Taleh Qaraşov şəhid ailələrinə baş çəkdi –
Cəmiyyət 27 Noyabr 2026, 08:45
566
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov şəhid ailələrinə baş çəkib, onların qayğıları ilə maraqlanıb.
Citypost.az xəbər verir ki, noyabrın 26-da Vətən müharibəsi şəhidi Əzizov Mail Mahir oğlunun anım günü ilə əlaqədar Taleh Qaraşov, Şəhər İcra Hakimiyyəti aparatının kollektivi və ictimaiyyət nümayəndələri şəhidin Şağlakücə kənd qəbiristanlığındakı məzarını ziyarət ediblər.
Ziyarət zamanı şəhidin məzarı önünə tər çiçəklər düzülüb, ruhuna dualar oxunub. İcra başçısı şəhidin ailə üzvləri ilə söhbət edərək onların qayğı və problemləri ilə maraqlanıb, dövlətin hər zaman şəhid ailələrinin yanında olduğunu vurğulayıb.
Bundan başqa, noyabrın 25-də Taleh Qaraşov Birinci Qarabağ müharibəsi şəhidi Həmidov Mahir Mirzəbaba oğlunun anası Ağayeva Bəyimağa Ağakişi qızının hüzr mərasimində iştirak edib.
İcra başçısı mərhumun ailə üzvlərinə başsağlığı verib. O bildirib ki, Vətən naminə canlarını fəda etmiş qəhrəmanları boya-başa çatdıran anaların xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Azərbaycanın mərd oğulları torpaqlarımızın azadlığı uğrunda misilsiz qəhrəmanlıq göstərərək tarix yazıblar. Şəhidlərin ailələrinə diqqət və qayğı göstərmək isə hər kəsin müqəddəs mənəvi borcudur.
Həmçinin oxuyun
Hər iki ailənin üzvləri onlara göstərilən diqqət və ehtirama görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Beləliklə, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov şəhidlərin xatirəsinə ehtiram göstərilməsi və şəhid ailələrinə diqqət və qayğının davam etdirilməsi istiqamətində tədbirlərdə iştirak edib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Bu ərazidə qaz olmayacaq
Bu gün saat 10:00-dan işlər yekunlaşanadək Oğuz rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.Citypost.azxəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.Bildirilib ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar 27.11.2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Oğuz rayonunun qaz təchizatında müvəqqəti fasilə olacaq.
27 Noyabr 2026, 08:08
Parkda gecələyən azyaşlının valideyni cəzalandırıldı
Atalığından qorxduğu üçün parkda gecələyən, daha sonra sığınacağa yerləşdirilən azyaşlının valideyni barəsində inzibati tədbir görülüb.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli məlumat verib."İddialar və digər xüsuslar yoxlanılıb. Noyabrın 15-də həmin azyaşlı Nəsimi rayonu ərazisində yerləşən parkların birində polis tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib. Onun dilənçilik edən və tüfeyli həyat tərzi sürən valideyni barəsində isə müvafiq inzibati tənbeh tədbiri tətbiq olunub", - deyə o bildirib. ...
27 Noyabr 2026, 07:30
Ürfan Məmmədli Gürcüstan polisinin türklərə münasibətini SƏRT TƏNQİD ETDİ
Telejurnalist Ürfan Məmmədli Gürcüstan polisinin türklərə qarşı davranışı ilə bağlı sərt fikirlər səsləndirib.Citypost.az xəbər verir ki, telejurnalist bu barədə sosial şəbəkə hesabında yazıb.O iddia edib ki, Gürcüstan polisinin türklərə qarşı qəddar davranışının arxasında tarixi qəzəb və şovinizm dayanır.“Gürcüstana səfər edənlər bunu daha yaxşı bilirlər”, – deyə Ürfan Məmmədli qeyd edib.
27 Noyabr 2026, 00:45
“Bəlkə şagirdlər dərsliklərinizi müəllimsiz başa düşmürlər?” – Etibar Əliyevdən SƏRT SUALLAR
BakuTv-nin aparıcısı Elçin Əlibəyli dəvət etdiyi qonaqlarla "Fizika" fənnindən Orta məktəb şagirdləri üçün yazılmış dərsliklərdə 286 məzmun səhvinə yol verililməsini cəmiyyətə agah etdilər... Pozan Tv-nin aparıcısı Seymur Elsevər adını çəkdiyim fənn üzrə dərsliklərin həmmüəlliflərindən biri olan Dünyamalı Məmmədovla maraqlı müzakirə apardı. Dünyamalı müəllim verilişə baxandan sonra Elçin Əlibəylinin yazdığı kitabları analiz edib və gəldiyi qənaət belədir: " Elçin Əlibəylinin yazdığı 412 səhifəlik "Televiziya nəzəriyyəsinin əsasları" kitabında 431 səhv var. Bunlardan 44-ü ciddi elmi səhv, 23-ü texniki, 99-u orfoqrafik səhvlərdir. Hətta o, Azərbaycan televizyasının yaranma tarixini yanlış yazıb".Dünyamalı Məmədov Əlibəylinin 160 səhifəlik "Azərbaycan televizyası" kitabını da əməlli-başlı...
27 Noyabr 2026, 00:42
Milli Qəhrəmanın qardaşına yeni vəzifə verildi
Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun qardaşı Famil Nurməmməd oğlu Teymurov Lənkəran Uşaq-Gənclər İnkişaf Mərkəzində metodist vəzifəsinə təyin edilib.Cityopst.az-ın əldə etdiyi məlumata görə, eyni zamanda, mərkəzin direktoru vəzifəsinin müvəqqəti icrası ona həvalə olunub.Qeyd edək ki, Famil Teymurov 2012-ci ildən şəhid Bəxtiyar Rüstəmov adına Asxanakəran kənd tam orta ümumtəhsil məktəbində əvvəlcə müəllim, daha sonra isə tədris işləri üzrə direktor müavini vəzifələrində çalışıb.O, pedaqoji fəaliyyəti ilə yanaşı, idman sahəsində də uğurlar qazanıb, 2017-2018-ci illərdə sərbəst güləş üzrə I dərəcəli beynəlxalq idman ustası adına layiq görülüb. Bundan əlavə, beş il müddətində Asxanakəran kənd bələdiyyəsinin sədri vəzifəsində çalışıb.(Oxu)...
27 Noyabr 2026, 00:25
70 min azarkeş bir araya gəldi, mobil şəbəkə çökdü – Səbuhi Qafarovdan SƏRT TƏNQİD
AFN.az xəbər portalının təsisçisi, direktoru və baş redaktoru Səbuhi Qafarov mobil operatorların xidmət keyfiyyətindən narazılığını bildirib.Citypost.az xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Səbuhi Qafarov bildirib ki, eyni məkanda on minlərlə azarkeşin toplaşacağı əvvəlcədən məlum olsa da, mobil operatorlar şəbəkənin gücləndirilməsi istiqamətində lazımi tədbirlər görməyiblər.Baş redaktorun sözlərinə görə, yaranmış vəziyyət mobil rabitə xidmətlərinin keyfiyyətinə ciddi təsir göstərib. O, hətta adi WhatsApp mesajlarının göndərilməsində belə çətinlik yaşandığını vurğulayaraq operatorları tənqid edib.Səbuhi Qafarov narazılığını bu sözlərlə ifadə edib:“Mobil operatorlar, bərbad gündəsiz. Bilirsiz ki, 70 minə yaxın azarkeş bir yerə yığılacaq, şəbəkənizi bir az gücləndirin də. Adi WhatsApp mesajı göndərməkdə...
27 Noyabr 2026, 00:23