Aparıcı Fira Cəlilovanın bağ evi ilə bağlı iddialarla əlaqədar saxlanılan şəxsin fotosu yayılıb
Hadisə 27 Noyabr 2026, 10:29
387
Aparıcı Fira Cəlilovanın Novxanı qəsəbəsində yerləşən bağ evi ilə bağlı iddialarla əlaqədar saxlanılan şəxsin fotosu yayılıb.
Citypost.az xəbər verir ki, Novxanı qəsəbəsində yerləşən bağ evlərinin birində axtarışda olan şəxsin yeri müəyyən olunub.
Tədbirlərlə istintaqdan yayınaraq gizlənən, əvvəllər dəfələrlə məhkum olunmuş Əlihüseyn Hüseynov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Həmçinin oxuyun
Ağsuda üzərinə ağac düşən uşaq ölüb
Ağsuda 7 yaşlı uşağın üzərinə ağac düşməsi nəticəsində ölüb.Citypost.az xəbər verir ki, 2020-ci il təvəllüdlü Abdullayev Ramal Ehtiram oğlu Ağsu rayonunda atasına məxsus torpaq sahəsində xırdabuynuzlu heyvanları otararkən güclü külək nəticəsində çinar ağacı qırılaraq üzərinə düşməsi nəticəsində ölüb.Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
27 Noyabr 2026, 09:51
Aparıcı Fira Cəlilovanın bağ evi ilə bağlı iddialarla əlaqədar bir nəfər saxlanılıb
Aparıcı Fira Cəlilovanın Novxanı qəsəbəsində yerləşən bağ evi ilə bağlı iddialara aydınlıq gətirilib.APA-nın. sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Novxanı qəsəbəsində yerləşən bağ evlərinin birində axtarışda olan şəxsin yeri müəyyən olunub.Tədbirlərlə istintaqdan yayınaraq gizlənən, əvvəllər dəfələrlə məhkum olunmuş Əlihüseyn Hüseynov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.Araşdırma aparılır.
27 Noyabr 2026, 09:30
Şəmkirdə ayı həyətə girdi
Şəmkir rayonunda vəhşi heyvanın yaşayış sahəsinə yaxınlaşması qeydə alınıb.Citypost.az Modern.az-a istinadən xəbər verir ki, hadisə rayonun Keçili (Xuluf) kəndində, yerli sakinlər arasında klub kimi tanınan ərazinin yaxınlığında baş verib.Xüsusilə axşam və gecə saatlarında kənd sakinlərinin ehtiyatlı olmaları, mal-qaranı və həyətyanı sahələri nəzarətsiz qoymamaları tövsiyə olunur.
27 Noyabr 2026, 07:15
Qaradağda 24 kiloqrama yaxın narkotik aşkarlanıb
Bakının Qaradağ rayonunda 24 kiloqrama yaxın narkotik aşkarlanıb.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, keçirilən tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirən İ.Daşdəmirov saxlanılıb. Onun avtomobilindən ümumi çəkisi 24 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.Araşdırmalarla İ.Daşdəmirovun xaricdə yaşayan narkotacirlərin tapşırıqları əsasında qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdiyi müəyyən olunub.Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib....
26 Noyabr 2026, 17:21
Sərxoş halda komando hərbçisini vurub öldürmüşdü - Bu cəzanı aldı
Bu ilin mayında Naxçıvanın Şərur rayonunda Qarxun kənd sakini, komando hərbi birləşməsinin hərbçisi Musa Həsənovu vurub öldürən avtomobilin sürücüsünün məhkəməsi keçirilib.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, 28 yaşlı hərbçinin ölümünə səbəb olan 2000-ci il təvəllüdlü Məhərrəm Fətullayevə hökm oxunub.Bildirilib ki, hadisə zamanı sürücü yüngül dərəcəli sərxoşluq halında olub. O, gecə saatlarında dostları ilə kafedən çıxıb evə gedərkən “Mercedes” markalı avtomobillə yolu keçməyə çalışan Musa Həsənovu vurub.Ağır xəsarət alan hərbçi həlak olub.Yaxınlarının sözlərinə görə, Musa Həsənov nişanlı olub.Həbs olunan Məhərrəm Fətullayev Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi üzrə təqsirli bilinib.Gənc sürücüyə 5 il həbs və 2 il...
26 Noyabr 2026, 12:57
“20 Yanvar”da kişi qəfil öldü
Paytaxtın Yasamal rayonu ərazisində - metronun “20 Yanvar” stansiyasının çıxışında piyada qəfil ölüb.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, hadisə noyabrın 25-i saat 13 radələrində Müzəffər Həsənov küçəsi 12-nin qarşısında baş verib.Bakı şəhər sakini 1975-ci il təvəllüdlü İsmayıl Mikayılzadə qəfil yıxılıb. Onun öldüyü məlum olub. İlkin məlumata görə, İ.Mikayılzadə ürək çatışmazlığından vəfat edib.Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
26 Noyabr 2026, 12:50