Bizə yazın

Baku

-°C

USD

-

"İpək Yolu Sığorta" nizamnamə kapitalını 2 dəfə artırır

İqtisadiyyat 03 Noyabr 2026, 19:33

347

"İpək Yolu Sığorta" ASC nizamnamə kapitalını 15 242 500 manat və yaxud 2 dəfə artıraraq 14 770 000 manatdan 30 012 500 manata çatdırmağı planlaşdırır.

Citypost.az  şirkətə istinadən xəbər verir ki, kapital artımı qurumun dövriyyədə olan 17 500 ədəd səhminin nominal dəyərinin 844 manatdan 1 715 manata çatdırılması hesabına baş tutacaq.

Xatırladaq ki, "İpək Yolu Sığorta" 2011-ci ildə "AZAL Sığorta" ASC-nin bazasında yaradılıb. Şirkətin səhmlərinin 96,5 %-i "ASG Business Aviation" MMC-yə, 3,5 %-i isə "Azərbaycan Hava Yolları" QSC-yə məxsusdur.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycanda pul bazasında kəskin artım

Bu il noyabrın 1-i tarixinə Azərbaycanda pul bazası 25 milyard 146.1 milyon manata bərabər olub.Citypost.az-a bu barədə Azərbaycan Mərkəzi Bankdan məlumat verilibMəlumata görə, son bir ayda pul bazası 1,32% artıb.İllik müqayisədə isə pul bazası 17,53% artıb.

03 Noyabr 2026, 12:00

Dövlət Neft Fondunun büdcəyə transfertləri açıqlanıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2026-cı il 30 sentyabr tarixinə ümumi 180 mlrd. 040,9 mln. manat həcmində vəsaiti dövlət büdcəsinə transfert edib.Bu barədə Citypost.az-a Dövlət Neft Fondundan məlumat verilib.Qeyd edək ki, 2026-cı ilin yanvar-sentyabr aylarında ARDNF-nin büdcəsinin icrası çərçivəsində dövlət büdcəsinə 9 mlrd. 628 mln. manat transfert edilib.Əlavə etmək lazımdır ki, bu il sentyabr ayının 30-na ARDNF-in aktivləri 74 004 milyon ABŞ dolları (125 807 milyon manat) təşkil edib.Xatırladaq ki, ARDNF 29 dekabr 1999-cu il tarixində tarixli təsis edilib. Fond neft və qazdan əldə edilən gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini və gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi qurumdur....

03 Noyabr 2026, 09:40

"Apple" Azərbaycanın mobil cihaz bazarındakı payının 17 %-ni itirib

Bu ilin oktyabr ayında Azərbaycanın mobil cihazlar bazarında "Samsung"un payı 38,06 % təşkil edib."Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu, sentyabr ayına nisbətən 2,9 faiz bəndi az, 2025-ci ilin oktyabr ayının göstəricisi ilə müqayisədə 13,51 faiz bəndi çoxdur.İkinci sıradakı "Xiaomi"nin bazar payı aylıq müqayisədə 1,13 faiz bəndi azalaraq, illik müqayisədə isə 9,71 faiz bəndi artaraq 27,58 % olub.Üçüncü pillədəki "Apple"ın bazar payı aylıq müqayisədə 1,91 faiz bəndi artaraq və illik müqayisədə 3,62 faiz bəndi və ya 17 % azalaraq 17,58 % olub.Növbəti pillədə qərarlaşan adları açıqlanmayan brendlərin bazar payı aylıq müqayisədə 1,73 faiz bəndi artaraq, illik müqayisədə...

02 Noyabr 2026, 11:54

Azərbaycanda nağdsız ödənişlərin payı 69 %-ə çatıb

Azərbaycanda milli ödəniş sisteminin dövriyyəsi 46 % artıb.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.Onun sözlərinə görə, milli ödəniş sistemi üzrə sentyabr ayının nəticələrinə əsasən, dövriyyə 862 milyard manat olub: "Kart vasitəsilə ölkədaxili əməliyyatlar üzrə nağdsız dövriyyənin xüsusi çəkisi 69 % təşkil edib. Ümumilikdə, kart vasitəsilə ölkədaxili əməliyyatların həcmi 64,6 milyard manat olub ki, bu da ötən ilin 9 ayı ilə müqayisədə 8 % çoxdur. Ölkədaxili nağdsız əməliyyatların həcmi isə 80 milyard manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,7 % artım deməkdir"....

29 Oktyabr 2026, 12:45

Azərbaycan neftinin qiyməti 4% azalıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.Citypost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 5,11 dollar və ya 4% azalaraq 122,49 ABŞ dolları olub.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 127,6 ABŞ dolları təşkil edib.Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

28 Oktyabr 2026, 09:30

Azərbaycanda bankların aktivləri və kredit portfeli artıb

Bu il oktyabrın 1-i tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 63 milyard 621.7 milyon manat təşkil edib.Citypost.az  Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 13,3% çoxdur.Həmin dövrə bankların cəmi öhdəlikləri 55 milyard 783 milyon manat, balans kapitalı 7 milyard 838.7 milyon manat olub.Sentyabr ayında bankların cəmi aktivləri 1,8%, cəmi öhdəlikləri 1,9%, balans kapitalı isə 1.1% artıb. Hesabat ayında bankların kredit portfeli isə 2,6% və ya 860.5 milyon manat artaraq 33 milyard 684.7 milyon manat olub....

27 Oktyabr 2026, 11:41