Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycan Prezidenti Xameneyiyə təbrik ünvanlayıb

Siyasət 11 Fevral 2025, 11:48

425

Prezident İlham Əliyev İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyini təbrik edib.

Citypost.az xəbər verir ki, təbrikdə deyilir:

"Möhtərəm Ayətullah Xameneyi həzrətləri,

İran İslam Respublikasının milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında münasibətlər əsrlərdən bəri dostluq və mehriban qonşuluq şəraitində yaşamış, ortaq mənəvi dəyərləri bölüşən xalqlarımızın iradəsindən güc alır. Biz bu təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimizin inkişafına və əməkdaşlığımızın genişlənməsinə xüsusi önəm veririk.

Hazırda ikitərəfli gündəlikdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər yer almaqdadır. Hesab edirəm ki, mövcud imkanlardan yararlanaraq ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsinə nail ola bilərik.

İnanıram ki, qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran münasibətləri dövlətlərimizin və xalqlarımızın mənafelərinə uyğun inkişaf edərək bölgədə sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost və qardaş İran xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Prezident XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib - YENİLƏNİB

Martın 13-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu işə başlayıb.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib.Əvvəlcə xatirə fotosu çəkdirildi.Dövlətimizin başçısı açılış mərasimində çıxış etdi.Prezident İlham Əliyevin çıxışı-Xanımlar və cənablar!Sabahınız xeyir, Bakıya xoş gəlmisiniz.Mən bütün qonaqlarımızı illik Qlobal Bakı Forumunda salamlayıram. Əvvəlcə, mən bizimlə olduğunuza görə sizə təşəkkürümü bildirirəm. Mən, eyni zamanda, Nizami Gəncəvi Beynəlxalq Mərkəzini təbrik edirəm ki, bu illər ərzində çox əla işlər görmüşdür və belə bir mühüm beynəlxalq...

13 Mart 2025, 19:28

"Sülh sazişinin mətninin razılaşdırılması mühüm hadisədir"-Paşinyan

Ermənistan və Azərbaycan arasında sülh sazişinin mətninin razılaşdırılması mühüm hadisədir.Citypost.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan jurnalistlərin suallarını cavablandırarkən bildirib.Paşinyanın sözlərinə görə, hər iki tərəf mətnin onlara faydalı olduğunu hesab edib. Paşinyan vurğulayıb ki, mümkün iddiaların geri götürülməsi və ya Aİ missiyasının geri çəkilməsi sülh müqaviləsi qüvvəyə mindikdən sonra baş verəcək.O qeyd edib ki, Ermənistan Respublikası ölkənin suverenliyi, yurisdiksiyası və ərazi bütövlüyü çərçivəsində nəqliyyat yollarını açmağa hazırdır....

13 Mart 2025, 19:19

Milli Məclis beynəlxalq parlament təşkilatlarına məktublar ünvanlayıb  

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən şəxslərlə bağlı Azərbaycanda keçirilən məhkəmə prosesi ilə əlaqədar Milli Məclis tərəfindən xarici ölkələrin parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının rəhbərlərinə, parlamentlərin beynəlxalq komitələrinin sədrlərinə və beynəlxalq parlament təşkilatlarına məktublar ünvanlanıb.

13 Mart 2025, 19:00

Ceyhun Bayramov: Azərbaycan və İtaliya etibarlı tərəfdaşdır  

Azərbaycan və İtaliya etibarlı tərəfdaşdır.

13 Mart 2025, 18:47

Prezident BMT-nin Ticarət və İnkişaf Konfransının baş katibini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) baş katibi Rebeka Qrinspanı qəbul edib.Citypost.az xəbər verir ki, Rebeka Qrinspan COP29-un ölkəmizdə yüksək səviyyədə keçirilməsi və həmin tədbirdə çox mühüm nəticələrin əldə edilməsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı.Söhbət zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin XII Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunularaq, beynəlxalq səviyyəli mühüm məsələlərin müzakirəsi üçün bu tədbirin böyük rol oynadığı vurğulandı.Görüşdə ölkəmizlə BMT strukturları arasında uğurlu əməkdaşlığın həyata keçirilməsindən məmnunluq ifadə olundu, Azərbaycanın BMT institutlarının fəaliyyətinə verdiyi könüllü maliyyə töhfələri qeyd edildi.Ölkəmizin 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyi bildirildi, Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədləri sahəsindəki nailiyyətləri...

13 Mart 2025, 18:05

İrəvan təkliflərimizi qəbul etdi, sülh danışıqları yekunlaşdı  

Sülh Sazişinin mətni ilə bağlı danışıqlar prosesi yekunlaşıb.

13 Mart 2025, 15:42