Bizə yazın

Baku

-°C

USD

-

Gürcüstandakı qalmaqal böyüyür - Nazirlər də işə qarışdı

Dünya 27 Noyabr 2026, 09:57

523

Xəbər verdiyimiz kimi, UEFA Avropa Liqasının 5-ci turunda Gürcüstanın Batumi şəhərində keçirilən “Beşiktaş” – “Hapoel” (İsrail) matçında tribunadakı gərginlik və polisin müdaxiləsi səbəbindən oyun müvəqqəti dayandırılıb.

Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, “Batumi Dinamo” stadionunda oynanılan görüşün 25-ci dəqiqəsində türkiyəli azarkeşlərin Fələstinə dəstək bannerləri və bayraqları açmasından sonra tribunada qalmaqal yaşanıb.

Gürcüstan polisi “Beşiktaş” tərəfdarlarına qarşı gözyaşardıcı qazdan istifadə edib. Qazdan təsirlənən azarkeşlərə tibbi yardım göstərilərkən, futbolçular tribunaların önünə gedərək azarkeşləri sakitləşdirməyə çalışıblar. Gərginliyin davam etməsi səbəbindən danimarkalı baş hakim Morten Kroq oyunu dayandıraraq komandaları soyunma otağına aparıb. Təxminən 5 dəqiqəlik isinmə hərəkətlərindən sonra matç bərpa olunub və “Beşiktaş”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hadisədən dərhal sonra Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Batumiyə gələn vətəndaşlarının vəziyyətini xüsusi nəzarətə götürüb. Xarici işlər naziri Hakan Fidan gürcüstanlı həmkarı Maka Botçorişvili ilə təcili telefon danışığı apararaq baş verənləri müzakirə edib. Nazirliyin tapşırığı ilə Türkiyənin Tbilisidəki səfirliyinin və Batumidəki Baş Konsulluğunun diplomatları dərhal stadiona göndərilib. Diplomatik nümayəndəliklər vətəndaşların təhlükəsizliyinin və hüquqlarının qorunması, eləcə də, onların ölkəyə sağ-salamat qayıtması üçün bütün zəruri addımları atmağa başlayıblar.

Diplomatik təmaslarla paralel olaraq Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi gürcüstanlı həmkarı Sulxan Tamazaşvili ilə danışaraq qeyri-mütənasib güc tətbiqindən narahatlığını ifadə edib. Tamazaşvili isə Fələstin bayraqlarının Gürcüstan polisi deyil, UEFA rəsmiləri tərəfindən yığışdırıldığını bildirib və hadisə yerinə müavinini göndərdiyini açıqlayıb.

Ədliyyə naziri Akın Gürlek də gürcüstanlı həmkarı Paata Salia ilə əlaqə saxlayaraq saxlanılan türkiyəli azarkeşlərin dərhal azad edilməsini və təqsirkarların cəzalandırılmasını tələb edib.

“Beşiktaş” klubu yaydığı rəsmi bəyanatda təhlükəsizlik qüvvələrinin oyundan əvvəl və matç zamanı tətbiq etdiyi qeyri-mütənasib gücü sərt şəkildə pisləyib. Klub rəhbərliyi hadisə ilə bağlı Batumidəki Baş Konsulluq və UEFA nəzdində hüquqi proses başlatdığını elan edib. Həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın klub prezidenti Serdal Adalı ilə əlaqə saxlayaraq hadisəni şəxsən nəzarətdə saxladığı bildirilib.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Brüssel evsizlər üçün sığınacaq yerlərinin sayını artırır

Brüsseldə qış mövsümü ərəfəsində evsiz insanlar üçün əlavə sığınacaq yerləri yaradılır.Citypost.az “The Brussels Times” nəşrinə istinadən xəbər verir ki, regional hökumət bu qış üçün artıq 200 əlavə yer istifadəyə verib. Onlardan 130-u subay kişilər, 70-i isə digər ehtiyac sahibləri üçün nəzərdə tutulub.Bildirilib ki, ailələr üçün sığınacaq müraciətləri bir il ərzində 61 faiz artıb. 2026-cı ilin oktyabr ayının sonuna olan məlumata görə, Brüsseldə 2865 təcili sığınacaq yeri mövcud olub. Uzunmüddətli yaşayış və dəstək üçün isə əlavə 991 yer ayrılıb.Bununla yanaşı, federal maliyyələşmənin azaldılması sığınacaq xidmətlərinə ciddi maliyyə təzyiqi yaradır.Turan...

27 Noyabr 2026, 09:35

Rumıniyada ifrat sağçı partiyanın lideri zorakılığa təhrikdə ittiham olunur

Rumıniyanın ifrat sağçı AUR partiyasının lideri Corc Simion ictimaiyyəti zorakılığa çağırmaqda ittiham olunur.Citypost.az “Balkan Insight” nəşrinə istinadən xəbər verir ki, prokurorlar Simionun 2025-ci ilin martında Mərkəzi Seçki Bürosunun prezidentliyə namizəd Kalin Corceskunun namizədliyini rədd etməsindən sonra sosial şəbəkədə yaydığı video ilə bağlı ittiham irəli sürüblər.İddialara görə, Simion videoda Seçki Bürosunun üzvlərinə qarşı zorakılığa çağırış edib. Həmin gün qurumun binası qarşısında keçirilən etiraz aksiyası zamanı iğtişaşlar baş verib, əmlaka ziyan dəyib və jandarmlar yaralanıb.Simion ittihamları rədd edərək işi siyasi motivli adlandırıb. Rumıniya qanunvericiliyinə əsasən, ictimai təhrikə görə üç aydan üç ilədək həbs və ya cərimə nəzərdə tutulur.Turan...

27 Noyabr 2026, 09:32

Meksikalı yazıçı ögey atasını uşaqlıqda cinsi zorakılıqda ittiham edir

Meksikalı yazıçı Ximena Santaolalla ögey atası, media maqnatı Fransisko Agirre Qomezi uşaqlıq illərində ona qarşı cinsi zorakılıq törətməkdə ittiham edib.Citypost.az “The Rio Times” nəşrinə istinadən xəbər verir ki, 43 yaşlı yazıçı hadisələrin 1997-ci ilədək davam etdiyini iddia edib. O, 2019-cu ildə Fransada şikayət etsə də, iş yurisdiksiya səbəbindən araşdırılmayıb.İttihamları irəli sürülən 85 yaşlı keçmiş media rəhbəri məsələ ilə bağlı açıq açıqlama verməyib. Təmsil etdiyi “Grupo Radio Centro” şirkəti isə onun noyabrın 18-də idarə heyətinin rəhbərliyindən ayrıldığını bildirərək zorakılığa qarşı sıfır tolerantlıq mövqeyini açıqlayıb.Meksika Prezidenti Klaudiya Şeynbaum yazıçıya dəstəyini ifadə edib. Hazırda Meksikada bu iddialarla bağlı məhkəmə işi başlanmayıb....

27 Noyabr 2026, 00:55

Rumıniyada mer şantaj və qanunsuz saxlanılma işi üzrə istintaqa cəlb olunub

Rumıniyanın Baia Mare şəhərinin meri Doru İoan Dankuşun narkotik istifadəsinə məcbur edilməsi və görüntülərlə şantaj olunması iddiası ilə bağlı üç nəfər həbs edilib.Citypost.az “Romania Insider” nəşrinə istinadən xəbər verir ki, 32 və 34 yaşlı iki kişi və 34 yaşlı qadın 30 gün müddətinə məhkəməyəqədər həbs olunublar.Şübhəlilər mütəşəkkil cinayətkar dəstə yaratmaq, şantaj, qanunsuz azadlıqdan məhrum etmə və zorlama cəhdində ittiham olunurlar. Onlardan ikisi, həmçinin yüksək riskli narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı araşdırılır.Prokurorluğun açıqlamasında zərərçəkənin adı çəkilməsə də, mer Doru İoan Dankuş mediaya açıqlamasında hadisənin qurbanı olduğunu bildirib.Turan...

27 Noyabr 2026, 00:38

Bolqarıstan Aİ-nin cərimə təklifini ədalətsiz sayır

Bolqarıstanın baş naziri Roumen Radev ölkənin həddindən artıq büdcə kəsirinə görə cərimələnməsi təklifini ədalətsiz adlandırıb.Citypost.az “The Sofia Globe” nəşrinə istinadən xəbər verir ki, Radev Bolqarıstanın yeni qaydalar əsasında cərimə ilə üzləşən ilk ölkə olduğunu bildirib. O, büdcə kəsirinin azaldılması istiqamətində atılan addımların nəzərə alınmalı olduğunu vurğulayıb.Baş nazir 2027-ci il büdcəsi üzrə tədbirlərin Avropa Komissiyası tərəfindən müsbət qiymətləndirildiyini də qeyd edib.

27 Noyabr 2026, 00:13

"Beşiktaş" azarkeşləri Fəlstin bayrağını açdı, polislə dava düşdü

UEFA Avropa Liqasının əsas mərhələsində keçirilən "Beşiktaş" (Türkiyə) - "Hapoel" (İsrail) qarşılaşması 25-ci dəqiqədə dayandırılıb.Citypost.az Modern.az-a istinadən xəbər verir ki, buna səbəb tribunada İstanbul təmsilçisinin azarkeşlərinin fələstin bayrağını açması səbəb olub.Gürcüstanın Batumi şəhərindəki "Batumi Arena"da keçirilən matçda yerli polisin "Beşiktaş" azarkeşlərinə müdaxiləsindən sonra hakimlər briqadası paltardəyişmə otağına yollanıb.İnsident zamanı "Beşiktaş"ın bir azarkeşi xərəkdə təcili tibbi yardım avtomobilinə aparılıb. İstanbul təmsilçisinin futbolçuları isə azarkeşi sakitləşdirməyə çalışıblar.Bundan başqa, Gürcüstan polisinin "Beşiktaş" azarkeşlərinə qarşı gözyaşardıcı qazdan istifadə etdiyi bildirilir.Qarşılaşmanın taleyi ilə bağlı qərarın hakimlər briqadasının vəziyyəti qiymətləndirməsindən sonra veriləcəyi gözlənilir....

26 Noyabr 2026, 23:21