Azərbaycan çempionatının ən bahalı oyunçuları- Açıqlandı
İdman 01 Oktyabr 2024, 21:26

439
Azərbaycan Premyer Liqasının ən bahalı futbolçusu Olaviyo Juninyodur.
“Qarabağ”ın forvardının dəyəri 2 milyon avroya bərabərdir.
Aleksey Kaşuk 1,8 , Mateuş Koxalski və Leandro Andrade isə 1,5 milyon avro dəyərə malikdirlər.
Həmçinin oxuyun
Azərbaycanlı futbolçular arasında ən baha Renat Dadaşovdur. Milli komandamızın forvardının qiyməti 1,5 milyondur.
Nəriman Axundzadə 1,2, Toral Bayramovun bazar qiyməti isə 1 milyon avro qiymətləndirilir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

“Real” “Barselona”ya başsağlığı verdi
“Barselona”nın əsas komandasının həkimi 40 yaşlı Karles Minyaro Qarsia vəfat edib. Citypost.az xəbər verir ki, “Real Madrid” əzəli rəqibinə Qarsiyanın ölümü ilə bağlı başsağlığı verib.“Real Madrid” klubu, onun prezidenti və Direktorlar Şurası “Barselona”nın həkimi Karles Minaryo Qarsiyanın vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verir. Biz Karlesin əzizlərinə və yaxınlarına, onun həmkarlarına və bütünlükdə “Barselona”ya öz kədərimizi və dəstəyimizi çatdırmaq istərdik”, – deyə bəyanatda vurğulanıb.Qeyd edək ki, həkimin ölümünə görə ötən gün baş tutmalı olan “Barselona” – “Osasuna” matçı təxirə salınıb.Qarşılaşmanın aprelin 26-da və ya mayın 21-də keçiriləcəyi gözlənilir....
09 Mart 2025, 15:00

Azərbaycan UEFA reytinqində geriləyib
Azərbaycan UEFA reytinqində geriləyib.Citypost.az xəbər verir ki, avrokubokların 1/8 final mərhələsinin ilk oyunlarından sonra Azərbaycan 28-ci yerdən 30-cu pilləyə düşüb.Avrokuboklarda təmsil olunmayan ölkəmizin əmsalı 19,625-ə bərabərdir.Qeyd edək ki, reytinq cədvəlinə İngiltərə (107,910) başçılıq edir.
07 Mart 2025, 11:00

AFFA-dan bu kluba xəbərdarlıq
AFFA Azərbaycan I Liqasında mübarizə aparan “İmişli” klubuna xəbərdarlıq edib. Citypost.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar çıxarılıb. Buna fevralın 13-də I Liqanın XIV turunda baş tutan “Qəbələ” ilə matçın 58-ci dəqiqəsində “İmişli”nin azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndiriliməsi səbəb olub. Bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə AFFA bölgə təmsilçisinə xəbərdarlıqla kifayətlənib. Sözügedən görüşün 49-cu dəqiqəsində “Qəbələ” klubunun məşqçisi Amil Ağacanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Qəbələ” isə 100 manat cərimələnib. “Zaqatala”-“Difai” oyununda isə 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə qonaqlar 70 manat cərimələnib....
17 Fevral 2025, 17:00

Azərbaycanda bu stadionun adı dəyişdirildi
“Sumqayıt” Futbol Klubu ilə “SOCAR Polymer” MMC arasında sponsorluq müqaviləsi imzalanıb. Citypost.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər Stadionunun Mətbuat zalında təşkil olunan imza mərasiminə hər iki qurumun rəhbərliyi, əməkdaşları, həmçinin digər tərəfdaş şirkətlərin nümayəndələri qatılıb. Əvvəlcə çıxış edən “Sumqayıt”ın prezidenti Riad Rəfiyev əməkdaşlığın önəmindən bəhs edib və vurğulayıb ki, son zamanlar bütün dünyada geniş vüsət alan iri şirkətlərin idmana investisiya etmə tendensiyasının Azərbaycanda da yayılması ölkə futboluna böyük töhfə verəcək. Rəfiyev həmçinin qeyd edib ki, bu əməkdaşlıq hər iki quruma gələcəkdə inkişaf yolunda böyük təkan olacaq. Daha sonra “SOCAR Polymer” MMC-nin Baş direktoru Fuad Əhmədov çıxış edib...
14 Fevral 2025, 13:29

Dünyanın ən çox qazanan 10 idmançısı - Siyahı
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun portuqaliyalı futbolçusu Kristiano Ronaldo 2024-cü ildə dünyanın ən çox qazanan idmançısı olub. Citypost.az Teleqraf-a istinadən xəbər verir ki, 40 yaşlı hücumçu ötən il 260 milyon dollar gəlir əldə edib. 2024-cü ilin ən çox qazanan 10 idmançısı: 1. Kristiano Ronaldo (Portuqaliya, futbol) - 260 milyon avro; 2. Stefen Karri (ABŞ, basketbol) - 153,8 milyon avro; 3. Tayson Fyuri (Böyük Britaniya, boks) - 147 milyon avro; 4. Lionel Messi (Argentina, futbol) - 135 milyon; 5. Lebron Ceyms (ABŞ, basketbol) - 133,2 milyon; 6. Neymar (Braziliya, futbol) - 133 milyon; 7. Oleksandr Usik (Ukrayna, boks) – 122 milyon; 8. Kərim Benzema (Fransa, futbol) - 116 milyon; 9. Kilian Mbappe (Fransa, futbol)...
13 Fevral 2025, 15:11

“Neftçi” azarkeşlərinə görə cərimələndi
“Neftçi” klubu azarkeşləri pirotexniki vasitədən istifadə etdiyinə görə cərimələnib. Citypost.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub. Azarkeşləri Azərbaycan Kubokunun 1/4 finalında “Kəpəz”lə oyun bitdikdən sonra pirotexniki vasitələrdən istifadə etdiyi üçün "Neftçi" 1500 manat cərimələnib. Azərbaycan Kubokunda 1/4 finalın “Araz-Naxçıvan” – “Zirə” oyununda qonaqlar 4 futbolçusunun sarı vərəqə almasına görə 700 manat ziyana düşüblər. “Səbail” – “Qarabağ” oyunu bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə isə meydan sahibləri 800 manat cərimə ödəyəcək....
12 Fevral 2025, 17:44