Təzyiq normaya düşdükdə müalicəni dayandırmaq olarmı? – KARDİOLOQ AÇIQLADI
Tibb 19 Noyabr 2026, 08:30
482
Arterial təzyiqin normallaşması hipertoniya xəstəliyinin tamamilə aradan qalxdığı anlamına gəlmir. Buna görə də təzyiq dərmanlarını həkim məsləhəti olmadan dayandırmaq və ya qəbul qaydasını özbaşına dəyişmək orqanizmdə ciddi fəsadlara səbəb ola bilər. Bəzi pasiyentlər təzyiqlərinin müəyyən müddət ərzində normal olduğunu gördükdə artıq dərman qəbul etməyə ehtiyac qalmadığını düşünürlər. Lakin bu, yol verilən yanlış yanaşmalardan biridir. Çünki təzyiqin normada saxlanılması çox vaxt məhz qəbul edilən dərmanların təsiri nəticəsində mümkün olur.
Məsələ ilə bağlı Citypost.az-a açıqlamasında kardioloq Səyyarə Abdullayeva bildirib ki, arterial hipertoniya əksər hallarda uzunmüddətli nəzarət və müalicə tələb edən xroniki xəstəlikdir. Təzyiqin dərman vasitəsilə normallaşması müalicənin başa çatması demək deyil. Əksinə, bu, seçilmiş müalicə üsulunun təsir göstərdiyini ifadə edə bilər. Pasiyent dərman qəbulunu özbaşına dayandırdıqda təzyiq yenidən yüksələ, bəzi hallarda isə qısa müddət ərzində kəskin dəyişikliklər baş verə bilər.
Onun sözlərinə görə, təzyiq dərmanlarının qəfil dayandırılması ilə bağlı risklər istifadə olunan preparatın növündən, dozasından, xəstənin ümumi sağlamlıq vəziyyətindən və yanaşı xəstəliklərindən asılıdır. Bəzi dərmanların birdən-birə kəsilməsi təzyiqin sürətlə yüksəlməsinə, ürək döyüntülərinin artmasına və digər arzuolunmaz reaksiyalara səbəb ola bilər. Xüsusilə müəyyən qrup preparatların qəfil dayandırılması zamanı orqanizmdə kəskin təzyiq artımı müşahidə edilə bilər.
Kardioloq qeyd edib ki, nəzarətsiz qalan yüksək arterial təzyiq ürək-damar sistemi üçün ciddi təhlükə yaradır. Uzun müddət yüksək təzyiq altında işləmək ürəyin yükünü artırır, damarların divarlarına zərər verir və müxtəlif orqanların qan təchizatına mənfi təsir göstərir. Bu vəziyyət zamanla ürək çatışmazlığı, ürəyin işemik xəstəliyi, böyrək funksiyalarının pozulması, insult və digər ağırlaşmaların yaranma riskini yüksəldə bilər. Təzyiqin qəfil və ciddi yüksəlməsi isə hipertenziv krizlə nəticələnə bilər. Belə vəziyyət bəzi hallarda ürək və beyin kimi həyati vacib orqanların zədələnməsi ilə müşayiət olunur.
Həkim diqqətə çatdırıb ki, arterial hipertoniya hər zaman aşkar simptomlarla özünü göstərmir. Bəzi insanlar təzyiqləri yüksəldiyi halda heç bir narahatlıq hiss etməyə bilərlər. Baş ağrısının, başgicəllənmənin, ürəkdöyünmənin və ya digər əlamətlərin olmaması təzyiqin normal olduğu anlamına gəlmir. Bu səbəbdən insan yalnız özünü yaxşı hiss etməsinə əsaslanaraq dərman qəbulunu dayandırmamalıdır. Təzyiqin mütəmadi ölçülməsi və nəticələrin izlənilməsi xəstəliyə nəzarətin vacib hissəsidir.
Həmçinin oxuyun
Səyyarə Abdullayeva vurğulayıb ki, dərmanların dozasının azaldılması, preparatın dəyişdirilməsi və ya müalicənin tamamilə dayandırılması yalnız həkimin qərarı ilə həyata keçirilməlidir. Müalicə müddətində pasiyentdə halsızlıq, başgicəllənmə, təzyiqin normadan aşağı düşməsi, öskürək və ya digər əlavə təsirlər yaranarsa, dərmanı özbaşına kəsmək əvəzinə bu barədə həkimə məlumat vermək lazımdır. Belə hallarda mütəxəssis xəstənin vəziyyətini qiymətləndirərək dozanı dəyişə və ya alternativ preparat təyin edə bilər.
Kardioloq əlavə edib ki, hipertoniya ilə mübarizədə yalnız dərman müalicəsi deyil, gündəlik həyat tərzi də mühüm rol oynayır. Duz qəbulunun məhdudlaşdırılması, sağlam və balanslı qidalanma, artıq çəkinin azaldılması, müntəzəm fiziki aktivlik, siqaretdən uzaq durmaq və yuxu rejiminə diqqət yetirmək təzyiqin nəzarətdə saxlanılmasına kömək edə bilər. Bununla belə, sağlam həyat tərzinə keçid dərman müalicəsini avtomatik olaraq əvəz etmir.
Mütəxəssis pasiyentlərə xəbərdarlıq edərək bildirib ki, təzyiqin normallaşmasını dərmanlardan imtina üçün əsas hesab etmək olmaz. Hipertoniya zamanı əsas məqsəd yalnız təzyiqi müəyyən bir müddət ərzində aşağı salmaq deyil, onu uzunmüddətli nəzarətdə saxlamaq və gələcək ağırlaşmaların qarşısını almaqdır. Buna görə də müalicəyə fasilə vermək, dərman qəbulunu unutmaq və ya preparatları özbaşına dayandırmaq sağlamlıq üçün ciddi təhlükə yarada bilər.
Əli
İctimai tualetlərdən HPV-yə yoluxmaq mümkündürmü? – UROLOQ MİFƏ AYDINLIQ GƏTİRDİ
İnsan papilloma virusu (HPV) dünyada geniş yayılan virus infeksiyalarından biridir. Bu virusla bağlı cəmiyyətdə çoxsaylı suallar və yanlış təsəvvürlər mövcuddur. Xüsusilə ictimai tualetlərdən, unitazlardan və ümumi istifadə olunan sanitar qovşaqlardan HPV-yə yoluxma ehtimalı insanları narahat edən məsələlərdəndir. Bəzi şəxslər HPV diaqnozu aldıqdan sonra virusa məhz ictimai tualetdə yoluxduqlarını düşünürlər. Lakin tibbi məlumatlar virusun əsas ötürülmə yolunun fərqli olduğunu göstərir.Mövzu ilə bağlı Citypost.az-a açıqlama verən uroloq-androloq Bəxtiyar Hüseynov bildirib ki, HPV əsasən intim və cinsi təmas zamanı, xüsusilə də dəri-dəriyə kontakt vasitəsilə ötürülür. Onun sözlərinə görə, ictimai tualetlərdən və unitazlardan bu virusa yoluxma ehtimalı barədə insanlar arasında geniş yayılmış fikirlər olsa...
18 Noyabr 2026, 10:30
Qrip ürəyə də zərər verə bilər:Bu əlamətlərə diqqət edin – KARDİOLOQ DANIŞDI
Qrip və digər yuxarı tənəffüs yolları infeksiyaları yalnız burun, boğaz və ağciyərlərə təsir etməklə məhdudlaşmır. Bəzi hallarda infeksion xəstəliklər ürək-damar sistemində də fəsadlara səbəb ola bilər. Xüsusilə virus infeksiyalarından sonra davam edən halsızlıq, təngnəfəslik, döş qəfəsində ağrı və ürək döyüntülərində dəyişikliklər diqqətdən kənarda qalmamalıdır. Çünki bəzi infeksiyalar ürək əzələsində və ya ürəyi əhatə edən qişada iltihabi proses yarada bilər.Mövzu ilə bağlı Citypost.az-a açıqlama verən kardioloq Aytən Yüzbaşıyeva bildirib ki, qrip və digər infeksion xəstəliklər zamanı ürək də risk altında ola bilər. Onun sözlərinə görə, infeksiyanın gedişində yaranan iltihabi proses bəzi hallarda ürək əzələsinə, ürəyi əhatə edən qişaya və nadir hallarda...
18 Noyabr 2026, 09:30
Əzələ ağrısı ilə ürək ağrısını necə fərqləndirmək olar? – KARDİOLOQ AÇIQLADI
Sinə nahiyəsində, sol qolda və kürəkdə yaranan ağrılar hər zaman eyni səbəbdən qaynaqlanmır. Bəzən bu ağrılar fiziki iş, idman və ya əzələlərin həddindən artıq yüklənməsi nəticəsində meydana gəlir. Lakin eyni nahiyələrdə hiss olunan ağrılar ürək-damar sistemi ilə bağlı problemlərin, xüsusilə də stenokardiya və infarktın əlaməti də ola bilər. Buna görə də əzələ ağrısı ilə ürək mənşəli ağrını bir-birindən ayırmaq, təhlükəli simptomları vaxtında tanımaq olduqca vacibdir.Mövzu ilə bağlı Citypost.az-a açıqlama verən kardioloq-terapevt İslam Əziz bildirib ki, əzələ ağrıları, əsasən, fiziki yüklənmədən, idmandan və ya ağır işdən sonra yaranır. Belə hallarda əzələlər gərilir, dartılır və nəticədə müəyyən nahiyədə ağrı hiss olunur. Bu...
18 Noyabr 2026, 08:30
Səhər yeməyini ötürmək mədəyə necə təsir edir? Həkim xəbərdarlıq edir
Gündəlik həyatın sürətli tempi, iş rejimi və düzgün qidalanmaya kifayət qədər vaxt ayrılmaması bir çox insanda həzm sistemi ilə bağlı narahatlıqların yaranmasına səbəb olur. Səhər yeməyi yemədən evdən çıxmaq, gün ərzində aclığı qəhvə və şirniyyatla aradan qaldırmağa çalışmaq, axşam saatlarında isə birdən-birə çox miqdarda və yağlı qidalar qəbul etmək mədənin fəaliyyətinə mənfi təsir göstərə bilər. Belə qidalanma vərdişləri xüsusilə mədə yanması, qıcqırma, göynəmə, köp və digər həzm problemlərindən əziyyət çəkən insanlarda şikayətləri daha da artıra bilər.Mövzu ilə bağlı Citypost.az-a açıqlama verən qastroenteroloq-endoskopist Sürəyya İsmayıl bildirib ki, insanların gündəlik qidalanma rejimində yol verdiyi səhvlər mədə-bağırsaq sistemində müxtəlif narahatlıqların yaranmasına şərait yaradır....
17 Noyabr 2026, 11:40
Hərarət və müalicədən sonra xəstəlik yenidən yarana bilərmi? – Həkimdən AÇIQLAMA
Müəyyən xəstəliklərin müalicəsindən sonra pasiyentlərdə yenidən yoluxma və ya xəstəliyin təkrarlanması halları müşahidə oluna bilər. Bu, xüsusilə müalicə müddətində və sağaldıqdan sonra gigiyena qaydalarına əməl edilmədikdə, düzgün qidalanma təmin olunmadıqda və həkimin tövsiyələri nəzərə alınmadıqda baş verə bilər. Bəzi hallarda pasiyent müalicə nəticəsində sağalsa da, gündəlik həyatında yoluxma riskini artıran davranışları davam etdirir. Nəticədə eyni və ya oxşar infeksion problemlə yenidən qarşılaşa bilər.Mövzu ilə bağlı Citypost.az-a açıqlama verən həkim Zeynəb Sadıqova bildirib ki, müalicədən sonra xəstəliyin yenidən yaranması mümkündür. Onun sözlərinə görə, bunun qarşısını almaq üçün yalnız dərman müalicəsi almaq kifayət etmir, eyni zamanda düzgün qidalanmaya, şəxsi gigiyenaya və həkimin...
17 Noyabr 2026, 10:40
Tez-tez acmaq və daim yemək istəmək qan xəstəliyinin əlamətidir? – Pediatr-hematoloqdan AÇIQLAMA
Bəzi insanlar gün ərzində dəfələrlə aclıq hiss etdiklərini, yemək yedikdən qısa müddət sonra yenidən acdıqlarını və daim nəsə yemək istədiklərini bildirirlər. Xüsusilə iştahanın normadan artıq olması, insanın toxluq hiss etməməsi və qida qəbuluna nəzarət etməkdə çətinlik çəkməsi müəyyən sağlamlıq problemləri ilə əlaqəli ola bilər. Bu zaman vətəndaşları düşündürən əsas suallardan biri də belə vəziyyətin qan xəstəliklərinin əlaməti olub-olmamasıdır.Pediatr-hematoloq Mireldar Babayev Citypost.az-a açıqlamasında bildirib ki, tez-tez aclıq hiss etmək və iştahanın artması özlüyündə qan xəstəliyinə xas əlamət hesab olunmur. Onun sözlərinə görə, qan sistemi ilə əlaqəli elə bir konkret xəstəlik yoxdur ki, həmin xəstəliyin əsas və xarakterik göstəricisi insanın daim yemək...
16 Noyabr 2026, 10:30