Bizə yazın

Baku

-°C

USD

-

Ali Məhkəmədən həkimlərin cinayət məsuliyyəti ilə bağlı mühüm qərar

Cəmiyyət 27 Noyabr 2026, 10:42

347

Ali Məhkəmənin Cinayət kollegiyası həkim vəzifəsində çalışmış şəxsin səhlənkarlıq və vəzifə saxtakarlığında ittiham olunmasına dair cinayət işi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

Citypost.az xəbər verir ki, irəli sürülən ittihama əsasən, həkim mama-ginekoloq öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək, hamilə qadının doğuşdan əvvəlki vəziyyətini düzgün qiymətləndirməyib və zəruri müayinə üsullarını seçməyib.

Belə ki, dölün ana bətnində kəskin hipoksiya (oksigen çatışmazlığı) vəziyyətində olması təxirəsalınmaz cərrahi müdaxilə üçün tibbi göstəriş olduğu halda, həkim əməliyyatın vaxtında həyata keçirilməsini təmin etməyib. Nəticədə ana bətnindən vaxtında götürülməyən döl əməliyyatdan qısa müddət sonra perinatal mərkəzdə ölüb.

Həkim daha sonra cinayət məsuliyyətindən yayınmaq və yol verdiyi səhlənkarlığı ört-basdır etmək məqsədilə doğuşun gedişini və nəticələrini əks etdirən, rəsmi sənəd hesab olunan "Doğum tarixi" sənədinə bilə-bilə həqiqətə uyğun olmayan məlumat daxil edib. Belə ki, dölün perinatal mərkəzə daxil olarkən diri olması ekspertiza rəyləri, şahid ifadələri və tibbi sənədlərdə ürək döyüntüsünün eşidilməsinə dair qeydlərlə təsdiqləndiyi halda, həkim tərəfindən qəbul zamanı dölün ölü olması barədə qeyd aparılıb.

Birinci instansiya məhkəməsinin hökmü ilə həkim Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddələri ilə təqsirli bilinib, 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.

Hökmdən müdafiəçi tərəfindən apellyasiya şikayəti verilib. Apellyasiya instansiyası məhkəməsi həkimin cinayət qanunvericiliyində nəzərdə tutulan vəzifəli şəxs statusuna malik olmadığı qənaətinə gələrək birinci instansiya məhkəməsinin hökmünü vəzifə saxtakarlığına dair hissədə ləğv edib və əməlində cinayət tərkibi olmadığına görə ona Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə bəraət verib. Bununla yanaşı, məhkəmə şəxsin Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə tövsif edilmiş əməlini həmin Məcəllənin 142.4-cü maddəsinə tövsif edib. Nəticədə Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə həkim müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilmədən 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.

Apellyasiya instansiyası məhkəməsinin hökmündən kassasiya protesti verilib.

Ali Məhkəmənin Cinayət kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq cinayət-hüquqi tövsifin aparılması və cinayət qanununun geriyə qüvvəsinin tətbiqi zamanı maddi və prosessual hüquq normalarının tələblərinin pozulduğu qənaətinə gəlib. Məhkəmə kollegiyası qeyd edib ki, apellyasiya instansiyası məhkəməsi şəxsə qarşı irəli sürülmüş ittiham üzrə cinayət tərkibinin bütün elementlərini qarşılıqlı əlaqədə araşdırmayıb. Xüsusilə, vəzifə saxtakarlığı ilə bağlı ittiham üzrə əməlin obyektiv cəhətini yoxlamadan, yalnız şəxsin vəzifəli şəxs statusuna malik olmamasını əsas götürərək ona bəraət verib.

Ali Məhkəmə bildirib ki, Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulan vəzifə saxtakarlığı cinayətinin subyekti yalnız vəzifəli şəxs ola bilər. Lakin şəxsin vəzifəli şəxs statusuna malik olmaması onun rəsmi sənədlərin saxtalaşdırılması ilə bağlı hərəkətlərinin avtomatik olaraq cinayət-hüquqi xarakterini itirməsi demək deyil.

Belə hallarda məhkəmə əməlin digər cinayət-hüquqi normalar baxımından qiymətləndirilməsinin mümkünlüyünü də araşdırmalıdır. Bu baxımdan məhkəmə kollegiyası diqqətə çatdırıb ki, Cinayət Məcəlləsinin 320.1-ci maddəsində də rəsmi sənədlərin saxtalaşdırılması ilə bağlı əməllərə görə cinayət məsuliyyəti nəzərdə tutulub. Vəzifə saxtakarlığından fərqli olaraq, həmin maddənin tətbiqi üçün şəxsin vəzifəli şəxs statusuna malik olması tələb edilmir. Apellyasiya instansiyası məhkəməsi həkimin vəzifəli şəxs olmaması barədə nəticəyə gəlməklə kifayətlənməməli, ittihamda göstərilən hərəkətlərin obyektiv cəhətini araşdırmalı və əməlin Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə tövsif edilməsinin mümkünlüyünə hüquqi qiymət verməli idi.

Cinayət kollegiyası həmçinin səhlənkarlıqla bağlı əməlin Cinayət Məcəlləsinin 314.2-ci maddəsindən həmin Məcəllənin 142.4-cü maddəsinə tövsif edilməsi zamanı cinayət qanununun geriyə qüvvəsinin tətbiqi məsələsinə aydınlıq gətirib. Qeyd olunub ki, cinayət hüququnun ümumi qaydasına əsasən, əməlin cinayət sayılması və həmin əmələ görə məsuliyyət onun törədildiyi vaxt qüvvədə olan qanunla müəyyən edilir. Bununla belə, əməlin cinayət sayılmasını aradan qaldıran, cəzanı yüngülləşdirən və ya cinayət törətmiş şəxsin vəziyyətini başqa şəkildə yaxşılaşdıran qanunun geriyə qüvvəsi vardır. Lakin yeni cinayət-hüquqi normanın geriyə şamil edilməsi üçün şəxsin əməlinin törədildiyi vaxt qüvvədə olan qanuna əsasən cinayət təşkil etməsi zəruri şərtdir.

Baxılan iş üzrə isə apellyasiya instansiyası məhkəməsi həkimin vəzifəli şəxs statusuna malik olmadığı qənaətinə gəlməsinə baxmayaraq, onun əməlini törədildiyi dövrdə qüvvədə olmayan Cinayət Məcəlləsinin 142.4-cü maddəsinə tövsif edib. Ali Məhkəmə bildirib ki, həm vəzifə saxtakarlığı, həm də səhlənkarlıq cinayətlərinin subyekti vəzifəli şəxs olduğundan, apellyasiya instansiyası məhkəməsinin eyni subyekt əlamətinə malik cinayət tərkiblərinə fərqli hüquqi yanaşma nümayiş etdirməsi hökmün əsaslandırılmasında ziddiyyət yaradıb.

Məhkəmə kollegiyasının mövqeyinə görə, şəxsin əməlində əvvəlki qanunla nəzərdə tutulmuş cinayət tərkibinin mövcudluğu müəyyən edilmədən sonradan qüvvəyə minmiş daha yüngül cinayət qanununun tətbiq edilməsi Cinayət Məcəlləsinin 10.3-cü maddəsinin tələblərinə uyğun deyil.

Göstərilənlər nəzərə alınaraq, Ali Məhkəmənin qərarı ilə kassasiya protesti təmin edilib, apellyasiya instansiyası məhkəməsinin hökmü ləğv olunub və cinayət işi yeni məhkəmə baxışına təyin edilib.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Adını dəyişən şəxslərə ŞAD XƏBƏR: Təkrar müraciətə qadağa qoyula bilməz

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Xeberlent.az-a bildirilib ki, məhkəmə iclasında Ali Məhkəmənin müraciəti əsasında Azərbaycan Konstitusiyasının 32-ci maddəsinin I və II hissələri, 71-ci maddəsinin II hissəsi baxımından Mülki Məcəllənin 26-cı və Ailə Məcəlləsinin 53.3-cü maddələrinin Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"nın 6.3, 6.24–6.28-ci bəndləri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim F.Məmmədovun məruzəsini, maraqlı subyektlər Ali Məhkəmənin müraciətini və Milli Məclis Aparatının mülahizəsini, Ədliyyə Nazirliyi, Sumqayıt Apellyasiya Məhkəməsi, Vəkillər...

27 Noyabr 2026, 10:50

Tələbələr Məleykə Abbaszadədən yardım istədi: “Buna güclə dözürük”

Bakı Dövlət Universitetinin (BDU) C korpusunda təhsil alan tələbələr tədris prosesinə mane olan səs-küy problemi ilə bağlı universitetin rektoru Məleykə Abbaszadəyə müraciət ediblər.Citypost.az "AzPolitika"a istinadən xəbər verir ki, bu barədə “Azərbaycan Tələbələri” sosial şəbəkə səhifəsində paylaşım edilib.Tələbələr müraciətlərində bildiriblər ki, BDU-nun C korpusunda magistral yolun səsi, eləcə də yaxınlıqdakı qəsabxana və avtomobil yuma məntəqəsindən gələn səslər dərs prosesinə mane olur. Onların sözlərinə görə, bu vəziyyət tələbələrin dərs zamanı diqqətini yayındırır və tədrisin keyfiyyətinə mənfi təsir göstərir."Biz ixtisas seçimi edərkən o akademik mühiti bildik və bu səbəbdən həmin ixtisası seçmişdik. Lakin hal-hazırda təhsil aldığımız BDU C korpusundakı vəziyyət qətiyyən ürəkaçan deyil....

27 Noyabr 2026, 10:32

General-mayor Ceyhun Rzayev vəzifədən azad edildi

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) kadr islahatı aparılıb.Citypost.az Unikal-a istinadla xəbər verir ki, Agentliyin İdarə Heyəti sədrinin müavini, general-mayor Ceyhun Rzayev vəzifəsindən azad edilib. O, 2022-ci il 4 fevral tarixində bu vəzifəyə təyin edilmişdi.Qeyd edək ki, Ceyhun Rzayev bir müddət əvvəl general-mayor Natiq Əliyevin qızı Türkər Əliyeva ilə məhkəmə mübahisəsi ilə bağlı da gündəmə gəlib. Belə ki, Natiq Əliyevin qızı Türkər Əliyevanın iştirakı ilə ona qarşı xeyli maddi ziyan iddiası üzrə istintaq aparılır....

27 Noyabr 2026, 10:26

Dövlət Miqrasiya Xidməti Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edib

Dövlət Miqrasiya Xidməti Azərbaycana gələn Rusiya Federasiyası vətəndaşlarına müraciət edib.Bu barədə Citypost.az DMX-dən məlumta verilib.Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 29 dekabr tarixli 561 nömrəli Qərarına əsasən, 2025-ci il 1 yanvar tarixindən etibarən viza tələb olunmadan Azərbaycan Respublikasına gələn Rusiya Federasiyası vətəndaşlarının, habelə Rusiya Federasiyasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti bir təqvim ili ərzində 90 gündən artıq ola bilməz."Dövlət Miqrasiya Xidməti bir daha diqqətə çatdırır ki, qeyd olunan tələb yetkinlik yaşına çatmayan şəxslər də daxil olmaqla, müvafiq kateqoriyadan olan bütün şəxslərə şamil edilir.Bununla əlaqədar, yetkinlik yaşına çatmayan şəxslərin valideynləri və digər qanuni nümayəndələri onların...

27 Noyabr 2026, 09:45

Taleh Qaraşov şəhid ailələrinə baş çəkdi –

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov şəhid ailələrinə baş çəkib, onların qayğıları ilə maraqlanıb.Citypost.az xəbər verir ki, noyabrın 26-da Vətən müharibəsi şəhidi Əzizov Mail Mahir oğlunun anım günü ilə əlaqədar Taleh Qaraşov, Şəhər İcra Hakimiyyəti aparatının kollektivi və ictimaiyyət nümayəndələri şəhidin Şağlakücə kənd qəbiristanlığındakı məzarını ziyarət ediblər.Ziyarət zamanı şəhidin məzarı önünə tər çiçəklər düzülüb, ruhuna dualar oxunub. İcra başçısı şəhidin ailə üzvləri ilə söhbət edərək onların qayğı və problemləri ilə maraqlanıb, dövlətin hər zaman şəhid ailələrinin yanında olduğunu vurğulayıb.Bundan başqa, noyabrın 25-də Taleh Qaraşov Birinci Qarabağ müharibəsi şəhidi Həmidov Mahir Mirzəbaba oğlunun anası Ağayeva Bəyimağa Ağakişi qızının hüzr mərasimində...

27 Noyabr 2026, 08:45

Bu ərazidə qaz olmayacaq

Bu gün saat 10:00-dan işlər yekunlaşanadək Oğuz rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.Citypost.azxəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.Bildirilib ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar 27.11.2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Oğuz rayonunun qaz təchizatında müvəqqəti fasilə olacaq.

27 Noyabr 2026, 08:08