Vahid Əhmədovun oğlu hakim təyin ediləcək
Cəmiyyət 07 Aprel 2025, 12:00

645
Sabiq deputat Vahid Əhmədovun oğlu yeni vəzifəyə təyin ediləcək.
Citypost.az xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən layihəyə əsasən, Zəfər Vahid oğlu Əhmədov Bakı Apellyasiya Məhkəməsinə hakim təyin ediləcək.
Qeyd edək ki, Zəfər Əhmədov 6 iyul 2024-cü ilədək Qaradağ rayon prokuroru vəzifəsində çalışıb.
Həmçinin oxuyun

700 manata başa gələn işin rüsumu əslində görün nə qədər imiş — Ekspert danışır
Mənəviyyatsızlığın ilk pilləsi xəcalət hissini itirməkdir — Şəmsi Vəfadar Şərurlu İsfəndiyarı tənqid etdi
Alkoqol xərçəng riskini artırır-ARAŞDIRMA
Qaçaqmalçılara rüşvət müqabilində kömək etməkdə təqsirləndirilən gömrükçülər həbs edilib
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Zərərçəkmiş Xankəndi sakini: Bizə çörək satılmırdı
Aprelin 11-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində zərərçəkmiş şəxs Zemfira Abbasova ifadə verib və dövlət ittihamçılarının suallarını cavablandırıb.Citypost.az xəbər verir ki, Xankəndi şəhərində yaşamış Z.Abbasova “Miyatsum hərəkatı” başlayandan sonra evdən çıxa bilmədiklərini bildirərək deyib: “Baxmayaraq ki, ermənilər üçün çox yaxşı şərait yaradılmışdı, təminatları var idi, amma onlar bizi təhqir edir, təzyiq göstərirdilər. Onlar evlərimizə daxil olub onu talayır, dağıdır, əmlaklarımızı məhv edir, xaç formasında kəsib-doğrayırdılar. Çölə çıxa bilmirdik, bizi daş-qalaq edirdilər. Hətta bizə çörək satılmırdı. Həmin vaxt dəmir yolu idarəsində işləyirdim. Bu idarəyə də daxil olub bizə qarşı müxtəlif qanunsuzluqlar edirdilər. Əsasən də “Türklər burada olmamalıdırlar, buradan çıxmalıdırlar”, “Türklər...
11 Aprel 2025, 16:00

Rəfael Piriyev istintaqa çağırılıb
Rəfael Piriyev Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb.Citypost.az-ın xəbərinə görə, Baş Prokurorluqdan İTV-yə verilən məlumatda bildirilir ki, Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən təqsirləndirilən şəxs Piriyev Rəfael Fizuli oğluna Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildirib göndərilib.Təqsirləndirilən şəxs 12.04.1986-cı il təvəllüdlü Piriyev Rəfael Fizuli oğlu şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 02 may 2025-ci il tarixdə, saat 12:00-da Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin inzibati binasına gəlməlidir.Rəfail Piriyev nədə ittiham olunur?Rəfail Piriyevin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 və 12.1, 34.2, 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə 07 sentyabr 2020-ci il tarixli qərar qəbul edilib.Həmin qərara...
11 Aprel 2025, 14:25

Qərar verildi: İyulun 1-dən...
İstehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla, dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən 25 Vt və daha yuxarı gücə malik olan elektrik közərmə lampalarının idxalına, istehsalına və ya satışına görə inzibati xətanın bilavasitə obyekti olan elektrik közərmə lampaları müsadirə edilməklə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə ediləcək.Citypost.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.Layihəyə əsasən, nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati...
11 Aprel 2025, 14:10

Sabahın havası açıqlanıb
Aprelin 12-də gözlənilən hava proqnozu açıqlanıb.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən Cumhuriyyet.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 6-8° isti, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi, yüksək dağlıq...
11 Aprel 2025, 12:39

Milli Məclis elektrik közərmə lampaları ilə bağlı qadağanı təsdiqləyib
Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında ““Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanundakı dəyişiklik III oxunuşda təsdiq edilib.Citypost.az xəbər verir ki, dəyişikliyə əsasən, istehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla, dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən elektrik közərmə lampalarının idxalı, istehsalı və satışı qadağan edilir.Qadağa 60 Vt və yuxarı gücə malik olan közərmə lampaları üçün gələn il yanvarın 1-dən, 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampaları üçün isə gələn il iyulun 1-dən qüvvəyə minəcək....
11 Aprel 2025, 12:26

Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin olunub
Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin olunub.Citypost.az-ın xəbərinə görə, bu barədə təqdimat Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.Layihə səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.Bunun ardınca Xanlar Vəliyev Milli Məclisdə and içib.Qeyd edək ki, Xanlar Vəliyevin hərbi prokuror kimi səlahiyyət müddəti başa çatıb.Konstitusiya Məhkəməsinin hakimləri Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Milli Məclis tərəfindən təyin olunur.
11 Aprel 2025, 11:55