Bizə yazın

Baku

-°C

USD

-

Bəqayi: "ABŞ Tehranın dialoqa razılıq verməsini qiymətləndirməlidir"

Dünya 11 Aprel 2025, 12:00

708

"Birləşmiş Ştatlar Vaşinqtonun Tehrana qarşı davam edən aqressiv ritorikasına baxmayaraq, İranın danışıqlara razılıq verdiyini qiymətləndirməlidir".

Citypost.az xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi bildirib.

"Tam ciddilik və aşkar ehtiyatla biz diplomatiyaya real şans veririk. Birləşmiş Ştatlar onun tərəfində üstünlük təşkil edən aqressiv ritorikaya baxmayaraq qəbul edilmiş bu qərarı yüksək qiymətləndirməlidir. Biz gözləmirik... Biz proqnozlaşdırmırıq...",-deyə o, "X"də yazıb.

Bəqayinin sözlərinə görə, İran tərəfi şənbə günü danışıqlarda Vaşinqtonun mövqeyini dəyərləndirmək və ondan sonra cavab vermək niyyətindədir.

İran və ABŞ nümayəndə heyətləri arasında məsləhətləşmələrin birinci raundu aprelin 12-də Omanda baş tutacaq. Əsas danışıqlarda İslam Respublikası Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff iştirak edəcək.

İran tərəfinin bəyanatlarına görə, danışıqlar birbaşa deyil, Maskatın vasitəçiliyi ilə aparılacaq. Öz növbəsində, Dövlət Departamentinin sözçüsü Tammi Bryus deyib ki, qarşıdan gələn tədbiri danışıqlar deyil, görüş kimi xarakterizə etmək olar.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

WSJ: Tramp Administrasiyası Suriyanın yeni rəhbərliyini hədələyir

The Wall Street Journal yazır ki, Tramp administrasiyası Dəməşqdən ekstremistlərə qarşı sərt tədbirlər görməsini və məhdud sanksiyaların aradan qaldırılması müqabilində fələstinli yaraqlıları ölkədən çıxarmasını istəyir.

18 Aprel 2025, 17:30

Tramp əmindir ki, Aİ ilə ticarət razılaşması əldə edəcək

ABŞ prezidenti Donald Tramp və İtaliyanın baş naziri Corciya Meloni ABŞ və Avropa İttifaqının (Aİ) ticarət tarifləri ilə bağlı razılığa gələ biləcəklərinə əmin olduqlarını bildiriblər.

18 Aprel 2025, 17:17

NATO ABŞ administrasiyasına görə sənədlərdə dili "yumşaldır"

“Politico” öz mənbələrinə istinadən xəbər verir ki, Şimali Atlantika Alyansı (NATO) hazırda inklüzivlik, gender problemləri və iqlimlə bağlı sənədlərdəki ifadələri bilərəkdən "yumşaldır".

18 Aprel 2025, 16:44

Zelenskidən FƏRMAN: Səfərbərliyin müddəti uzadıldı

Ukrayna prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin 2025-ci il avqustun 6-dək uzadılmasını nəzərdə tutan qanunları imzalayıb.

18 Aprel 2025, 16:30

Kainatın "itkin" maddəsi tapıldı-Tədqiqat

İllərdir sirr olaraq qalan “itkin baryonlar” nəhayət ortaya çıxıb. Beynəlxalq astronomlar qrupu aşkar edib ki, kainatın görünən maddəsinin itkin yarısı qalaktikaları əhatə edən nəhəng hidrogen buludlarında gizlənib.

18 Aprel 2025, 16:16

Qəzzada körpələr qida və dərman çatışmazlığından ölür

İsrailin martın 2-dən bəri yardımların girməsinə icazə vermədiyi Qəzza zolağında 11 aylıq körpə qida və dərman çatışmazlığı səbəbindən həyatını itirib.

18 Aprel 2025, 15:49