Polad Bülbüloğlu AzTV-nin yubileyinə o xanımla gəldi - FOTO
Cəmiyyət 18 Noyabr 2026, 09:35
320
Noyabrın 15-də Heydər Əliyev Sarayında Azərbaycan Radiosunun 100, Azərbaycan Televiziyasının isə 70 illik yubileyi münasibətilə “Yubiley gecəsi” adlı konsert proqramı təşkil olunub.
Tədbirdə dövlət və hökumət rəsmiləri, deputatlar, sənət aləminin nümayəndələri və digər şəxslər iştirak ediblər.
Citypost.az xəbər verir ki, diqqətçəkən məqamlardan biri Xalq artisti, deputat Polad Bülbüloğlunun tədbirə Əməkdar artist, tanınmış rəqqasə və pedaqoq Eteri Cəfərova ilə birlikdə gəlməsi olub. Onlar yubiley tədbirini yanaşı izləyiblər.
Həmçinin oxuyun
Polad müəllimlə Eteri xanımın yubiley tədbidində birgə olması media mənsublarının kamerasından yayınmayıb.
Xatırladaq ki, bir neçə ay öncə ölkə mediasının gündəmini Polad Bülbüloğlu ilə Eteri Cəfərovanın evlənmə xəbəri zəbt etmişdi. Həmin vaxt bu xəbər birmənalı şəkildə təkzib olunmamışdı. (Modern.az)
"Eternity-2026” təliminin iştirakçıları Zəfər Parkını ziyarət ediblər
“Eternity-2026” kompüter dəstəkli komanda-qərargah təliminin iştirakçıları Bakı şəhərində Vətən müharibəsində qazanılmış tarixi Qələbənin rəmzi olan Zəfər Parkını ziyarət ediblər.Bu barədə Citypost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, gəzinti zamanı qonaqlar Azərbaycan Ordusunun 44 günlük döyüş yolu və parkın memarlıq xüsusiyyətləri ilə yaxından tanış olublar.Bununla yanaşı, ziyarətçilərə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri barədə ətraflı məlumat verilib.
18 Noyabr 2026, 09:26
“5-ci kolon hücum əmri alıb” – Kamil Şahverdidən SƏRT İDDİA
Tanınmış jurnalist, Rəşid Behbudov Fondunun rəhbəri Kamil Şahverdi son günlər Türkiyə əleyhinə səsləndirilən fikirlərə münasibət bildirib.Citypost.az xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Kamil Şahverdi iddia edib ki, son günlər qardaş Türkiyəyə qarşı əsassız fikirlər səsləndirən şəxslərin fəallığı təsadüfi deyil. Onun fikrincə, bu prosesdə Rusiyanın maraqları və təsiri özünü göstərir.Jurnalist bildirib ki, Moskvanı “Qibləgah”, Kremli isə “Kəbə” hesab edən qüvvələr fəallaşıb və Azərbaycan-Türkiyə münasibətlərinə zərbə vurmağa çalışırlar.“Görünən odur ki, Moskva 35-40 il ərzində bəslədiyi, yaratdığı hər cür rifahın qarşılığını istəyir. Azərbaycan-Türkiyə münasibətlərinə zərbələr endirmək üçün hamını səfərbər edib”, – deyə Kamil Şahverdi qeyd edib.O, paylaşımında bu şəxsləri...
18 Noyabr 2026, 09:08
Eldar İsmayılov təqaüdə göndərilir
Bakı Ağır Cinayətlər Məhkəməsinin daha bir tanınmış hakimi təqaüdə göndərilir."Bakupost"un Oxu.Az-a istinadla əldə etdiyi məlumata görə, hakim Eldar İsmayılov hakimlik fəaliyyətini başa vurur.Bildirilib ki, 19 noyabr 2026-cı il tarixində onun Bakı Ağır Cinayətlər Məhkəməsində sonuncu iş günü olacaq.Qeyd edək ki, Eldar İsmayılov 1993-2011-ci illərdə Milli Təhlükəsizlik Nazirliyində mühüm işlər üzrə baş müstəntiq vəzifəsində çalışıb. O, eyni zamanda, 2010-cu ildən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim kimi fəaliyyət göstərib.O, fəaliyyəti dövründə ictimai rezonans doğuran bir sıra cinayət işləri üzrə məhkəmə araşdırmalarına sədrlik etməsi ilə tanınıb.Qeyd edək ki, 2025-ci il noyabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsinin üç hakimi - Novruz Kərimov, Cavid Hüseynov...
18 Noyabr 2026, 08:45
ABŞ Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər
ABŞ Senatı Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə minatəmizləmə və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi proqramlarına 265 milyon dollar ayrılmasını tövsiyə edib.Citypost.az "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ Senatının saytında dərc olunan 2027-ci maliyyə ili üçün Dövlət Departamentinin maliyyələşdirilməsi haqqında qanun layihəsinə dair izahat qeydində bildirilib.Qeyd olunub ki, Senatın Təxsisatlar Komitəsi Anqola, Azərbaycan, Kamboca, Laos, Şri-Lanka, Ukrayna, Vyetnam, Zimbabve, eləcə də Sakit okean regionunun ada dövlətlərində adi silahların məhv edilməsi, minatəmizləmə və ərazilərin partlamamış hərbi sursatlardan təmizlənməsi proqramlarına azı 265 milyon dollar ayrılmasını tövsiyə edib....
18 Noyabr 2026, 08:20
“Adam rəhmətə gedib, paylaşımına bəyənmə qoyulur” – Mehriban Zeynalovadan irad
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkələrdə vəfat edən şəxslərlə bağlı paylaşımlara münasibət bildirərkən istifadə olunan bəyənmə işarəsini tənqid edib.Citypost.az xəbər verir ki, M. Zeynalova bu barədə fikirlərini bölüşərək milli ənənələrdən danışarkən bəzən onların mahiyyətinə diqqət yetirilmədiyini vurğulayıb.Mehriban Zeynalovanın sözlərinə görə, qlobal dünyanın təqdim etdiyi sosial şəbəkə alətlərindən düşünmədən istifadə etmək düzgün deyil. O qeyd edib ki, bir insan vəfat etdikdən sonra onunla bağlı paylaşımın altında bəyənmə işarəsinin qoyulması müəyyən mənada yanlış anlaşılmaya səbəb ola bilər.“Adam rəhmətə gedib, paylaşımına bəyənmə işarəsi qoyulur. Bu, onun rəhmətə getməsini bəyənmək anlamı vermirmi? Olmaz ki, bəyənmədən rəhmət dilənilsin?” – deyə...
18 Noyabr 2026, 08:12
Sevil Gültən “Neftçilər” metrosunun çıxışlarında dilənçilik problemindən yazdı
Tərcüməçi-yazar Sevil Gültən “Neftçilər” metro stansiyasının çıxışlarında dilənçiliklə məşğul olan şəxslərin və azyaşlı uşaqların olmasına etiraz edib.Citypost.az xəbər verir ki, tərcüməçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Sevil Gültən bildirib ki, bu gün “Neftçilər” metrosu istiqamətində olarkən stansiyanın dörd çıxışının hamısında dilənçilik edən şəxslərlə qarşılaşıb. Onun sözlərinə görə, həmin şəxslərin hər birinin yanında 3-4 uşaq olub.Yazar qeyd edib ki, metro ilə geri qayıdarkən həmin şəxslərdən birinin polis əməkdaşının yanında olduğunu görüb. Bu zaman o, polisdən metro çıxışlarında dilənçilik edən şəxslərin yerləşməsinin qarşısının alınmasını xahiş edib. Sevil Gültən bu vəziyyətin beynəlxalq tədbirlər ərəfəsində həyata keçirilən tədbirlər kimi aradan qaldırılmasını istəyib.Onun sözlərinə...
18 Noyabr 2026, 01:20