Salyanda növbəti səyyar qəbul keçirilib
Cəmiyyət 03 Noyabr 2026, 18:48
483
Salyanda sakinlərlə növbəti səyyar qəbul Düzənlik kəndində keçirildi.
Citypost.az xəbər verir ki, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə Düzənlik kənd ümumi orta ümumtəhsil məktəbinin binasında kənd sakinləri ilə səyyar qəbul keçirib.
Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda dövlət səviyyəsində həyata keçirilən sosial-iqtisadi tədbirlər barədə ətraflı danışıb, ölkə başçısının qayğısı ilə görülən bütün işlərin, həyata keçirilən tədbirlərin yalnız bir amala, əhalimizin yaxşı yaşamasına, onların sosial rifahının və həyat səviyyəsinin daha da yüksəlməsinə xidmət etdiyini vurğulayıb.
Həmçinin oxuyun
Qeyd olunub ki, vətəndaş məmnunluğunun təmin olunması rayon rəhbərliyinin fəaliyyətində əsas prioritetlərdən biridir. Bildirilib ki, keçirilən bu cür görüşlər əhalinin problemlərinin operativ şəkildə həllinə, eyni zamanda yerli icra strukturları ilə sakinlər arasında qarşılıqlı etimadın gücləndirilməsinə xidmət edir.
Qəbul zamanı bəzi müraciətlər üzrə dərhal tədbirlər görülməsi üçün tapşırıqlar verilib, əlavə araşdırma tələb edən məsələlər isə nəzarətə götürülərək icra vəziyyətinin mütəmadi izlənəcəyi vurğulanıb.
ŞOK! Villada qadınları zorlayıblarmış?
Novxanıdakı “milyonluq villa”nın sahibi Bəxtiyar Dalinin həbsi ilə bağlı özəl xəbərimiz ölkə gündəmini zəbt edib.CityPost.az xəbər verir ki, xəbər yayıldıqdan sonra hadisə və xüsusən zərərçəkmiş qadınla bağlı müxtəlif iddialar səsləndirilib.Adının açıqlanmasını istəməyən zərərçəkmiş vəkili Vüqar Əliyev vasitəsilə saytımıza açıqlama göndərib.Vəkilin sözlərinə görə, Bəxtiyar Dalidən əlavə, daha 2 nəfər də cinayətdə iştirak edib:“Bəxtiyar da daxil olmaqla 3 nəfər bağ evində qadını zorlamaq istəyib. Qız onların əlindən qaçdıqdan sonra polisə şikayət edib. İstintaq başlayandan sonra Bəxtiyar Dali həbs edilib, ikinci şəxs ölkədən qaçdığı üçün axtarışa verilib, digər şəxslə bağlı isə araşdırma davam edir.“Qafqazinfo”da xəbər yayıldıqdan sonra bəziləri hadisənin restoranda baş verdiyini, guya...
03 Noyabr 2026, 19:36
Ermənistan İstintaq Komitəsinin rəhbəri: Azərbaycan hərbçisinin heç kimi öldürmək niyyəti olmayıb
Ermənistanda saxlanılan Azərbaycan Ordusunun hərbçisi Nəsimi Musayevin məqsədi heç kimi öldürmək olmayıb.Citypost.az xəbər verir ki,bu barədə "Sputnik-Armenia" Ermənistan İstintaq Komitəsinin sədri Artur Poqosyana istinadən məlumat yayıb.O bildirib ki, Azərbaycan hərbçisi artıq dindirilib və ifadə verib. Poqosyanın sözlərinə görə, hərbçi duman səbəbindən yolunu azıb. O, istintaq davam etdiyi üçün təqsirləndirilən şəxsin ifadəsinin digər təfərrüatlarını açıqlamaqdan imtina edib.“Biz faktları qiymətləndirməliyik. Bu şəxs yolunu azaraq piyada buraya gəlib, hansısa ev görüb, şüşəni sındırıb, acdığı üçün içəri daxil olub, özünə yemək hazırlayıb və paltarını dəyişib. Uşaqlar içəri daxil olduqda onların telefonunu götürüb, oturmağa məcbur edib, lakin onlara xəsarət yetirməyib”, – Poqosyan jurnalistlərə deyib.Qeyd edək...
03 Noyabr 2026, 19:00
Qobustanda daha bir körpü yenilənəcək
Qobustan körpüsündə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.Citypost.az xəbər verir ki, noyabrın 4-ü saat 13:00-dan etibarən Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qobustan rayonu ərazisində yerləşən Qobustan körpüsünün Bakı istiqamətindəki köməkçi hissəsinin sökülərək yenidən inşasına başlanılacaq.Bununla əlaqədar körpünün sözügedən hissəsində avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.
03 Noyabr 2026, 18:42
Mənim Qəhrəmanım” adlı Milli Komiks Kitabının qalibləri açıqlandı
Zəfər Günü ərəfəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və “Ədibin Evi”nin birgə təşkilatçılığı ilə keçirilən “Mənim Qəhrəmanım” adlı Milli Komiks Kitabı müsabiqəsinə yekun vurulub və qaliblər elan edilib.Citypost.az xəbər verir ki, “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının həyata keçirilməsi çərçivəsində elan olunan müsabiqədə 14-17 yaşlı gənclər qrafik hekayəçilik üslubunda dövrümüzün yeni qəhrəman obrazını yaratmağa dəvət olunublar.Münsiflər heyəti müsabiqəyə təqdim edilmiş 31 əsəri nəzərdən keçirərək üç qalibi müəyyənləşdirib. Azərbaycan Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kollecinin tələbəsi, 16 yaşlı Zəhra Məmmədova birinci yerə layiq görülüb. Bakı məktəbliləri – 14 yaşlı Xədicə Şirin Derdiyok ikinci, Amir Hüseynli isə üçüncü yeri tutublar....
03 Noyabr 2026, 18:30
67 nəqliyyat vasitəsi hərracda satıldı
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən noyabrın 3-də keçirilən hərracda 67 nəqliyyat vasitəsi satılıb.Dövlət Xidmətindən Citypost.az-a bildirilib ki, hərracda start qiyməti 10 min manat olan “Hyundai ix-35” markalı avtomobil 15 min 300 manata, ilkin qiyməti 5 min manat olan “Ford Transit” markalı mikroavtobus isə 9200 manata satılıb.Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.Qeyd edək ki, cari ay ərzində nəqliyyat vasitələri üzrə növbəti hərraclar noyabrın 11, 17 və 24-də keçiriləcək.Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” saytlarından seçim edə bilərlər....
03 Noyabr 2026, 18:19
Taleh Qaraşov şəhidin məzarını ziyarət edib
Noyabrın 3-də Vətən müharibəsi şəhidi Qənbərli Mehdi Sübhi oğlunun anım günüdür. Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, icra başçısı aparatının kollektivi və ictimaiyyət nümayəndələri şəhidin Tatoba kənd qəbristanlığındakı məzarını ziyarət ediblər. Şəhidin məzarı önünə tər çiçəklər düzülüb və ruhuna dualar oxunub.Citypost.az xəbər verir ki, Taleh Qaraşov şəhid ailəsi ilə həmsöhbət olaraq onların qayğı və problemləri ilə maraqlanıb, dövlətin hər zaman şəhid ailələrinin yanında olduğunu vurğulayıb.Şəhidin ailə üzvləri də onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.Allah bütün şəhidlərimizə rəhmət eləsin!...
03 Noyabr 2026, 18:06