Bizə yazın

Baku

-°C

USD

-

Rasim İsmayılovun 90 illik yubileyi qeyd olunub.

Sənət aləmi 19 Noyabr 2026, 10:14

499

Noyabrın 18-də Azərbaycan Dövlət Film Fondunda görkəmli kinorejissor və kinooperor, Əməkdar incəsənət xadimi Rasim İsmayılovun 90 illik yubileyi keçirildi. Tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını özündə əks etdirən fotosərginin açılışı oldu.

Citypost.az xəbər verir ki, xatirə gecəsini giriş sözü ilə tədbirin aparıcısı, Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq, Rasim İsmayılovun çoxşaxəli yaradıcılıq yolu haqqında ətraflı məlumat verdi. Sonra çıxış edən Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova, Xalq artisti Xalidə Quliyeva, Əməkdar incəsənət xadimləri Rafiq Qəmbərov, Yuri Varnovski, Elxan Cəfərov, “Asif, Vasif, Ağasif” filmində baş rolun ifaçısı Emil Pənahov görkəmli sənətkar haqqında xatirələrini bölüşdülər. Sonda sənətkarın ailəsi adından çıxış edən Əməkdar jurnalist Nadejda İsmayılova tədbirin təşkilinə görə Dövlət Film Fondunun rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirdi.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Film Fondu və Azərbaycan Kinematoqrafçılar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Rasim İsmayılovun 1964-cü ildə çəkdiyi “Şəhər ritmləri” sənədli filmi, rejissor və operator kimi lentə aldığı bədii filmlərdən fraqmentlər və sənətkarın Dövlət Film Fondunda keçirilmiş 75 illik yubileyində Xalq artisti Eldar Quliyev və Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın çıxışları nümayiş etdirildi

Problemlərinizi bizə bildirin

077 323 55 66

“Muğam harada səslənirsə-səslənsin, ehtiramla təqdim olunmalıdır” – TARZƏN

Sənət məkan tanımır, keyfiyyət isə hər zaman öz dinləyicisini tapır!Könül Xasıyeva harada oxuyursa-oxusun, o, öz sənətinin sənətkarıdır! Bəzən sənət adamlarından belə fikirlər eşidirik: guya insanlar milli musiqiyə, klassik əsərlərə maraq göstərmirlər. Elə buna görə də bəziləri maddi qazanc əldə etmək, YouTube-da baxış sayı toplamaq, toy bazarında tanınmaq, trendə çevrilmək və ya özlərinə brend yaratmaq naminə bədii-estetik dəyəri və mənşəyi bəlli olmayan musiqi nümunələrinə üz tuturlar.Bəs onda bir məqam üzərində düşünməyə dəyər: Əksəriyyətini gənclərin təşkil etdiyi bir pubda Könül Xasıyevanın muğam ifasına bu qədər diqqət və maraq haradan qaynaqlanır? Niyə insanlar onu böyük həvəslə dinləyir, telefonlarına çəkir və həmin anları paylaşmağa tələsirlər?Deməli,...

19 Noyabr 2026, 00:40

Azərbaycan aktyorları məşhur Yaponiya serialında - GÖRÜNTÜLƏR

Yaponiyanın TBS telekanalının reytinqli “VIVANT” serialının ikinci mövsümünün çəkilişləri Azərbaycanda aparılıb.Modern.az xəbər verir ki, Beynəlxalq layihənin çəkilişlərində 26 azərbaycanlı aktyor iştirak edərək müxtəlif obrazları canlandırıb.Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) nəzdində fəaliyyət göstərən Azərbaycan Film Komissiyası və "Baku Media Center"in əməkdaşlığı çərçivəsində reallaşan layihə ölkəmizin beynəlxalq kino istehsalı potensialını bir daha nümayiş etdirib. Bu cür irimiqyaslı layihələrin Azərbaycanda gerçəkləşdirilməsi yerli kino sənayesinin inkişafına, yaradıcı kadrların beynəlxalq təcrübə qazanmasına və ölkəmizin regional kino mərkəzi kimi tanıdılmasına mühüm töhfə verir....

17 Noyabr 2026, 18:20

ƏSA teatrının aktrisası vəfat etdi

Bakıda yerləşən ƏSA peşəkar inklüziv teatrının aktrisası Leyla Musayeva vəfat edib.Citypost.az xəbər verir ki, bu barədə teatrdan bildirilib.Qeyd edilib ki, ƏSA Teatrının “Aktyorluq laboratoriyası”nın üzvü olmuş Leyla Musayeva uzun sürən xəstəlik nəticəsində dünyasını dəyişib.2025-ci ilin sentyabr ayından etibarən ƏSA Teatrının kollektivinə qoşulan Leyla Musayeva burada “Axtarış”, “Hamlet” və “Paris Notr-Dam” tamaşalarında çıxış edib.“Onun həyat uğrunda mübarizəsi, teatra olan sevgisi və səhnəyə bağlılığı bizim üçün son dərəcə dəyərli idi. Leylanın əziz xatirəsi daim qəlbimizdə yaşayacaq”, - deyə ƏSA Teatrının bütün kollektivi adından mərhumun ailəsinə başsağlığı verilib.Allah rəhmət eləsin!...

17 Noyabr 2026, 17:48

Ruhəngiz Musəvi mərhum xalq artisti ilə fotosunu paylaşdı 

Əməkdar artist, müğənni Ruhəngiz Musəvi arxiv fotosunu sosial şəbəkə izləyiciləri ilə bölüşüb.Citypost.az xəbər verir ki, O, 1974-cü ildə lentə alınan “Baladadaşın ilk məhəbbəti” filmində tərəf müqabili olmuş mərhum Xalq artisti Yusif Muxtarovla çəkilmiş fotosunu Facebook hesabında paylaşıb.Sənətçi fotoya “Filmdə mənim nişanlımı oynayan mərhum Xalq artisti Yusif Muxtarov” sözlərini əlavə edib.Qeyd edək ki, Xalq artisti Yusif Muxtarov 2010-cu il aprelin 26-da vəfat edib.Turan...

17 Noyabr 2026, 03:20

Aktyor Cəfər Bayramov vəfat etdi

Ağdam Dövlət Dram Teatrının aktyoru, fəxri mədəniyyət işçisi Cəfər Nəriman oğlu Bayramov vəfat edib.Citypost.az xəbər verir ki, o, 63 yaşında həyatla vidalaşıb. 29 oktyabr 1963-cü ildə Ağdərə rayonunun Baş Güney kəndində anadan olan Cəfər Bayramov 1985–1987-ci illərdə M.Əzizbəyov adına Şuşa Mədəni-Maarif Texnikumunda təhsil alıb. 1988-ci ildən Ağdam Dövlət Dram Teatrında dram artisti kimi fəaliyyət göstərib. İlk səhnə işi Mirzağa Atəşin “Şərəfin sandığı” tamaşası olub. O, N.B.Vəzirovun “Ağa Kərim xan Ərdəbili”, S.İbrahimlinin “Sandığın toyu”, “Cənnət və Cəhənnəm”, Sevinc Elsəvərin “Ürəyində arzu tut”, A.İdrisoğlunun “Qoşulub qaçan qız” və digər tamaşalarda çıxış edib....

16 Noyabr 2026, 22:29

Elariz Amerikadakı qazancından danışdı

ABŞ-də yaşayan müğənni Elariz Məmmədoğlu Amerikadakı fəaliyyəti və qazancı barədə danışıb.Citypost.az xəbər verir ki, uzun illərdir ailəsi ilə birlikdə Amerikaya köçən sənətçi bu barədə aparıcı Fərid Rəsula açıqlamasında deyib.O, ABŞ-də toy və ad günlərinə dəvət aldığını, bunun üçün müxtəlif ştatlara getdiyini bildirib. E.Məmmədoğlu Nyu-Yorkda isə restoranında çalışdığını söyləyib:“Toylara, ad günlərinə dəvət edirlər. Başqa ştatlara gedirəm. Nyu-Yorkda isə restoranımda işimi görürəm”.

16 Noyabr 2026, 17:31