Bizə yazın

Baku

-°C

USD

-

Şəmil Sadiq: Süni intellekt hər kəsə yazmaq imkanı yaradır, amma...

Söz adamı 03 Noyabr 2026, 09:35

686

Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, yazıçı, şair, dramaturq və publisist Şəmil Sadiq süni intellektin yazı prosesinə təsiri, müəlliflik və yaradıcılıqla bağlı düşüncələrini bölüşüb.

Citypost.az xəbər verir ki, Şəmil Sadiq sosial şəbəkə hesabında paylaşım edərək son vaxtlar mətn yazmağa və fikirlərini ictimaiyyətlə bölüşməyə əvvəlki qədər həvəs göstərmədiyini bildirib.

Yazıçı bunun əsas səbəblərindən birinin süni intellektin geniş yayılması olduğunu qeyd edib. Onun sözlərinə görə, hazırda demək olar ki, hər kəs süni intellekt vasitəsilə mətn hazırlaya bilir. Hətta özü də bəzən kiçik esselərini səslə süni intellektə göndərdiyini, onun isə həmin fikirləri mətnə çevirərək redaktə etdiyini bildirib.

Bununla belə, Şəmil Sadiq süni intellektdən istifadə etsə də, daxilən tam rahat olmadığını vurğulayıb. O, yaradıcılıq prosesində insanın öz düşüncəsinin, zəhmətinin və fərdi ifadə tərzinin əhəmiyyətinə diqqət çəkib.

Publisist fikirlərini maraqlı bənzətmə ilə ifadə edərək yazıb ki, sanki Koroğlu kimi qılıncı kənara atmaq istəyir, lakin bir gün həmin silahların gülləsinin bitəcəyini və yenidən bilək gücünə ehtiyac duyacağını düşünür.

Şəmil Sadiq yaranmış vəziyyəti mürəkkəb hesab etdiyini, hələlik isə bu prosesi müəyyən şəkildə idarə etməyə çalışdığını bildirib. O, paylaşımının sonunda plagiatçılığın da əvvəlki nüfuzunu itirdiyini ironik şəkildə qeyd edib.

Turan 

Problemlərinizi bizə bildirin

077 323 55 66

Səddam Laçın: “44” filminin bəzi səhnələri sevgi hekayəsini xatırladır

Şair Səddam Laçın “44 filmi” ilə bağlı təəssüratlarını bölüşərək ekran əsərinin ayrı-ayrı məqamlarına münasibət bildirib.Citypost.az xəbər verir ki, şair sosial şəbəkə hesabında paylaşım edərək filmin həm müsbət, həm də mübahisəli tərəflərinin olduğunu qeyd edib.Səddam Laçının fikrincə, filmi iki hissəyə ayıraraq qiymətləndirmək daha doğru olardı. O, ekran əsərindəki döyüş səhnələrini yüksək qiymətləndirərək onların Hollivud filmlərindən heç də geri qalmadığını bildirib.Bununla yanaşı, şair filmin digər hissəsində üstünlük təşkil edən romantik yanaşmanı tənqid edib. Onun sözlərinə görə, bəzi səhnələr döyüş filmi təsiri yaratmaq əvəzinə, daha çox romantik sevgi hekayəsini xatırladır.Səddam Laçının paylaşımından aydın olur ki, o, filmin döyüş səhnələrini uğurlu hesab etsə də,...

03 Noyabr 2026, 08:11

Tanrım bilər, mən bilərəm...

Aramıza yağırsa qar,tanrım bilər, mən bilərəm,necə gəlib keçir rüzgar,tanrım bilər mən bilərəm, bu yol təklərin yoludur,bu yol müqəddəs, uludur,qəlbim boşdur, ya doludur,tanrım bilər, mən bilərəm, dərəyəm, ya dağam, oğul, ya saralmış tağam, oğul, ölmüşəm, ya sağam, oğul, tanrım bilər, mən bilərəm...Saday Şəkərli

02 Noyabr 2026, 22:38

Azərbaycana qurban!  -Camal Zeynaloğlu

Taleyimin nur payı,Azərbaycana qurban!Sönməz Günəşi, Ayı...Azərbaycana qurban!Bir qucaqlıq canım da,Bir qaşıqlıq qanım da,Şöhrətim də, şanım da,Azərbaycana qurban!Tanrım arxam, dirəyim...Daşdan çıxan çörəyim,Şan-şan olmuş ürəyim,Azərbaycana qurban!Vətənsiz gülməz üzüm,Dərdlərim düzüm-düzüm,Dilimdə var bir sözüm -Azərbaycana qurban!24.10.2026

28 Oktyabr 2026, 13:18

Anna Axmatovaya -Saday Şəkərlinin şeiri

...qalıb ürəyimdə zülmün çatları,bir də qollarımda qandalın yeri,düzgün işləmədi qum saatları,yerimdə sayıramillərdən bəri,hələ də qaradırdamarımda qan, gözlərim dünyanıqanlı görmədə, bir Saday qartaldırazad, firavan, bir Saday hələ dəölür türmədə,elə hey nəmlidirgözlərim, sudur, qurutmaq çətindirbu kəhrizləri, sanki dən səpilmişquş axurudur,qolumda saralanqandal izləri...Saday Şəkərli

26 Oktyabr 2026, 13:29

Samir Feyruzov: Yazıçılıq istedadla yanaşı intellekt də tələb edir

Bizim cəmiyyətdə savadlılıq heç vaxt yüksək səviyyədə olmayıb, kütləvi savadsızlıq həmişə öndə dayanıb. Məhz buna görə də azacıq bicliyi olan, amma heç bir intellekti, savadı və əxlaqı olmayan şəxslər, xüsusilə də yazıçılar bu savadsız cəmiyyəti təəccübləndirə biliblər. Onlara ziyalı deyib efirlərə dırmaşdırırlar. Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma özünü kitab əhli, Kafkadan bir iki əsər oxuyub dərin mütaliəçi kimi göstərən, hökumətdən yararlanmaq üçün hər cür məxfi alçaqlığa imza atan yazıçıların gəlişi gözəl və dərin tülkülüyə əsaslanan fikirləri çoxlarını təəccübləndirir.Bu adamların özlərini qabaqcıl fikir adamı və ziyalı kimi göstərmək üçün Mirzə Cəlilə istinad etmələri də təsadüfi deyil. Çünki Mirzə Cəlillə...

26 Oktyabr 2026, 12:08

Məzarlıqda bitən yovşan... Rüstəm Behrudi

Ətrin öldürdü məni,Bağrım oldu yenə şan-şan.Gördüm ki, boş bir məzaraYenə məndən danışırsan,Məzarlıqda bitən yovşan.Əlim qoynumda gəlmişəm,Əfv et, hönkürüb ağlasam;Öz qəbrim üstə qoyacam,Sənnən bir dəstə bağlasam,Məzarlıqda bitən yovşan.Sən arxasız, mən kimsəsiz,Sənnən axır göz yaşlarım;Burda daşlar daş deyil ki,Bacılarım, qardaşlarım,Məzarlıqda bitən yovşan.Bu son bahar da ölmədim,Ölmədim, yaz, yaz günaha.Mən öz tabutundan tutub,Dönən bir ölüyəm dahaMəzarlıqda bitən yovşan.Məni dərd deyil, adamlar,Adamlar öldürdü; sən, sən...Baş daşıma qoyulacaqÇiçəklərdən də gözəlsən,Məzarlıqda bitən yovşan.Vədə tamamdı, dönəcəm,Gəlim qarışım tüstünə.Gələcəm dua oxuyaq,Ölən bir şairin üstünə,Məzarlıqda bitən yovşan. Ətrin öldürdü məni,Bağrım oldu yenə şan-şan.Gördüm ki, boş bir məzara,Yenə məndən danışırsan,Məzarlıqda bitən yovşan....

20 Oktyabr 2026, 10:59