Bizə yazın

Baku

-°C

USD

-

Boşandığınız həyat yoldaşınız vəfat edibsə, uşaqlarınız onun mirasına sahib çıxa bilərmi? – VƏKİLDƏN AÇIQLAMA

Hüquq 27 Noyabr 2026, 10:00

516

Ailə münasibətlərinə xitam verilməsi valideynlə övlad arasındakı hüquqi bağlılığı aradan qaldırmır. Bəzən nikahı pozulmuş şəxslər sonradan başqa ailə qurur, ikinci nikahdan övladları dünyaya gəlir. Lakin əvvəlki nikahdan olan uşaqların ataları ilə hüquqi bağlılığı və vərəsəlik hüquqları qüvvədə qalır. Bu baxımdan tez-tez belə bir sual yaranır: kişi birinci həyat yoldaşından boşandıqdan sonra yenidən ailə qurubsa və vəfat edibsə, əvvəlki nikahdan olan uşaqları da onun mirasından pay ala bilərmi? Yaxud ikinci ailədən olan uşaqların vərəsəlik hüququ daha üstün hesab olunur?

Vəkil Bahar Dünyamalıyeva Citypost.az-a açıqlamasında bildirib ki, valideynlərin boşanması uşaqların həmin valideynə münasibətdə vərəsəlik hüququnu aradan qaldırmır. Atası vəfat edən şəxsin nikahdan əvvəlki və ya sonrakı ailəsindən olmasından asılı olmayaraq, atalığı qanunla müəyyən edilmiş bütün övladları onun vərəsələri hesab edilirlər.

Onun sözlərinə görə, məsələn, kişi birinci həyat yoldaşından boşanıb, həmin nikahdan iki övladı olub, daha sonra ikinci dəfə ailə quraraq üç uşaq atası olubsa və sonradan vəfat edibsə, hər iki ailədən olan beş övladının da vərəsəlik hüququ mövcuddur. Yəni birinci nikahın pozulması əvvəlki ailədən olan uşaqların mirasdan pay almaq hüququna heç bir təsir göstərmir.

Vəkil qeyd edib ki, burada əsas məsələ uşağın hansı nikahdan dünyaya gəlməsi deyil, onun vəfat etmiş şəxslə hüquqi baxımdan övladlıq və atalığının müəyyən olunmasıdır. Əgər atalıq qanunla müəyyən edilibsə və şəxsin adı uşağın doğum haqqında şəhadətnaməsində ata kimi göstərilibsə, həmin uşaq atasının vərəsəsi hesab olunur. Bu hüquq valideynlərin birgə yaşayıb-yaşamamasından, boşanmasından və ya atanın sonradan başqa ailə qurmasından asılı deyil.

Bahar Dünyamalıyevanın sözlərinə görə, uşaqların vərəsəlik hüququnun yaranması üçün valideynlərinin nikah münasibətlərinin davam etməsi tələb olunmur. Hətta uşağın dünyaya gəldiyi vaxt valideynlər arasında rəsmi nikah olmayıbsa belə, atalıq qanunla müəyyən edilmiş qaydada təsdiqləndiyi halda həmin uşağın da vərəsəlik hüququ yaranır. Başqa sözlə, nikah daxilində doğulan uşaqlarla atalığı hüquqi qaydada təsdiqlənmiş nikahdankənar uşaqlar arasında vərəsəlik baxımından ayrı-seçkilik edilmir.

Mütəxəssis bildirib ki, vəfat etmiş şəxsin adına ev, torpaq sahəsi, avtomobil, bank hesabında vəsait və digər əmlak varsa, həmin miras qanunvericiliyə uyğun olaraq vərəsələr arasında bölüşdürülür. Birinci növbə vərəsələr sırasına mərhumun uşaqları, arvadı və valideynləri daxildir. Buna görə də əvvəlki nikahdan olan uşaqlar da digər birinci növbə vərəsələrlə bərabər hüquqa malikdirlər.

Vəkil diqqətə çatdırıb ki, birinci ailədən olan iki uşağın miras hüququnun tanınması üçün onların atalarının ölümündən sonra vərəsəlik məsələsi üzrə notariusa müraciət etmələri vacibdir. Vərəsəlik hüququnun rəsmiləşdirilməsi zamanı doğum haqqında şəhadətnamə və atalığı təsdiq edən digər hüquqi sənədlər təqdim edilməlidir. Əgər atalıqla bağlı mübahisə yaranarsa, bu məsələ qanunvericilikdə nəzərdə tutulan qaydada, zərurət olduqda məhkəmə vasitəsilə həll edilə bilər.

O əlavə edib ki, mirasın bölüşdürülməsi zamanı ikinci nikahdan olan uşaqların sayının çox olması onlara avtomatik olaraq daha böyük hüquq vermir. Eyni qaydada, birinci nikahdan olan uşaqların azlıq təşkil etməsi də onların miras payının məhdudlaşdırılması üçün əsas deyil. Bütün birinci növbə vərəsələrin hüquqları qanun qarşısında bərabərdir.

Beləliklə, kişi birinci həyat yoldaşından boşandıqdan sonra başqa ailə qurub vəfat edərsə, əvvəlki nikahdan olan uşaqları da atasının qanuni vərəsələri hesab olunur. Onların miras hüququ nə valideynlərin boşanması, nə atanın ikinci dəfə evlənməsi, nə də sonrakı nikahdan başqa övladlarının dünyaya gəlməsi ilə aradan qalxır. Əsas şərt həmin şəxsin hüquqi baxımdan mərhumun övladı olmasıdır.

Yusif 

Problemlərinizi bizə bildirin

077 323 55 66

Aliment borcuna görə valideyn cinayət məsuliyyətinə cəlb oluna bilərmi? – VƏKİLDƏN AÇIQLAMA

Aliment ödənişlərindən yayınma və yığılıb qalan borclar son dövrlərdə ailə hüququ sahəsində tez-tez müzakirə olunan məsələlərdəndir. Bəzi hallarda aliment ödəməli olan valideyn müxtəlif səbəblər göstərərək ödənişləri həyata keçirmir, nəticədə borcun məbləği minlərlə manata çatır. Hətta aliment borcu 8 min manata və daha yüksək məbləğlərə yüksəlsə də, qarşı tərəf öhdəliyini yerinə yetirməkdən yayınmağa davam edir. Belə vəziyyətlərdə aliment alan tərəf icra məmuruna müraciət etsə də, bəzən borclunun adına əmlakın və rəsmi gəlirin olmaması səbəbindən pulun tutulmasının çətinləşdiyini görür.Bəs aliment borcu yığıldıqda, borclunun adına heç bir əmlak və rəsmi gəlir olmadıqda hansı tədbirlər görülməlidir? İcra məmuru belə vəziyyətdə hansı hüquqi mexanizmlərdən istifadə...

27 Noyabr 2026, 09:00

Kommunal qəbzlər evə mülkiyyət hüququ verirmi? – Vəkil məsələyə aydınlıq gətirdi

Azərbaycanda uzun illərdir yaşadığı evə dair heç bir rəsmi sənədi olmayan, lakin elektrik enerjisi, qaz və su sayğacları öz adına rəsmiləşdirilən vətəndaşların sayı az deyil. Bir çox insan kommunal xidmətlərdən istifadə edir, aylıq ödənişlərini vaxtında həyata keçirir, lakin yaşadığı tikilinin mülkiyyət hüququnu təsdiq edən çıxarışa malik deyil. Belə şəxslər üçün ən aktual suallardan biri isə kommunal ödəniş sənədləri əsasında evə çıxarış almağın mümkün olub-olmamasıdır. Vətəndaşın uzun müddət həmin ünvanda yaşaması və kommunal xidmətlərin onun adına olması müəyyən əhəmiyyət daşısa da, bu hallar avtomatik olaraq mülkiyyət hüququ yaratmır. Əmlakın yerləşdiyi torpağın kimə məxsus olması və tikilinin hansı ərazidə inşa edilməsi məsələnin...

26 Noyabr 2026, 10:30

Azərbaycanda torpağı xarici ölkə vətəndaşına bağışlamaq mümkündürmü? – Vəkildən AÇIQLAMA

Azərbaycanda mülkiyyətində olan torpaq sahəsini xarici ölkə vətəndaşına bağışlamaq istəyən şəxslər üçün qanunvericilikdə müəyyən məhdudiyyətlər nəzərdə tutulub. Xüsusilə torpaq sahəsinin Rusiya vətəndaşı olan qohuma, o cümlədən qardaş oğluna bağışlanması məsələsi hüquqi baxımdan maraq doğurur. Bir çox vətəndaş hesab edir ki, əmlak onun şəxsi mülkiyyətindədirsə, həmin əmlakı istədiyi şəxsə, hətta başqa ölkənin vətəndaşına da bağışlaya bilər. Lakin daşınmaz əmlakla bağlı münasibətlərdə, xüsusilə torpaq mülkiyyətində xarici vətəndaşlar üçün xüsusi hüquqi qaydalar mövcuddur.Mövzu ilə bağlı vəkil Cavanşir Qasımzadə Citypost.az-a açıqlamasında bildirib ki, Azərbaycan qanunvericiliyinə əsasən, xarici ölkə vətəndaşlarının ölkə ərazisində torpaq sahələrinə mülkiyyət hüququ əldə etməsi məhdudlaşdırılıb. Onun sözlərinə görə, bu səbəbdən Azərbaycan...

26 Noyabr 2026, 09:30

Müddətsiz əlilliyi olan şəxslər təkrar müayinəyə çağırıla bilərmi? – Vəkildən AÇIQLAMA

Müddətsiz əlillik təyin edilmiş şəxslərin yenidən tibbi müayinəyə çağırılması, onların əlillik statusunun təkrar yoxlanılması və bu prosesin hansı əsaslarla həyata keçirilməsi son dövrlər müzakirə olunan məsələlərdəndir. Xüsusilə uzun illər əvvəl müddətsiz əlillik statusu almış, hazırda isə yaşlı vətəndaş olan şəxslərin yenidən müayinəyə dəvət edilməsi müəyyən suallar yaradır. Belə hallarda əsas məsələ müvafiq qurumların hansı hüquqi əsaslara söykənərək vətəndaşı yoxlamaya çağırmasıdır. Çünki müddətsiz əlillik statusunun mövcudluğu dövlət orqanlarının istənilən vaxt, heç bir əsaslandırma təqdim etmədən həmin şəxsi təkrar müayinəyə cəlb edə bilməsi anlamına gəlməməlidir.Mövzu ilə bağlı vəkil Vəfadar Piriyev Citypost.az-a açıqlamasında bildirib ki, müddətsiz əlillik statusuna malik şəxslərin yenidən yoxlamaya çağırılması...

26 Noyabr 2026, 08:30

Ata evini oğluna bağışlayıbsa, bacı həmin əmlakdan pay tələb edə bilərmi? – VƏKİLDƏN AÇIQLAMA

Ailə daxilində əmlakın vərəsəlik yolu ilə keçməsi və sonradan övladlardan birinə bağışlanması bir sıra hüquqi suallar yaradır. Xüsusilə valideynlərdən birinin adına olan ev onun vəfatından sonra digər valideynin mülkiyyətinə keçdikdə və həmin şəxs də evi övladlarından birinə bağışladıqda, digər övladların bu əmlakdan pay tələb etmək hüququnun olub-olmaması maraq doğurur. Bəzi hallarda bacı və qardaşlar arasında belə mübahisələr yaranır: ev əvvəl ananın adına olub, ana vəfat etdikdən sonra ata evin sahibi olub, daha sonra isə əmlakı oğluna hədiyyə edib. Bu halda digər övlad, o cümlədən bacı həmin evdən pay ala bilərmi?Vəkil İsrafil Əlili Citypost.az-a açıqlamasında bildirib ki, belə hallarda əsas məsələ...

25 Noyabr 2026, 11:40

Uşağın nənə-babasının evində qeydiyyatda olması anaya həmin evdə yaşamaq hüququ verirmi? – VƏKİLDƏN AÇIQLAMA

Boşanma zamanı tərəflər arasında mübahisə yaradan məsələlərdən biri də uşağın yaşayış yeri, qeydiyyatı və keçmiş həyat yoldaşının ailəsinə məxsus mənzildən istifadə hüququ ilə bağlı olur. Xüsusilə azyaşlı uşağın ata tərəfinin valideynlərinə məxsus evdə qeydiyyatda olduğu hallarda analar həmin ünvanda yaşamaq və ya mənzildən istifadə etmək hüququnun olub-olmadığını dəqiqləşdirmək istəyirlər. Bəzi hallarda belə düşünülür ki, uşağın həmin evdə qeydiyyatda olması və oradan istifadə hüququna malik olması anasına da avtomatik olaraq eyni hüququ qazandırır. Lakin hüquqi baxımdan bu yanaşma doğru deyil.Vəkil Xəyalə Məmmədova Citypost.az-a açıqlamasında bildirib ki, uşağın nənə-babasının yaşadığı evdə qeydiyyatda olması və ya həmin mənzildən istifadə hüququnun tanınması anaya həmin...

25 Noyabr 2026, 10:40