"GTA 6"nın qurucusu Alim Qasımovun ifasını necə tapıb?
Sənət aləmi 19 Noyabr 2026, 12:05
391
Alim Qasımov və Fərqanə Qasımovanın Nelli Furtadonun məşhur "Say It Right" mahnısını muğam üslubunda ifası "Grand Theft Auto VI" (GTA 6) oyununda səslənməsi ilə bağlı məsələyə aydınlıq gətirilib.
Xalq artisti Alim Qasımov sözügedən mövzu ilə bağlı Oxu.Az-a danışıb.
O qeyd edib ki, paylaşımlardan məlumatlıdırlar, çünki müqavilə var:
"Haqqıma girməyiblər, məlumatlıyam. Ömrümdə ilk dəfədir ki, hansısa jurnalist uğuruma görə təbrik edir. Sizə təşəkkür edirəm".
Alim Qasımovun köməkçisi İlkin Robin Oxu.Az-a açıqlamasında qeyd edib ki, danışıqlar 2025-ci ilin iyun ayında olub:
Həmçinin oxuyun
"Rockstar Games"in qurucularından biri bizə təklif etdi ki, belə bir mahnı görüblər.
Onlar növbəti oyunun yayımında "Say It Right" mahnısını muğam üslubunda ifasından istifadə etmək istədiklərini bildirdilər. Bu mahnı ilk dəfə ANS-in efirində səslənib. Onlar həmin videoda bu ifanı görüb, bəyəniblər. Uzun müzakirələr getdi, danışdıq. Nəhayət, avqust ayında rəsmi müqavilə imzaladıq. Daha sonra musiqini hazırlayıb onlara göndərdik. Hazırda oyunda istifadə olunur. Müqavilədə həm Alim bəyin, həm də Fərqanə xanımın icazəsi var. Bütün platformalarda yayımlanmasına rəsmi icazə vermişik".
Xatırladaq ki, sözügedən ifa Alim Qasımov və Fərqanə Qasımova tərəfindən illər əvvəl "Bizimkilər" layihəsi çərçivəsində təqdim edilib. Oyunun "Kaleidoscope FM" radiostansiyasında səslənən musiqilər arasında sənətçilərin "Say It Right" mahnısına muğam interpretasiyası da var.
"GTA 6"nın "Kaleidoscope FM" radiostansiyası müxtəlif ölkələrdən olan musiqiçilərin məşhur mahnılara fərqli musiqi üslublarında hazırladıqları interpretasiyaları bir araya gətirir. Beləliklə, stansiyada populyar mahnıların qeyri-ənənəvi ifa versiyaları səsləndirilir.
Rasim İsmayılovun 90 illik yubileyi qeyd olunub.
Noyabrın 18-də Azərbaycan Dövlət Film Fondunda görkəmli kinorejissor və kinooperor, Əməkdar incəsənət xadimi Rasim İsmayılovun 90 illik yubileyi keçirildi. Tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını özündə əks etdirən fotosərginin açılışı oldu.Citypost.az xəbər verir ki, xatirə gecəsini giriş sözü ilə tədbirin aparıcısı, Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq, Rasim İsmayılovun çoxşaxəli yaradıcılıq yolu haqqında ətraflı məlumat verdi. Sonra çıxış edən Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova, Xalq artisti Xalidə Quliyeva, Əməkdar incəsənət xadimləri Rafiq Qəmbərov, Yuri Varnovski, Elxan Cəfərov, “Asif, Vasif, Ağasif” filmində baş rolun ifaçısı Emil Pənahov görkəmli sənətkar haqqında xatirələrini bölüşdülər. Sonda...
19 Noyabr 2026, 10:14
“Muğam harada səslənirsə-səslənsin, ehtiramla təqdim olunmalıdır” – TARZƏN
Sənət məkan tanımır, keyfiyyət isə hər zaman öz dinləyicisini tapır!Könül Xasıyeva harada oxuyursa-oxusun, o, öz sənətinin sənətkarıdır! Bəzən sənət adamlarından belə fikirlər eşidirik: guya insanlar milli musiqiyə, klassik əsərlərə maraq göstərmirlər. Elə buna görə də bəziləri maddi qazanc əldə etmək, YouTube-da baxış sayı toplamaq, toy bazarında tanınmaq, trendə çevrilmək və ya özlərinə brend yaratmaq naminə bədii-estetik dəyəri və mənşəyi bəlli olmayan musiqi nümunələrinə üz tuturlar.Bəs onda bir məqam üzərində düşünməyə dəyər: Əksəriyyətini gənclərin təşkil etdiyi bir pubda Könül Xasıyevanın muğam ifasına bu qədər diqqət və maraq haradan qaynaqlanır? Niyə insanlar onu böyük həvəslə dinləyir, telefonlarına çəkir və həmin anları paylaşmağa tələsirlər?Deməli,...
19 Noyabr 2026, 00:40
Azərbaycan aktyorları məşhur Yaponiya serialında - GÖRÜNTÜLƏR
Yaponiyanın TBS telekanalının reytinqli “VIVANT” serialının ikinci mövsümünün çəkilişləri Azərbaycanda aparılıb.Modern.az xəbər verir ki, Beynəlxalq layihənin çəkilişlərində 26 azərbaycanlı aktyor iştirak edərək müxtəlif obrazları canlandırıb.Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) nəzdində fəaliyyət göstərən Azərbaycan Film Komissiyası və "Baku Media Center"in əməkdaşlığı çərçivəsində reallaşan layihə ölkəmizin beynəlxalq kino istehsalı potensialını bir daha nümayiş etdirib. Bu cür irimiqyaslı layihələrin Azərbaycanda gerçəkləşdirilməsi yerli kino sənayesinin inkişafına, yaradıcı kadrların beynəlxalq təcrübə qazanmasına və ölkəmizin regional kino mərkəzi kimi tanıdılmasına mühüm töhfə verir....
17 Noyabr 2026, 18:20
ƏSA teatrının aktrisası vəfat etdi
Bakıda yerləşən ƏSA peşəkar inklüziv teatrının aktrisası Leyla Musayeva vəfat edib.Citypost.az xəbər verir ki, bu barədə teatrdan bildirilib.Qeyd edilib ki, ƏSA Teatrının “Aktyorluq laboratoriyası”nın üzvü olmuş Leyla Musayeva uzun sürən xəstəlik nəticəsində dünyasını dəyişib.2025-ci ilin sentyabr ayından etibarən ƏSA Teatrının kollektivinə qoşulan Leyla Musayeva burada “Axtarış”, “Hamlet” və “Paris Notr-Dam” tamaşalarında çıxış edib.“Onun həyat uğrunda mübarizəsi, teatra olan sevgisi və səhnəyə bağlılığı bizim üçün son dərəcə dəyərli idi. Leylanın əziz xatirəsi daim qəlbimizdə yaşayacaq”, - deyə ƏSA Teatrının bütün kollektivi adından mərhumun ailəsinə başsağlığı verilib.Allah rəhmət eləsin!...
17 Noyabr 2026, 17:48
Ruhəngiz Musəvi mərhum xalq artisti ilə fotosunu paylaşdı
Əməkdar artist, müğənni Ruhəngiz Musəvi arxiv fotosunu sosial şəbəkə izləyiciləri ilə bölüşüb.Citypost.az xəbər verir ki, O, 1974-cü ildə lentə alınan “Baladadaşın ilk məhəbbəti” filmində tərəf müqabili olmuş mərhum Xalq artisti Yusif Muxtarovla çəkilmiş fotosunu Facebook hesabında paylaşıb.Sənətçi fotoya “Filmdə mənim nişanlımı oynayan mərhum Xalq artisti Yusif Muxtarov” sözlərini əlavə edib.Qeyd edək ki, Xalq artisti Yusif Muxtarov 2010-cu il aprelin 26-da vəfat edib.Turan...
17 Noyabr 2026, 03:20
Aktyor Cəfər Bayramov vəfat etdi
Ağdam Dövlət Dram Teatrının aktyoru, fəxri mədəniyyət işçisi Cəfər Nəriman oğlu Bayramov vəfat edib.Citypost.az xəbər verir ki, o, 63 yaşında həyatla vidalaşıb. 29 oktyabr 1963-cü ildə Ağdərə rayonunun Baş Güney kəndində anadan olan Cəfər Bayramov 1985–1987-ci illərdə M.Əzizbəyov adına Şuşa Mədəni-Maarif Texnikumunda təhsil alıb. 1988-ci ildən Ağdam Dövlət Dram Teatrında dram artisti kimi fəaliyyət göstərib. İlk səhnə işi Mirzağa Atəşin “Şərəfin sandığı” tamaşası olub. O, N.B.Vəzirovun “Ağa Kərim xan Ərdəbili”, S.İbrahimlinin “Sandığın toyu”, “Cənnət və Cəhənnəm”, Sevinc Elsəvərin “Ürəyində arzu tut”, A.İdrisoğlunun “Qoşulub qaçan qız” və digər tamaşalarda çıxış edib....
16 Noyabr 2026, 22:29