Bizə yazın

Baku

-°C

USD

-

Sittüş-Şam Xədicə xanım: Səlahəddin Əyyubinin bacısı, yoxsa arvadı?

Maraqlı 23 Aprel 2026, 10:27

4439

Son günlər sosial mediada və bəzi tarixi məqalələrdə Xədicə (Sittüş-Şam) xanımın Səlahəddin Əyyubinin həyat yoldaşı kimi təqdim edilməsi yayılıb. Bu, ciddi tarixi yanlışlıqdır. Xədicə xanım Səlahəddinin arvadı deyil, doğma bacısı idi.

Bəlkə də bu qarışıqlıq ondan qaynaqlanır ki, Sittüş-Şam dövlət işlərində o qədər nüfuzlu və güclü olub ki, insanlar onu sultanın xanımı zənn ediblər. Halbuki o, Səlahəddinin ən çox hörmət etdiyi, ən çətin anlarda – istər daxili çəkişmələr, istərsə də Səlib yürüşləri zamanı – məsləhətləşdiyi bacısı idi.

Səlahəddinin ən məşhur həyat yoldaşı isə İsməddin Xatun (Nurəddin Zənginin dul xanımı) olub. İsməddin Xatun da xeyriyyəçiliyi ilə tanındığından, bəzən xalq arasında bu iki böyük qadının şəxsiyyəti bir-birinə qarışdırılır.

Xədicə bint Nəcməddin Əyyubi tarixdə "Sittüş-Şam" (Suriyanın xanımı) və "Zümrüd" kimi fəxri adlar daşıyırdı. Lakin o, yalnız qardaşının nüfuzu ilə deyil, öz ağlı, diplomatik zəkası və xeyirxah işləri ilə dövlət işlərində söz sahibi olmuşdu. Onu "Mədrəsələr anası" da adlandırırdılar – Dəməşqdə tikdirdiyi təhsil ocaqları dövrün ən böyük elmi mərkəzlərindən sayılırdı.

Tarixçi İbn Xallikan yazır: "O, xatunların ən xeyirlisi və ən ağıllısı idi." Hər gün yüzlərlə kasıba yemək paylayar, ehtiyacı olan qadınlar üçün sığınacaqlar və xəstəxanalar tikdirər, Həcc zəvvarlarını Səlibçilərdən qorumaq üçün şəxsi vəsaiti ilə mühafizə dəstələri yaradardı. Dar günlərdə öz zinət əşyalarını və var-dövlətini orduya ianə edəcək qədər fədakar olub.

Onun həm birinci, həm də ikinci həyat yoldaşı (Nurəddin Məhəmməd bint Qaraquş və əmisi oğlu Nasirəddin Məhəmməd ibn Şirkuh) türk əsilli bəylər idi. O, dövrün siyasi və mədəni mühitində tamamilə türk-islam ənənələri ilə yaşayırdı. 

 1220-ci ildə Dəməşqdə vəfat edən Sittüş-Şam, öz tikdirdiyi Şamiyyə mədrəsəsində dəfn olundu. Cənazəsi elə izdihamla yola salınmışdı ki, Dəməşq tarixində buna bənzər az rast gəlinir. 

Xalq onu sadəcə bir şahzadə kimi deyil, "yetimlərin anası" kimi yola saldı.

Prof.Dr.Zaur Aliyev

Problemlərinizi bizə bildirin

077 323 55 66

Qış yaxınlaşdıqca hava nə üçün soyuyur? Maraqlıdır ki, Yer bu fəsildə Günəşə daha yaxın olur!

Payız sona yaxınlaşdıqca havalar tədricən soyumağa, günlər qısalmağa, gecələr isə uzanmağa başlayır. Qışın gəlişi ilə temperatur aşağı düşür, günəş şüalarının təsiri azalır və insanlar daha qalın geyimlərə üstünlük verirlər. Bir çoxları qışın soyuq keçməsini Yerin Günəşdən uzaqlaşması ilə əlaqələndirir. Lakin bu, əslində, yanlış təsəvvürdür. Çünki Şimal yarımkürəsində qış yaşandığı dövrdə Yer Günəşə ilin digər vaxtlarına nisbətən daha yaxın olur.Bəs Yer Günəşə yaxın olduğu halda, qışda hava nə üçün soyuyur? Fəsillərin dəyişməsinə səbəb nədir və planetimizin Günəş ətrafında hərəkəti bu prosesə necə təsir göstərir?Citypost.az xəbər verir ki, əslində, qışın yaranmasının əsas səbəbi Yerin Günəşdən uzaqlaşması deyil, planetimizin fırlanma oxunun təxminən 23,4...

24 Noyabr 2026, 08:30

Dənizlərin gizli gözəlliyi: Bəbir naxışlı mürən balığının heyrətamiz xüsusiyyətləri

Dənizlərin dərinliklərində və mərcan riflərinin arasında yaşayan canlılar öz qeyri-adi görünüşləri və maraqlı xüsusiyyətləri ilə diqqət çəkir. Onlardan biri də üzərindəki bəbir naxışlarını xatırladan ləkələri ilə seçilən bəbir mürən balığıdır. Təbiətin rəngarəng canlılarından biri olan bu balıq həm görünüşü, həm də ovlanma üsulu ilə dəniz dünyasının ən maraqlı nümayəndələri sırasındadır. Onun bədənindəki naxışlar sadəcə gözəllik elementi deyil, eyni zamanda yaşadığı mühitə uyğunlaşmasına kömək edən təbii kamuflyaj vasitəsidir.Citypost.az xəbər verir ki, Bəbir mürən balığının bədəni üzərindəki sarımtıl, qəhvəyi və tünd rəngli ləkələr ona olduqca fərqli görünüş verir. Bu naxışlar mərcan riflərinin, qayalıqların və sualtı bitki örtüyünün arasında gizlənməsinə kömək edir. Ətraf...

23 Noyabr 2026, 11:00

Nüvə sualtı qayıqları aylarla suyun üzünə çıxmadan necə nəfəs alır? Maraqlı FAKT

Nüvə sualtı qayıqları dünyanın ən mürəkkəb hərbi texnologiyalarından biri hesab olunur. Bu nəhəng sualtı gəmilər aylarla okeanın dərinliklərində hərəkət edə, uzun müddət suyun səthinə çıxmadan fəaliyyət göstərə bilir. Lakin burada maraqlı bir sual yaranır: Günlərlə, hətta aylarla suyun altında qalan sualtı qayıqda yaşayan 150-yə yaxın dənizçi necə nəfəs alır? Onlar bu qədər uzun müddət üçün özləri ilə böyük oksigen balonları daşıyırlar, yoxsa gəminin daxilində xüsusi hava təminatı sistemi fəaliyyət göstərir?Citypost.az-ın məlumatına görə , əslində, nüvə sualtı qayıqlarında oksigen təminatı böyük balon ehtiyatlarına əsaslanmır. Bu gəmilərdə ekipajın nəfəs alması üçün lazım olan oksigen xüsusi texnoloji sistemlər vasitəsilə istehsal olunur. Bunun üçün...

23 Noyabr 2026, 10:00

Zeytun ağacları 5G şəbəkəsinə mane olur? Ağacların elektromaqnit dalğalarına təsiri ilə bağlı yayılan iddialar

Zeytun ağacı minilliklərdir insan həyatında mühüm yer tutan, uzunömürlülüyü və dözümlülüyü ilə seçilən bitkilərdən biridir. Quraqlığa davamlılığı, güclü kök sistemi və müxtəlif iqlim şəraitinə uyğunlaşma qabiliyyəti onu digər ağac növlərindən fərqləndirir. Son dövrlərdə isə zeytun ağaclarının daha bir xüsusiyyəti ilə bağlı maraqlı iddialar gündəmə gəlib. Belə ki, bəzi fikirlərə görə, zeytun ağacları elektromaqnit dalğalarının təsirini zəiflətmək qabiliyyətinə malikdir və ətrafındakı digər bitkiləri də bu təsirlərdən qoruyur. Hətta bu xüsusiyyətin 5G mobil rabitə texnologiyasının yayılması ilə əlaqəli olduğu, yeni nəsil rabitə infrastrukturu üçün ağacların kəsildiyi iddia edilir.Citypost.az-ın məlumatına görə, bu iddiaların əsasını ağacların elektromaqnit dalğaları ilə qarşılıqlı təsiri təşkil edir. Əslində,...

23 Noyabr 2026, 09:00

Qaynar su soyuq sudan daha tez dona bilərmi? – Alimləri düşündürən hadisə

İlk baxışdan məntiqə zidd görünsə də, bəzi şəraitlərdə qaynar su soyuq sudan daha tez dona bilər. Elmdə “Mpemba effekti” adlandırılan bu maraqlı hadisə uzun illərdir alimlərin diqqətini cəlb edir. Adi məntiqə görə, temperaturu yüksək olan suyun əvvəlcə soyuması, daha sonra isə donması tələb olunur. Lakin müəyyən təcrübələr zamanı isti suyun soyuq sudan əvvəl buz halına keçdiyi müşahidə edilib.Citypost.az xəbər verir ki, bu hadisənin tarixçəsi isə maraqlı bir müşahidə ilə əlaqələndirilir. 1960-cı illərdə Tanzaniyada məktəbli Erasto Mpemba dondurma hazırlayarkən diqqətçəkən bir fərq görüb. O, isti qarışığın soyuducuya yerləşdirildikdən sonra bəzən daha əvvəl donduğunu müşahidə edib. Mpemba bu barədə müəlliminə danışsa da,...

20 Noyabr 2026, 11:40

İnsan adlarını unutmaq yaddaş zəifliyindən qaynaqlanmır? – Maraqlı izah

İnsanlarla ilk dəfə tanış olarkən onların adını eşitsək də, bəzən cəmi bir neçə saniyə sonra həmin adı unuduruq. Bu hal bir çox insanda müşahidə olunur və çox vaxt yaddaşın zəif olması, diqqətsizlik və ya qarşı tərəfə kifayət qədər önəm verməmək kimi qiymətləndirilir. Halbuki bunun arxasında beynin informasiyanı qəbul etmə və emal etmə mexanizmi ilə bağlı maraqlı bir proses dayanır.Citypost.az-ın məlumatına görə, İlk tanışlıq anı beynimiz üçün eyni vaxtda bir neçə fərqli işi yerinə yetirməyi tələb edən sosial vəziyyətdir. Qarşımızdakı insanın üz ifadəsini izləmək, göz təmasını qorumaq, düzgün bədən dili nümayiş etdirmək, əl sıxmaq, özümüzü təqdim etmək və söhbətin necə davam...

20 Noyabr 2026, 10:40