Bayden və Papa arasında telefon danışığı olub
Dünya 20 Dekabr 2024, 12:21

256
ABŞ prezidenti Co Bayden və Roma Papası Fransisk telefon danışığında sülhün bərqərar edilməsi səylərini müzakirə ediblər.
Citypost.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyerin yazılı bəyanatında deyilir.
Onun sözlərinə görə, Bayden və Papa Fransisk bayramlar zamanı dünyada sülhün bərqərar edilməsi səyləri haqqında danışıblar.
Həmçinin oxuyun
“Prezident dünyada iztirabların azaldılması, o cümlədən insan hüquqlarının və dini azadlıqların qorunması istiqamətində davamlı fəaliyyətinə görə Papaya minnətdarlığını bildirib”, - Jan-Pyer əlavə edib.
O, qeyd edib ki, Bayden gələn ay Papanın Vatikana səfər etmək dəvətini də qəbul edib. Ağ Ev dekabrın 19-da bildirib ki, Bayden 9-12 yanvar tarixlərində Romaya səfər edəcək, o, İtaliyanın baş naziri Giorgia Meloni, eləcə də Roma Papası ilə görüşəcək.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Sorğu: Zelenski yenidən ukraynalıların populyarlığını qazandı
"Ukraynada prezident seçkiləri indi keçirilsəydi, Kiyev rejiminin hazırkı rəhbəri Volodimir Zelenski qalib gələrdi".
13 Mart 2025, 18:30

"Ukrayna çətin ki, atəşkəsə razı olsun"-Belarus prezidenti
Belarus prezidenti Aleksandr Lukaşenko hesab edir ki, ukraynalılar çətin ki, atəşkəslə razılaşsınlar və Moskvadan imtina gözləyirlər.
13 Mart 2025, 18:18

Kanada Trampın təhdidlərinə baxmayaraq, ABŞ-dan bəzi "HIMARS" almaq istəyir
Kanadanın silahlı qüvvələri ABŞ prezidenti Donald Trampın şimal qonşusunu ABŞ-ın 51-ci ştatı etmək tələblərinə baxmayaraq, ölkə hökumətinə ABŞ-dan bir neçə HIMARS raket buraxılış qurğusu almağı təklif edir.
13 Mart 2025, 18:00

Lukaşenko: "Belarus hələ "Oreşnik"i Rusiyadan almayıb"
Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Minsk hələ ki, Rusiyanın "Oreşnik" raket sistemlərini almayıb.
13 Mart 2025, 17:51

Trampın ritorikası milyarderlərin sərvətini "əritdi"
ABŞ prezidenti Donald Trampın ticarət gərginliyini və qeyri-müəyyənlikləri artıran iqtisadi siyasətləri dünyanın ən zəngin insanlarının ilin əvvəlindən bəri dörddə bir trilyon dollar itirməsinə səbəb olub.
13 Mart 2025, 17:42

Araşdırma: Dünyada bir çox insan keyfiyyətli yuxudan məhrumdur
Həm fiziki, həm də ruhi sağlamlıq üçün əvəzolunmaz olan keyfiyyətli yuxu həyatın müxtəlif sahələrində səmərəliliyi artırsa da, dünyada bir çox insan yuxu rejimini yaxşılaşdırmaqda çətinliklərlə üzləşir.
13 Mart 2025, 17:36