Vüsal Əliyevin milyon baxışlıq videosu “YouTube”-dan silindi - SƏBƏB
Sənət aləmi 10 Oktyabr 2024, 10:59
13864
Tanınmış şair Şəmsi Vəfadarla müğənni Vüsal Əliyev arasında mahnı qalmaqalı barədə məlumat vermişdik.
Müğənniyə böyük şöhrət gətirmiş “Ya sev,ya öldür məni” mahnısının sözlərinin müəllifi şair Şəmsi Vəfadar olsa da,müğənni rəsmi “Youtube” kanalında və digər hesablarında sözlərin müəllifi kimi özünü göstərmişdi. Bununla bağlı saytımıza açıqlama verən şair Şəmsi Vəfadar müğənnini məhkəməyə verəcəyini açıqlamışdı.
CityPost.az xəbər verir ki, Vüsal Əliyevin ifasında olan həmin mahnı müəlliflik hüququnun pozulmasına görə “YouTube”-dən silinib. Milyonlarla baxışı olan sevilən mahnının silinməsindən sonra müğənni sözügedən mahnını yenidən rəsmi “YouTube” hesabına yükləyib.
Bu dəfə O, əvvəlkindən fərqli olaraq mahnının müəllifi kimi öz adını göstərməyib.Bununla yanaşı mahnının sözlərinin müəllifi Şəmsi Vəfadarın da adı qeyd edilməyib.

Həmçinin oxuyun
Məsələ ilə bağlı şair Şəmsi Vəfadar da münasibət bildirib.
“Vüsal Əliyev baş verənlərdən nəticə çıxararaq mahnının sözlərinin və musiqisinin müəllifi kimi bu dəfə özünü göstərməyib.Amma başa düşmür ki, hər mahnının söz yazarı və bəstəkarı olur. Müəlliflərinin adı qeyd olunmayan mahnı ata-anası bəlli olmayan uşaqlara bənzəyir. Yaxşı olar ki, nə qədər gec deyil,Vüsal Əliyev etdiyi səhvi bərpa etsin ki,məhkəmə müstəvisində görüşməyək.”,-deyə Şəmsi Vəfadar bildirib.
Məsələ ilə bağlı müğənni Vüsal Əliyevlə əlaqə saxlamağa çalışsaq da,zənglərimizə cavab vermədi.
Müəllif: Müşərrəfxanım
Vüqar Camalzadə Özbəkistan Bəstəkarlar İttifaqının üzvü seçildi
Tanınmış bəstəkar, Əməkdar artist, dosent Vüqar Camalzadə beynəlxalq musiqi ictimaiyyətində daha bir uğura imza atıb.Citypost.az xəbər verir ki, bəstəkar Özbəkistan Bəstəkarlar İttifaqının üzvü seçilib.Vüqar Camalzadə bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb. O, üzvlüyə seçilməsini həyatında sevinc doğuran hadisələrdən biri kimi qiymətləndirib.“Bu gün çox sevincli bir gün yaşadım. Özbəkistan Bəstəkarlar İttifaqının üzvü seçildim”, – deyə bəstəkar bildirib.Turan
23 Noyabr 2026, 01:00
Musiqidə zövq böhranına 7 əfsanə ilə cavab: Yaqut Xəlilzadədən iddialı layihə
Azərbaycan musiqi irsinin qorunması və təbliği məqsədilə hazırlanan “Dünənimiz – bugünümüz” adlı layihənin təqdimat mərasimi və media nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib.Citypost.az xəbər verir ki, təqdimat mərasimində layihənin ideyası, məqsədi, hazırlanma prosesi və musiqi konsepsiyası haqqında ətraflı məlumat verilib, iştirakçılara layihəni əks etdirən videoçarx nümayiş olunub.Layihənin əsas məqsədi Azərbaycan musiqi tarixində özünəməxsus yeri olan yeddi görkəmli xanım sənətkarın yaradıcılığını yenidən gündəmə gətirmək, onların unudulmaz ifalarını xatırlatmaq və bu zəngin musiqi irsini müasir auditoriyaya tanıtmaqdır.Layihə çərçivəsində ustad sənətkarlar Yavər Kələntərli, Fatma Mehrəliyeva, Nərminə Məmmədova, Şövkət Ələkbərova, Rübabə Muradova, Sara Qədimova və Zeynəb Xanlarovanın repertuarlarına müraciət olunub.Həmin sənətkarların yaddaşlara həkk olunmuş...
21 Noyabr 2026, 11:15
İşdən çıxarılan aktrisanın açıqlamasına TEATRDAN CAVAB
Tanınmış aktrisa Sonaxanım Əliyevanın “Uzun illər Gənc Tamaşaçılar Teatrında çalışmışam. Mənə dedilər ki, ya ərizəni yaz çıx, ya da “statya” ilə çıxaracağıq. 6 ildir ki, işsizəm, teatra müraciət edirəm, deyirlər yer yoxdur” açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.Citypost.az xəbər verir ki, Teatrın mətbuat katibi Samirə Əşrəf Yenicag.az-a açıqlamasında Sonaxanım Əliyeva ilə bağlı bildirib ki, “Sonaxanım Əliyeva 2006-cı ilin noyabr ayında Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrına aktrisa kimi işə qəbul olunub. 2010-cu ilin sentyabrında isə öz ərizəsi ilə teatrdakı işindən ayrılıb. Sonrakı dövrlərdə işlə bağlı teatra hər hansı rəsmi müraciəti olmayıb”.Qeyd edək ki, aktrisa Sonaxanım Əliyeva bu açıqlamanı Space...
19 Noyabr 2026, 15:25
"GTA 6"nın qurucusu Alim Qasımovun ifasını necə tapıb?
Alim Qasımov və Fərqanə Qasımovanın Nelli Furtadonun məşhur "Say It Right" mahnısını muğam üslubunda ifası "Grand Theft Auto VI" (GTA 6) oyununda səslənməsi ilə bağlı məsələyə aydınlıq gətirilib.Xalq artisti Alim Qasımov sözügedən mövzu ilə bağlı Oxu.Az-a danışıb.O qeyd edib ki, paylaşımlardan məlumatlıdırlar, çünki müqavilə var:"Haqqıma girməyiblər, məlumatlıyam. Ömrümdə ilk dəfədir ki, hansısa jurnalist uğuruma görə təbrik edir. Sizə təşəkkür edirəm".Alim Qasımovun köməkçisi İlkin Robin Oxu.Az-a açıqlamasında qeyd edib ki, danışıqlar 2025-ci ilin iyun ayında olub:"Rockstar Games"in qurucularından biri bizə təklif etdi ki, belə bir mahnı görüblər.Onlar növbəti oyunun yayımında "Say It Right" mahnısını muğam üslubunda ifasından istifadə etmək istədiklərini bildirdilər....
19 Noyabr 2026, 12:05
Rasim İsmayılovun 90 illik yubileyi qeyd olunub.
Noyabrın 18-də Azərbaycan Dövlət Film Fondunda görkəmli kinorejissor və kinooperor, Əməkdar incəsənət xadimi Rasim İsmayılovun 90 illik yubileyi keçirildi. Tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını özündə əks etdirən fotosərginin açılışı oldu.Citypost.az xəbər verir ki, xatirə gecəsini giriş sözü ilə tədbirin aparıcısı, Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq, Rasim İsmayılovun çoxşaxəli yaradıcılıq yolu haqqında ətraflı məlumat verdi. Sonra çıxış edən Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova, Xalq artisti Xalidə Quliyeva, Əməkdar incəsənət xadimləri Rafiq Qəmbərov, Yuri Varnovski, Elxan Cəfərov, “Asif, Vasif, Ağasif” filmində baş rolun ifaçısı Emil Pənahov görkəmli sənətkar haqqında xatirələrini bölüşdülər. Sonda...
19 Noyabr 2026, 10:14
“Muğam harada səslənirsə-səslənsin, ehtiramla təqdim olunmalıdır” – TARZƏN
Sənət məkan tanımır, keyfiyyət isə hər zaman öz dinləyicisini tapır!Könül Xasıyeva harada oxuyursa-oxusun, o, öz sənətinin sənətkarıdır! Bəzən sənət adamlarından belə fikirlər eşidirik: guya insanlar milli musiqiyə, klassik əsərlərə maraq göstərmirlər. Elə buna görə də bəziləri maddi qazanc əldə etmək, YouTube-da baxış sayı toplamaq, toy bazarında tanınmaq, trendə çevrilmək və ya özlərinə brend yaratmaq naminə bədii-estetik dəyəri və mənşəyi bəlli olmayan musiqi nümunələrinə üz tuturlar.Bəs onda bir məqam üzərində düşünməyə dəyər: Əksəriyyətini gənclərin təşkil etdiyi bir pubda Könül Xasıyevanın muğam ifasına bu qədər diqqət və maraq haradan qaynaqlanır? Niyə insanlar onu böyük həvəslə dinləyir, telefonlarına çəkir və həmin anları paylaşmağa tələsirlər?Deməli,...
19 Noyabr 2026, 00:40