Bakıda Azərbaycan və Litva XİN rəhbərlərinin geniştərkibli görüşü keçirilib
Siyasət 25 Noyabr 2026, 13:07
362
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Litvanın xarici işlər naziri Kestutis Budris ilə geniş tərkibdə görüş keçirib.
Citypost.az xəbər verir ki, görüşdə Azərbaycan-Litva münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri, ikitərəfli əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.
Nazirlər siyasi dialoq və qarşılıqlı maraqlar əsasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar. Yüksək səviyyəli təmasların, o cümlədən Azərbaycan və Litva prezidentlərinin Dublində keçirilən Avropa Siyasi Birliyi sammiti çərçivəsində son görüşünün əlaqələrin inkişafındakı rolu qeyd edilib.
Görüşdə iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, biznes əlaqələrinin gücləndirilməsi və yeni investisiya imkanlarının araşdırılmasına xüsusi diqqət yetirilib. Kənd təsərrüfatı, enerji, sənaye, İKT, rəqəmsal hökumət, kibertəhlükəsizlik və innovasiya əməkdaşlıq üçün perspektivli sahələr kimi qeyd olunub.
Litva şirkətlərinin Azərbaycanın sənaye parklarında və Ələt Azad İqtisadi Zonasında fəaliyyətinin genişləndirilməsi imkanları da müzakirə edilib.
Həmçinin oxuyun
Tərəflər humanitar, təhsil və mədəni əlaqələri, o cümlədən Litvada təhsil alan azərbaycanlı tələbələrin rolunu, turizm və insanlararası təmasların genişləndirilməsi imkanlarını da müzakirə ediblər.
Azərbaycan-Avropa İttifaqı münasibətləri çərçivəsində Litvanın 2027-ci ilin ilk yarısında Aİ Şurasına sədrliyi ilə bağlı perspektivlər barədə fikir mübadiləsi aparılıb.
Ceyhun Bayramov Ermənistan-Azərbaycan normallaşma prosesi, postmünaqişə reallıqları, işğaldan azad edilmiş ərazilərdə infrastruktur və yaşayış məntəqələrinin bərpası barədə qarşı tərəfə məlumat verib.
Kestutis Budris: Azərbaycanla əməkdaşlığın inkişafını dəstəkləyirik
Litva Azərbaycanın NATO ilə əlaqələrinin genişləndirilməsini dəstəkləyir.Citypost.az xəbər verir ki, bu fikirləri Litvanın xarici işlər naziri Kestutis Budris noyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən bildirib.Nazir Litvanın 2027-ci il yanvarın 1-dən Avropa İttifaqı Şurasına sədrlik edəcəyini bildirərək ölkəsinin Azərbaycan–Avropa İttifaqı münasibətlərinin inkişafına dəstəyini davam etdirəcəyini vurğulayıb.
25 Noyabr 2026, 12:47
İlham Əliyev: Litva ilə əlaqələrimiz strateji əməkdaşlıq üçün əlverişli zəmin yaradır
Litva ilə münasibətlər Azərbaycan–Avropa İttifaqı əməkdaşlığı üçün də əlverişli mühit yaradır.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Litvanın xarici işlər naziri Kestutis Budrisi qəbul edərkən deyib.Dövlət başçısı Litvanın 2027-ci il yanvarın 1-dən Avropa İttifaqı Şurasına sədrliyi münasibətilə təbriklərini çatdırıb, bu il Avropa İttifaqı rəhbərliyinin Azərbaycana səfərlərini və Dublin sammiti çərçivəsində keçirilən görüşləri xatırlayıb.Prezident İlham Əliyev Azərbaycanın Cənubi Qafqazda və Xəzər regionunda bağlantı layihələrinin təşəbbüskarı olduğunu vurğulayıb....
25 Noyabr 2026, 12:44
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 25-də Litva Respublikasının xarici işlər naziri Kestutis Budrisi qəbul edib.Citypost.az xəbər verir ki, Kestutis Budris Litva Prezidenti Gitanas Nausedanın salamlarını dövlətimizin başçısına çatdırıb.Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Litva Prezidentinə çatdırmağı xahiş edib.Dövlətimizin başçısı bir müddət əvvəl Dublində "Avropa Siyasi Birliyi"nin Zirvə Toplantısı çərçivəsində Litva Prezidenti Gitanas Nauseda ilə görüşünü, eləcə də Litvanın Baş naziri Mindauqas Sinkeviçyusla telefon danışığını məmnunluqla xatırlayıb.Azərbaycan ilə Litva arasında strateji tərəfdaşlıq münasibətlərinin uzun illərdir uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev enerji təhlükəsizliyi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların olduğunu qeyd edib və...
25 Noyabr 2026, 12:24
Azərbaycan və Litva strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıb
Azərbaycan və Litvanın xarici işlər nazirləri iki ölkə arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıblar.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat yayılıb.Bildirilib ki, sənəd Azərbaycan-Litva münasibətlərində mühüm mərhələ olmaqla, siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat və bağlantı sahələri də daxil olmaqla qarşılıqlı maraq doğuran istiqamətlərdə ikitərəfli əməkdaşlığın gücləndirilməsi və əlaqələrin daha da inkişaf etdirilməsi üçün yeni çərçivə yaradır....
25 Noyabr 2026, 11:54
Rövşən Muradov:Kəlbəcər Azərbaycanın yeni iqtisadi mərkəzinə çevrilir
Azərbaycanın müasir dövlətçilik tarixində 25 noyabr xalqımızın doğma torpaqlarına qovuşmaq əzminin, dövlətimizin siyasi qüdrətinin və milli iradəsinin tarixi nəticəyə çevrildiyi əlamətdar günlərdən biridir. Kəlbəcərin işğaldan azad edilməsi 27 il davam edən yurd həsrətinə son qoymaqla yanaşı, Azərbaycanın qərb sərhədlərində tamamilə yeni siyasi, strateji və iqtisadi inkişaf perspektivləri yaratdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış bu tarixi nailiyyət əsrlər boyu Azərbaycan xalqının zəngin mədəniyyətini, milli-mənəvi dəyərlərini və qədim yaşayış ənənələrini özündə yaşadan Kəlbəcərin taleyində yeni mərhələnin başlanğıcı oldu. Bu gün doğma yurdlarına qayıdan kəlbəcərlilərin öz ata-baba torpaqlarında yenidən həyat qurması tarixi Zəfərimizin ən qiymətli nəticələrindən biridir.Azərbaycanın ən...
25 Noyabr 2026, 11:52
Bakıda Azərbaycan və Litva XİN rəhbərlərinin görüşü keçirilir
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Litvanın xarici işlər naziri Kestutis Budrisi qarşılayıb.Citypost.az xəbər verir ki, görüş Azərbaycan XİN-in binasında keçirilir.
25 Noyabr 2026, 11:45