Azərbaycan XİN-dən Forissyenin açıqlamalarına KƏSKİN REAKSİYA
Siyasət 19 Noyabr 2026, 09:43
414
“Fransanın Avropa və Xarici İşlər Nazirliyinin və xarici ticarət və iqtisadi cəlbedicilik məsələləri üzrə səlahiyyətli nazir Nikola Forissyenin Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı son iddiaları tamamilə qəbuledilməzdir. Fransanın nümayiş etdirdiyi selektiv yanaşma, birtərəfli qiymətləndirmələri və siyasi motivli narrativlərə əsaslanmaqda davam etməsi regionda sülh gündəliyinin irəliləməsinə xidmət etmir”.
Citypost.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin məsələ ilə bağlı şərhində deyilir.
Bildirilir ki, 2023-cü ilin sentyabr ayında Azərbaycanın həyata keçirdiyi anti-terror tədbirləri Ermənistan silahlı qüvvələrinin və onlara bağlı strukturların Azərbaycan Respublikasının suveren ərazilərində qanunsuz hərbi mövcudluğuna və fəaliyyətinə son qoyulmasına, ölkənin konstitusiya quruluşunun bərpa edilməsinə, suverenliyinin və ərazi bütövlüyünün təmin olunmasına yönəlmiş və BMT Nizamnaməsinin müvafiq müddəaları da daxil olmaqla, beynəlxalq hüquqa uyğun həyata keçirilib. Bu tədbirləri beynəlxalq hüququn pozulması kimi təqdim etmək cəhdləri, eyni zamanda, onilliklər ərzində davam etmiş işğalı, etnik təmizləməni və yüz minlərlə azərbaycanlının hüquqlarının sistematik şəkildə pozulmasını nəzərə alınmaması qəbuledilməzdir.
XİN rəsmisinin şərhində deyilir:
“Humanitar məsələlərə gəldikdə, Azərbaycan ölkədə məhkəmə araşdırmasına cəlb edilmiş və ya məhkum olunmuş şəxslərin “özbaşına həbs edilmiş” şəxslər kimi təqdim edilməsi cəhdlərini rədd edir. Məsuliyyətə cəlb edilən şəxslər arasında müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və terrorçuluq da daxil olmaqla, ağır cinayətlərdə ittiham olunan və məhkum edilmiş şəxslər vardır. Onların işlərinə Azərbaycanın milli qanunvericiliyi və müvafiq beynəlxalq öhdəlikləri çərçivəsində baxılıb. Xarici tərəflərin ağır müharibə cinayətlərinə görə məhkum edilmiş şəxslərin azad edilməsini tələb etmək cəhdləri hüququn aliliyi prinsipi ilə uzlaşmır.
Azərbaycan mədəni və dini irsin dağıdılması və ya qəsdən dəyişdirilməsi ilə bağlı iddiaları qətiyyətlə rədd edir. İşğaldan azad edilmiş ərazilərdə mədəni irs abidələrinin qorunması və bərpası ölkəmizin davamlı prioritetləri sırasındadır. Eyni zamanda, Ermənistanın onilliklər boyu davam etmiş işğalı zamanı Azərbaycan xalqının mədəni və dini irsinə, o cümlədən məscidlərə, qəbiristanlıqlara və digər tarixi abidələrə qarşı törədilmiş genişmiqyaslı dağıntı və mənimsəmə hallarının diqqətdən kənarda saxlanılmaması vacibdir.
Həmçinin oxuyun
Ermənistandan və Azərbaycanın keçmiş işğal olunmuş ərazilərində öz evlərindən zorla qovulmuş yüz minlərlə azərbaycanlının hüquqlarının, o cümlədən təhlükəsiz və ləyaqətli qayıdış hüququnun da eyni səviyyədə diqqətə alınmasının vacibliyini xatırladırıq. Humanitar məsələlərə selektiv yanaşma beynəlxalq hüquq və insan hüquqları ilə bağlı çağırışların etibarlılığını sarsıdır.
Fransa Hökumətinin özünün insan hüquqları və idarəçilik sahəsindəki vəziyyəti ilə bağlı ciddi narahatlıqları aradan qaldırmaq əvəzinə, digər dövlətlərin daxili işlərinə qiymət vermək mövqeyindən çıxış etməsi də diqqət çəkir. Fransa hüquq-mühafizə orqanları tərəfindən nümayişçilərə, o cümlədən yetkinlik yaşına çatmayan şəxslərə qarşı həddindən artıq güc tətbiqi dəfələrlə ciddi narahatlıqlara səbəb olub. Fransada tələbə etirazları zamanı ağır xəsarət alanların olması, habelə polis əməkdaşlarının qanunsuz hərəkətləri ilə bağlı çoxsaylı araşdırmaların başlanması bu narahatlıqları daha da artırır. Bundan əlavə, Fransa siyasi xadimləri, o cümlədən parlament üzvləri ilə bağlı davam edən məhkəmə prosesləri və korrupsiya araşdırmaları şəffaflıq, ictimai hesabatlılıq və dövlət institutlarının dürüstlüyü ilə bağlı əsaslı suallar doğurur. Fransa digər ölkələrə qarşı selektiv tənqid və siyasi motivli qiymətləndirmələrə yol vermək əvəzinə, ilk növbədə öz daxilindəki bu problemlərin həllinə diqqət yetirməlidir”.
A. Hacızadə sonda Fransa Hökumətini qərəzli yanaşmadan əl çəkməyə və Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinməyə çağırıb.
Alqış Musayev: “Azərbaycan ziyalısı ekstremal şəraitdə dərhal müvazinətini itirir”
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, YAP İdarə Heyətinin üzvü Alqış Musayev Azərbaycan ziyalılarının ekstremal vəziyyətlərdə davranışı ilə bağlı tənqidi fikirlər səsləndirib.Citypost.az xəbər verir ki, O, sosial şəbəkə hesabında etdiyi paylaşımda təəssüflə qeyd edib ki, bəzi ziyalılar çətin və gərgin vəziyyətlə üzləşdikdə özlərini itirir, nə etdiklərinin və nə söylədiklərinin fərqində olmurlar.Alqış Musayev fikrini belə ifadə edib:“Təəssüf ki, Azərbaycan ziyalısı ekstremal şəraitdə, bir balaca bərkə-boşa düşən kimi dərhal müvazinətini itirir. Nə etdiyinin, nə dediyinin belə fərqində olmur”Turam...
19 Noyabr 2026, 08:45
Şahin Cəfərli: “ABŞ Konqresinin yeni tərkibi həm Rusiyaya, həm də Trampa qarşı sərt mövqe tutacaq”
Politoloq Şahin Cəfərli ABŞ-da keçirilən seçkilərin nəticələri və Konqresin yeni tərkibində gözlənilən siyasi dəyişikliklərlə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, jurnalist, sosial şəbəkə hesabında etdiyi paylaşımda demokratların Nümayəndələr Palatasında üstünlük əldə etməsindən və Hakim Ceffrisin bu qurumun sədri seçilməsinin gözlənilməsindən bəhs edib.Politoloqun sözlərinə görə, ABŞ siyasi tarixində ilk dəfə olaraq qaradərili siyasətçi Nümayəndələr Palatasının sədri olacaq. Demokratlar bu vəzifəyə hazırda palatada azlıq lideri olan Hakim Ceffrisi layiq görüblər. Konqresin yeni tərkibinin 2027-ci ilin yanvarında fəaliyyətə başlayacağı bildirilir.Şahin Cəfərli qeyd edib ki, hələ bir neçə seçki dairəsində səslərin hesablanması davam edir. Yekun nəticələrə əsasən, Nümayəndələr Palatasında demokratların ən azı 259, respublikaçıların...
19 Noyabr 2026, 00:57
Jurnalist: İlham Əliyev Azərbaycanın müasir siyasi məktəbini formalaşdırıb
Jurnalist Nicat Hüseyn Dağlar Prezident İlham Əliyevin beynəlxalq siyasətdə nümayiş etdirdiyi siyasi iradə, strateji səbr və prinsipial mövqe ilə bağlı fikirlərini bölüşüb.Citypost az xəbər verir ki, jurnalist, sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib ki, İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müasir tarixində özünəməxsus siyasi məktəb formalaşdırıb. Bu siyasi yanaşmanın əsasını isə milli maraqların hər şeydən üstün tutulması təşkil edir.Jurnalistin sözlərinə görə, Azərbaycanın milli maraqları heç bir siyasi konyunkturaya, xarici təzyiqə, geosiyasi hesablaşmaya və hətta ən yaxın tərəfdaşlarla münasibətlərin qorunması naminə belə qurban verilməməlidir.Nicat Hüseyn Dağlar vurğulayıb ki, Prezident İlham Əliyev beynəlxalq münasibətlərdə dostluq və tərəfdaşlıq prinsiplərinə üstünlük versə də, heç bir...
19 Noyabr 2026, 00:53
Ceyhun Bayramovla Hakan Fidanın telefon danışığı oldu
Türkiyənin xarici işlər naziri Hakan Fidanla azərbaycanlı həmkarı Ceyhun Bayramov arasında telefon danışığı baş tutub.Citypost.az xəbər verir ki, söhbət zamanı ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib.
18 Noyabr 2026, 23:40
Ceyhun Bayramov Arye Laytstounu qəbul etdi
18 noyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ-ın sülh missiyaları üzrə xüsusi nümayəndəsinin baş müşaviri Arye Laytstounu qəbul edib.Citypost.az xəbər verir ki, görüş zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətləri, habelə regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.Tərəflər iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində əməkdaşlıq istiqamətləri üzrə konkret layihələrin perspektivlərini nəzərdən keçiriblər.Bununla yanaşı, regional bağlantıların, Orta Dəhlizin və nəqliyyat-logistika imkanlarının inkişafı məsələləri müzakirə olunub. Bu çərçivədə, eyni zamanda TRIPP layihəsinin regional nəqliyyat və iqtisadi bağlantıların gücləndirilməsinə, habelə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantının təmin edilməsinə töhfəsi vurğulanıb.Görüşdə həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesi, eləcə də digər qarşılıqlı maraq doğuran istiqamətlər...
18 Noyabr 2026, 20:40
Azərbaycan və Avstriya arasında siyasi məsləhətləşmələr keçirildi
Bu gün Bakıda Azərbaycan Xarici İşlər Nazirliyi ilə Avstriyanın Avropa və Beynəlxalq İşlər üzrə Federal Nazirliyi arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.Bu barədə Citypost.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.Qeyd edilib ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Elnur Məmmədov, Avstriya nümayəndə heyətinə isə Avropa və Beynəlxalq İşlər üzrə Federal Nazirliyinin baş direktoru Hanna Liko rəhbərik edib.Məsləhətləşmələr zamanı Azərbaycan-Avstriya münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, bu çərçivədə həyata keçiriləcək tədbirlər barədə fikir mübadiləsi aparılıb, habelə regional və beynəlxalq məsələlər nəzərdən keçirilib.Tərəflər siyasi dialoqun dərinləşdirilməsi məqsədilə qarşılıqlı rəsmi səfərlərin həyata keçirilməsinin, müntəzəm təmasların davam etdirilməsinin və beynəlxalq tədbirlər çərçivəsində görüşlərin keçirilməsinin...
18 Noyabr 2026, 18:00