“Bakı Marafonu 2025”ə qeydiyyat başlayır
Cəmiyyət 03 Mart 2025, 21:45

2269
Mayın 4-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2025” təşkil ediləcək.
Citypost.az xəbər verir ki, 2016-cı ildən “Küləyə qalib gəl” şüarı ilə keçirilən Bakı Marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır.
Yarışda iştirak üçün qeydiyyat martın 4-dən aprelin 25-dək davam edəcək. 18 yaşdan yuxarı şəxslər bu müddətdə Bakı şəhərinin ticarət mərkəzlərindəki (“28 Mall”, “Gənclik Mall”, “Dəniz Mall”) qeydiyyat məntəqələrinə və ya “Bakı Marafonu 2025”in saytına - www.marathon.az müraciət edə bilərlər. Qeydiyyat zamanı müvafiq anket formasını doldurmaq, şəxsiyyət vəsiqəsinin surətini (tələbələr eyni zamanda tələbə vəsiqəsinin surətini) təqdim etmək və iştirak üçün müəyyən olunmuş vəsaiti ödəmək lazımdır.
Yarışda iştirak etmək istəyən fiziki şəxslər üçün qeydiyyat zamanı ödəniş məbləği 20 AZN təşkil edir. Korporativ olaraq qoşulanlar isə [email protected] elektron poçt ünvanına yazaraq müraciət edə bilərlər. Korporativ müraciətlərdə (hər təşkilatdan minimum 5 iştirakçı olmalıdır) hər iştirakçıya görə 100 AZN ödənilir. Bakı marafonunda tələbələrin iştirakı Heydər Əliyev Fondu tərəfindən qarşılandığından, onlar qeydiyyat zamanı ödəniş etmirlər.
Start və finiş nöqtələri Dövlət Bayrağı Meydanı olan marafonun marşrutu Dənizkənarı Bulvar, o cümlədən paytaxtın mərkəzi küçə və prospektlərini, ümumilikdə 21 km-lik məsafəni əhatə edəcək:
Dövlət Bayrağı Meydanı-Dənizkənarı Bulvar-Bakı Beynəlxalq Dəniz Vağzalı-Neftçilər prospekti-Bakı Ağ Şəhər bulvarı-Xəqani Rüstəmov küçəsi–Bakı Ağ Şəhər bulvarı, 8 Noyabr prospekti, Yusif Səfərov küçəsi-Üzeyir Hacıbəyli küçəsi, Neftçilər prospekti, Bakı Funikulyoru, Bayıl dairəsi, Bibiheybət yolu-Dövlət Bayrağı Meydanı.
“Bakı Marafonu 2025” ilə bağlı yeniliklər, yarış ərəfəsində keçiriləcək məşqlər barədə ətraflı məlumat layihənin sosial şəbəkələrdəki səhifələrində, eləcə də www.marathon.az saytında təqdim ediləcək.
Əlavə məlumat üçün telefon nömrəsi: (012) 310 13 31
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Bakıda bu yol bağlanır
Nərimanov rayonu, Atatürk prospekti ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsində aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işləri aparılır.Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Bildirilib ki, bu səbəbdən metronun "Gənclik" stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə fasilələrlə məhdudiyyət tətbiq edilir.
26 Mart 2025, 16:16

Türkmənistan Prezidenti Azərbaycan liderini təbrik edib
Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevə məktub ünvanlayıb.Citypost.az xəbər verir ki, məktubda deyilir:"Hörmətli İlham Heydər oğlu.Müqəddəs Ramazan bayramı münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.Səmimi qəlbdən inanıram ki, insanlığın ən böyük dəyərləri olan mənəvi təmizlik və yüksək əxlaqi keyfiyyətləri tərənnüm edən bu nurlu bayram ölkələrimiz arasında əlaqələrin inkişafına, dostluğun, qarşılıqlı dəstəyin və bütün müsəlman ümmətinin həmrəyliyinin möhkəmlənməsinə bundan sonra da töhfə verəcək.Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və rifah arzulayıram. Qoy bütün dualarınız və xeyirxah əməlləriniz Uca Allah tərəfindən qəbul olunsun"....
26 Mart 2025, 16:00

Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik edib
Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevə Ramazan bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.Citypost.az xəbər verir ki, təbrikdə deyilir:"Hörmətli İlham Heydər oğlu.Müqəddəs Ramazan bayramı münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.Ümid edirəm ki, yüksək mənəvi dəyərləri tərənnüm edən, humanizmin, xeyirxahlığın və sülhpərvərliyin rəmzi olan bu nurlu bayram bütün müsəlman ümməti arasında qarşılıqlı anlaşmanın və etimadın möhkəmlənməsinə bundan sonra da töhfə verəcək.Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və rifah arzulayıram. Qoy Uca Allah bütün dualarınızı qəbul etsin və bütün xeyirxah əməllərinizdə Sizə hər zaman uğur bəxş etsin"....
26 Mart 2025, 15:30

Sabah hava yağmurlu olacaq
Martın 27-də gözlənilən hava proqnozu açıqlanıb.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 5-8° isti, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman. Şərq küləyi əsəcək.Havanın...
26 Mart 2025, 13:46

Bu gün sonuncu Qədr gecəsidir
Bu gün Azərbaycanda Ramazan ayında sonuncu Qədr (əhya) gecəsidir.Citypost.az modern.az-a istinadən xəbər verir ki, dördüncü Qədr gecəsi martın 26-dan 27-nə keçən gecəyə təsadüf edir.Qeyd edək ki, Qədr gecəsi "Quran"ın nazil olduğu gecədir. "Qurani-Kərim" İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub.Xatırladaq ki, martın 30-u Azərbaycanda Ramazan bayramı qeyd olunacaq.
26 Mart 2025, 11:32

Dərslər bu tarixdə başlayacaq: dəyişiklik olundu
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, altıgünlük tədris həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 26, 27 və 29 mart tarixləri iş günləri hesab ediləcək.Citypost.az xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.Qərara görə, beşgünlük tədris həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində isə bayramdan sonra ilk dərs günü 1 aprel tarixinə təsadüf edəcək.Bu dəyişikliklər tədris prosesindəki tətillərin və bayram günlərinin nəzərə alınması məqsədilə həyata keçirilib....
26 Mart 2025, 10:44