşılaşması münasibətilə sərnişinlər üçün xüsusi kampaniyaya start verir.

Citypost.az xəbər verir ki, kampaniya çərçivəsində bu gün saat 18:00-dan 01:00-dək “Mastercard” kartları ilə təmassız (NFC) ödəniş edən sərnişinlər ictimai nəqliyyatdan cəmi 1 qəpiyə (0,01 AZN) istifadə edə biləcəklər.

Güzəşt yerli və xarici banklar tərəfindən emissiya edilmiş “Mastercard” kartları ilə “Apple Pay” və “Google Pay” vasitəsilə aparılan təmassız (NFC) ödənişlərə şamil olunur.

Kampaniya Bakı ərazisində NFC ödənişlərinin mümkün olduğu metro və avtobusları əhatə edir.

Müəyyən edilmiş saatlar ərzində güzəştli gedişlərin sayına məhdudiyyət tətbiq edilmir.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Gürcüstanın Baş naziri gələn il Azərbaycana səfər edəcək

Gürcüstanın Baş naziri İrakli Kobaxidze gələn il Azərbaycana rəsmi səfər edəcək."Report" Gürcüstan mediasına istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Maka Boçorişvili Bakıya səfəri çərçivəsində bildirib.M.Boçorişvili qeyd edib ki, onun Azərbaycana rəsmi səfəri ən yüksək səviyyəli görüşlərlə müşayiət olunub və bu, iki ölkə arasında siyasi dialoqun davam etdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. O, Azərbaycan Prezidenti, Baş naziri və parlament sədri ilə görüşdüyünü bildirib.Nazir vurğulayıb ki, Gürcüstan və Azərbaycan arasındakı münasibətlər strateji xarakter daşıyır."Gələn ilin əvvəlində biz Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Tbilisiyə səfərini gözləyirik. Bundan başqa, baş nazirin (red. - İrakli Kobaxidzenin) Azərbaycana rəsmi səfərinə hazırlığa...

25 Noyabr 2026, 14:49

İxracdan gələn pulların ölkəyə köçürülməsi ilə bağlı YENİ QAYDALAR

Prezident İlham Əliyev ixracda hesablaşmaların tənzimlənməsi ilə bağlı əlavə tədbirlər və 24 iyun 1997-ci il tarixli fərmanla təsdiq edilmiş "İdxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"nda dəyişiklik edib.Citypost.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.Fərmana əsasən, Nazirlər Kabineti ixrac olunan malların müqabilində əldə edilən vəsaitin Azərbaycandakı müvəkkil bankların hesablarına köçürülməsi qaydalarının pozulmasına görə məsuliyyətin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq.Bundan başqa, İqtisadiyyat Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Gömrük Komitəsi (DGK) ilə razılaşdırmaqla, xarici ölkələrə malların ixracı üzrə hesablaşmaların aparılması qaydalarına dair təkliflərini 2 ay müddətində Azərbaycan Mərkəzi Bankına (AMB) təqdim etməlidir.AMB isə təqdim olunan təkliflər nəzərə alınmaqla, ixrac hesablaşmalarının aparılması...

25 Noyabr 2026, 14:47

Tərbiyəçi-müəllimlərin işə qəbulu başlayır

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində mövcud vakant yerlərə tərbiyəçi-müəllimlərin işə qəbuluna start verilir.Bu barədə Citypost.az-a BŞTİ-dən məlumat verilib.Bildirilib ki, 2025-ci ildə keçirilmiş tərbiyəçi-müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanında uğur qazanaraq 40 bal və daha yüksək nəticə göstərmiş namizədlər vakant yerlər üzrə 25 noyabr - 1 dekabr 2026-cı il tarixlərində BŞTİ-yə müraciət edə bilərlər.Müraciət zamanı şəxsiyyəti təsdiq edən sənədin və təhsil haqqında sənədin surəti təqdim edilməlidir.Namizədlər BŞTİ-nin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrindəki mövcud vakansiyalarla aşağıdakı linkə keçid edərək tanış ola bilərlər....

25 Noyabr 2026, 14:37

BDYPİ: Yuxusuz sürücü yollarda ciddi təhlükə mənbəyidir

"Az qala hər gün qeydə alınan toqquşma, aşma, maneə vurma hadisələrinin təhlili deməyə əsas verir ki, hələ də sürücülər arasında yorğun, yuxusuz, hətta səhhətində ciddi problemlər olduğunu bildiyi halda sükan arxasına əyləşən şəxslərin sayı az deyil".Citypost.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında bildirilib.Bildirilib ki, iş və istirahət rejiminə əməl etməyən, fasiləsiz nəqliyyat vasitəsi idarə etdikdən sonra, xüsusilə günün qaranlıq vaxtı və ya məhdudiyyətli görünmə şəraitində yenidən sükan arxasına əyləşən sürücü artıq potensial təhlükə mənbəyidir."Təəssüf ki, bu kimi neqativ hallar ən çox sərnişin və yük daşıma fəaliyyəti ilə məşğul olan sürücülər arasında müşahidə olunur. Bu...

25 Noyabr 2026, 14:22

Prezident yeni mərkəzin yaradılması ilə bağlı FƏRMAN İMZALADI

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi" yaradılıb.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.Fərmanla müəyyən edilib ki, Mərkəz meşəçilik sahəsində təlimlərin təşkili və keçirilməsi, meşə bitkilərinin toxum gen bankının yaradılması və idarə edilməsi, toxum nümunələrinin qorunub saxlanılması, habelə meşə bitkiləri tinglərinin yetişdirilməsi ilə məşğul olan büdcə təşkilatıdır.Fərmana görə, Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay müddətində “Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 avqust tarixli 489 nömrəli Fərmanının 3.7-ci bəndi nəzərə alınmaqla, Mərkəzin işçilərinin say həddini və vəzifə maaşlarını təsdiq...

25 Noyabr 2026, 13:23

Özbəkistan parlament nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edib

Ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanın başçılıq etdiyi parlament nümayəndə heyəti Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib.Citypost.az xəbər verir ki, Ulu Öndərin xatirəsi ehtiramla yad edilib, məzarı üzərinə əklil və gül dəstələri qoyulub.

25 Noyabr 2026, 13:10