Bizə yazın

Baku

-°C

USD

-

Ermənistan İstintaq Komitəsinin rəhbəri: Azərbaycan hərbçisinin heç kimi öldürmək niyyəti olmayıb

Cəmiyyət 03 Noyabr 2026, 19:00

2685

Ermənistanda saxlanılan Azərbaycan Ordusunun hərbçisi Nəsimi Musayevin məqsədi heç kimi öldürmək olmayıb.

Citypost.az xəbər verir ki,bu barədə "Sputnik-Armenia" Ermənistan İstintaq Komitəsinin sədri Artur Poqosyana istinadən məlumat yayıb.

O bildirib ki, Azərbaycan hərbçisi artıq dindirilib və ifadə verib. Poqosyanın sözlərinə görə, hərbçi duman səbəbindən yolunu azıb. O, istintaq davam etdiyi üçün təqsirləndirilən şəxsin ifadəsinin digər təfərrüatlarını açıqlamaqdan imtina edib.

“Biz faktları qiymətləndirməliyik. Bu şəxs yolunu azaraq piyada buraya gəlib, hansısa ev görüb, şüşəni sındırıb, acdığı üçün içəri daxil olub, özünə yemək hazırlayıb və paltarını dəyişib. Uşaqlar içəri daxil olduqda onların telefonunu götürüb, oturmağa məcbur edib, lakin onlara xəsarət yetirməyib”, – Poqosyan jurnalistlərə deyib.

Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, Azərbaycan Respublikasının Laçın rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət keçən Musayev Nəsimi Rasim oğlunun itkin düşməsi barədə məlumatlar yayılıb. Bildirilib ki, 26 sentyabr 2026-cı il tarixində Nəsimi Musayevin xidmət yerində olmaması və olduğu yerin müəyyən edilməməsi ilə əlaqədar onun axtarışına başlanılıb, Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qüvvələri tərəfindən zəruri axtarış tədbirləri həyata keçirilib. Hadisənin hallarının araşdırılması məqsədilə Hərbi Prokurorluqda müvafiq araşdırma aparılıb və araşdırma nəticəsində Nəsimi Musayevin hərbi hissəni özbaşına tərk etməsinə əsaslı şübhələr müəyyən edilib. Ermənistan məhkəməsinin qərarı ilə Nəsimi Musayev həbs edilib. (APA)

Problemlərinizi bizə bildirin

077 323 55 66

Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA

“Biz artıq bir neçə ildir ki, ali təhsildə çox uğurla adambaşı maliyyələşmə mexanizmini tətbiq edirik. Yəni ali təhsil müəssisələrinə vəsait, onun saxlama xərcləri üzrə yox, hər qəbul olan tələbəyə görə ödənilir. Bu mexanizmin uğurunu nəzərə alaraq, hökumət tərəfindən qərar qəbul edilib ki, bunu tədricən ümumi təhsildə də tətbiq etməyə başlayaq. Ona görə də cari və növbəti illərdə məktəblərimizin bir qismi adambaşı maliyyələşmə mexanizminə keçəcək”.CityPost.az  xəbər verir ki, bu sözləri Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında maliyyə naziri Sahil Babayev deyib.“Düşünürük ki, adambaşına maliyyələşmə kifayət qədər uğurlu...

06 Noyabr 2026, 22:53

Bu il pensiyalar daha az artacaq - Deputat

Azərbaycanda 2027-ci ildə əmək pensiyalarının 7,5 faiz artırılacağı proqnozlaşdırılır. Gələn ildən pensiyaların indeksləşdirilməsi qaydasında da dəyişiklik nəzərdə tutulur.Komitə sədri Azər Badamov Modern.az-a açıqlamasında bildirib ki, 7,5 faiz ilkin proqnozdur. Yekun indeksləşdirmə əmsalı orta aylıq nominal əməkhaqqının artımına dair rəsmi göstərici əsasında müəyyənləşdiriləcək.Badamov xatırladıb ki, 2026-cı ildə əmək pensiyaları 9,3 faiz artırılıb. Gələn il üçün proqnozlaşdırılan artım tempi bu göstəricidən 1,8 faiz bəndi aşağıdır.Komitə sədrinin sözlərinə görə, nəzərdə tutulan yeni qaydaya əsasən, orta aylıq əməkhaqqından aşağı olan pensiyalara indeksləşdirmə əmsalı tam tətbiq ediləcək. Pensiyası orta aylıq əməkhaqqından yüksək olan şəxslərdə isə həmin həddi aşan hissəyə fərqli əmsalların tətbiqi nəzərdə tutulur. Badamov...

06 Noyabr 2026, 22:51

Şanlı Zəfər Tariximiz" adlı layihəsinin növbəti tədbiri keçirilib

Noyabrın 5-də Azərbaycan Texniki Universitetinə "Şəhid Analarına Dəstək"  İctimai Birliyinin təşkilatçılığı ilə tarixi qələbəmizi 6-cı ildönümünə və şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş "Şanlı Zəfər Tariximiz" adlı növbəti tədbiri keçirilib. Tədbirdə Texniki Universitetin rektoru Vilayət Vəliyev, millət vəkili Ceyhun Məmmədov, Azərbaycan Yazıcılar Birliyinin uzvu, Prezident təqaudcusu, “Fire Land Group”  rəhbəri Mircəlal Qurbanov, müəllim və tələbə kollektivi, şəhid ailələri, qazilər və müharibə iştirakçıları, media və ictimaiyyət numayəndələri iştirak edib.Tədbirdən öncə Ulu öndərin büstü önünə və şəhidlərin xatirə abidəsinin önünə güllər düzülüb.Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və  Azərbaycanın ərazi bütövlüyü , suverenliyi uğrunda şəhadətə yüksəlmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik...

06 Noyabr 2026, 21:25

İlham Əliyev: Ermənilər 30 il bu torpaqları viran qoymuşdular

Ermənilər 30 il bu torpaqları viran qoymuşdular, bir daşı daş üstə qoyulmamışdır. Biz isə cəmi altı il ərzində 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq, onlar üçün mümkün olan ən gözəl şərait yaratmışıq.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında sakinlərlə söhbəti zamanı bildirib.Dövlət başçısı Azərbaycanın müharibədə Qələbə qazandığını vurğulayıb:"Sülh şəraitində yaşayan xalqımız da qurub-yaradır"....

06 Noyabr 2026, 20:24

“Azərbaycan Test Portalı” MMC-nin direktoru dələduzluqda ittiham olunur

Şirkət rəhbəri vətəndaşların etibarından sui-istifadə edərək külli miqdarda dələduzluq etməkdə təqsirləndirilir.Citypost.az xəbər verir ki, “Azərbaycan Test Portalı” MMC-nin təsisçisi və direktoru Nihad Məmmədov vətəndaşlardan işə düzəltmək adı ilə 300 min manata yaxın pul almaqda ittiham olunur.Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.İttihama görə, o, işə qəbul edilən vətəndaşlarla əmək müqavilələri bağlasa da, onlara əməkhaqqı ödənilməyib.Bu gün cinayət işi üzrə məhkəmə prosesi başlayıb.Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Arzuyar Kərimovun sədrliyi ilə keçirilən hazırlıq iclasında tərəflərin anket məlumatları dəqiqləşdirilib, hüquq və vəzifələri izah edilib.Məlum olub ki, təqsirləndirilən Nihad Məmmədov istintaq dövründə ziyanın 15 min...

06 Noyabr 2026, 20:20

Sahibə Qafarova “Aqaba Prosesi” çərçivəsində Astanada keçirilmiş görüşdə iştirak edib

Noyabrın 6-da Qazaxıstanın paytaxtı Astana şəhərində “Süni intellekt sahəsində təhlükəsizlik” mövzusunda “Aqaba Prosesi” çərçivəsində Mərkəzi Asiya Dövlət Başçılarının Görüşü keçirilib.Citypost.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.Bildirilib ki, tədbirdə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev, İordaniya Kralı II Abdullah bin Əl-Hüseyn, Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Serdar Berdımuhamedov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Qırğızıstanın xarici işlər naziri Cenbek Kulubayev və digər rəsmi şəxslər iştirak ediblər.Milli Məclisin sədri Sahibə Qafarova tədbirdə çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını görüş iştirakçılarına çatdırıb.Spiker çıxışında Azərbaycanda rəqəmsal texnologiyalar...

06 Noyabr 2026, 20:09