Tələbələr Məleykə Abbaszadədən yardım istədi: “Buna güclə dözürük”
Cəmiyyət 27 Noyabr 2026, 10:32
436
Bakı Dövlət Universitetinin (BDU) C korpusunda təhsil alan tələbələr tədris prosesinə mane olan səs-küy problemi ilə bağlı universitetin rektoru Məleykə Abbaszadəyə müraciət ediblər.
Citypost.az "AzPolitika"a istinadən xəbər verir ki, bu barədə “Azərbaycan Tələbələri” sosial şəbəkə səhifəsində paylaşım edilib.
Tələbələr müraciətlərində bildiriblər ki, BDU-nun C korpusunda magistral yolun səsi, eləcə də yaxınlıqdakı qəsabxana və avtomobil yuma məntəqəsindən gələn səslər dərs prosesinə mane olur. Onların sözlərinə görə, bu vəziyyət tələbələrin dərs zamanı diqqətini yayındırır və tədrisin keyfiyyətinə mənfi təsir göstərir.
Həmçinin oxuyun
"Biz ixtisas seçimi edərkən o akademik mühiti bildik və bu səbəbdən həmin ixtisası seçmişdik. Lakin hal-hazırda təhsil aldığımız BDU C korpusundakı vəziyyət qətiyyən ürəkaçan deyil. Çünki bir tərəfdən magistral yolun səsi, bir tərəfdən qəsabxana və maşın yuma yeri diqqətimizi pozur və dərsimizin keyfiyyəti düşür.
3-4 aydır güclə dözürük buna, amma inşallah, Məleykə xanım bizim səsimizi duyar və problemimizə çarə tapar", - deyə mürciətdə bildirilir.
Ali Məhkəmədən həkimlərin cinayət məsuliyyəti ilə bağlı mühüm qərar
Ali Məhkəmənin Cinayət kollegiyası həkim vəzifəsində çalışmış şəxsin səhlənkarlıq və vəzifə saxtakarlığında ittiham olunmasına dair cinayət işi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.Citypost.az xəbər verir ki, irəli sürülən ittihama əsasən, həkim mama-ginekoloq öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək, hamilə qadının doğuşdan əvvəlki vəziyyətini düzgün qiymətləndirməyib və zəruri müayinə üsullarını seçməyib.Belə ki, dölün ana bətnində kəskin hipoksiya (oksigen çatışmazlığı) vəziyyətində olması təxirəsalınmaz cərrahi müdaxilə üçün tibbi göstəriş olduğu halda, həkim əməliyyatın vaxtında həyata keçirilməsini təmin etməyib. Nəticədə ana bətnindən vaxtında götürülməyən döl əməliyyatdan qısa müddət sonra perinatal mərkəzdə ölüb.Həkim daha sonra cinayət məsuliyyətindən yayınmaq və yol verdiyi...
27 Noyabr 2026, 10:42
General-mayor Ceyhun Rzayev vəzifədən azad edildi
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) kadr islahatı aparılıb.Citypost.az Unikal-a istinadla xəbər verir ki, Agentliyin İdarə Heyəti sədrinin müavini, general-mayor Ceyhun Rzayev vəzifəsindən azad edilib. O, 2022-ci il 4 fevral tarixində bu vəzifəyə təyin edilmişdi.Qeyd edək ki, Ceyhun Rzayev bir müddət əvvəl general-mayor Natiq Əliyevin qızı Türkər Əliyeva ilə məhkəmə mübahisəsi ilə bağlı da gündəmə gəlib. Belə ki, Natiq Əliyevin qızı Türkər Əliyevanın iştirakı ilə ona qarşı xeyli maddi ziyan iddiası üzrə istintaq aparılır....
27 Noyabr 2026, 10:26
Dövlət Miqrasiya Xidməti Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edib
Dövlət Miqrasiya Xidməti Azərbaycana gələn Rusiya Federasiyası vətəndaşlarına müraciət edib.Bu barədə Citypost.az DMX-dən məlumta verilib.Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 29 dekabr tarixli 561 nömrəli Qərarına əsasən, 2025-ci il 1 yanvar tarixindən etibarən viza tələb olunmadan Azərbaycan Respublikasına gələn Rusiya Federasiyası vətəndaşlarının, habelə Rusiya Federasiyasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti bir təqvim ili ərzində 90 gündən artıq ola bilməz."Dövlət Miqrasiya Xidməti bir daha diqqətə çatdırır ki, qeyd olunan tələb yetkinlik yaşına çatmayan şəxslər də daxil olmaqla, müvafiq kateqoriyadan olan bütün şəxslərə şamil edilir.Bununla əlaqədar, yetkinlik yaşına çatmayan şəxslərin valideynləri və digər qanuni nümayəndələri onların...
27 Noyabr 2026, 09:45
Taleh Qaraşov şəhid ailələrinə baş çəkdi –
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov şəhid ailələrinə baş çəkib, onların qayğıları ilə maraqlanıb.Citypost.az xəbər verir ki, noyabrın 26-da Vətən müharibəsi şəhidi Əzizov Mail Mahir oğlunun anım günü ilə əlaqədar Taleh Qaraşov, Şəhər İcra Hakimiyyəti aparatının kollektivi və ictimaiyyət nümayəndələri şəhidin Şağlakücə kənd qəbiristanlığındakı məzarını ziyarət ediblər.Ziyarət zamanı şəhidin məzarı önünə tər çiçəklər düzülüb, ruhuna dualar oxunub. İcra başçısı şəhidin ailə üzvləri ilə söhbət edərək onların qayğı və problemləri ilə maraqlanıb, dövlətin hər zaman şəhid ailələrinin yanında olduğunu vurğulayıb.Bundan başqa, noyabrın 25-də Taleh Qaraşov Birinci Qarabağ müharibəsi şəhidi Həmidov Mahir Mirzəbaba oğlunun anası Ağayeva Bəyimağa Ağakişi qızının hüzr mərasimində...
27 Noyabr 2026, 08:45
Bu ərazidə qaz olmayacaq
Bu gün saat 10:00-dan işlər yekunlaşanadək Oğuz rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.Citypost.azxəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.Bildirilib ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar 27.11.2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Oğuz rayonunun qaz təchizatında müvəqqəti fasilə olacaq.
27 Noyabr 2026, 08:08
Parkda gecələyən azyaşlının valideyni cəzalandırıldı
Atalığından qorxduğu üçün parkda gecələyən, daha sonra sığınacağa yerləşdirilən azyaşlının valideyni barəsində inzibati tədbir görülüb.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli məlumat verib."İddialar və digər xüsuslar yoxlanılıb. Noyabrın 15-də həmin azyaşlı Nəsimi rayonu ərazisində yerləşən parkların birində polis tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib. Onun dilənçilik edən və tüfeyli həyat tərzi sürən valideyni barəsində isə müvafiq inzibati tənbeh tədbiri tətbiq olunub", - deyə o bildirib. ...
27 Noyabr 2026, 07:30