700 manata başa gələn işin rüsumu əslində görün nə qədər imiş — Ekspert danışır
Cəmiyyət 10 Aprel 2025, 15:28

1733
Bir çox sürücülər avtomobilin rəngini dəyişib, öz seçdiyi rəngi qoymaq istəyir. Lakin “sənədə çox pul istəyirlər” deyərək avtomobillərini öz rəngində saxlamağa üstünlük verirlər. Bəs, həqiqətən də avtomobilin rəngini dəyişərkən sənədləşmə işləri bahalıdır?
Bu dəfə təqdim etdiyimiz mövzu avtomobil rəngdəyişmə rüsumu ilə bağlıdır.
Citypost.az oxuculara hüquqi yardım layihəsi çərçivəsində bu suala aydınlıq gətirib.
Bu dəfə təqdim etdiyimiz mövzu avtomobillərin rəngdəyişməsi zamanı tələb olunan rüsumla bağlıdır.
Həmçinin oxuyun
Mövzu ilə bağlı saytımıza açıqlama verən nəqliyyat üzrə ekspert Hüseyn Məmmədzadə bildirib ki, Dövlət Rüsumu Haqqında Qanunun 18.65.2.1 və 18.65.7.1-ci maddələrinə əsasən, nəqliyyat vasitələrinin texniki uçot göstəricilərinə dəyişikliklər edilməsi zamanı dövlət rüsumu 30 AZN, qeydiyyat şəhadətnaməsinin verilməsi üçün isə 25 AZN təşkil edir. Ümumilikdə, bu prosesi həyata keçirmək üçün dövlət rüsumunun məbləği 55 AZN təşkil edir. Avtomobilin sahibindən rüsumlardan əlavə ödənişlər tələb etmək qanuna ziddir.
"Qeyd edim ki, “texpasportu” yeniləmək üçün əlavə 500-700 manat pul tələb olunması qanunsuzdur",-deyə ekspert bildirib.
Bəs,qanunsuz ödəniş tələb olunarsa, nə etməliyik?
Əgər, sizdən qanunsuz ödəniş tələb edərlərsə, həmin ödənişi tələb şəxsin hərəkətlərindən Baş Dövlət Yol Polisi İdarəsinə və ya Prokurorluğa şikayət edə bilərsiniz.
Hazırladı: Toğrul Əhmədzadə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Saat 10:00-da qaz kəsiləcək - Bu ərazilərdə
Nizami rayonunun bəzi küçələrinin qaz təchizatı müvəqqəti dayandırılacaq.Citypost.az xəbər verir ki, bu barədə Azəriqaz məlumat yayıb.Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yeraltı orta təzyiqli qaz xəttində aşkar olunmuş sızmanın ləğv olunması məqsədilə 14.04.2025-ci il tarixində saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.Təmir-bərpa işləri aparılan müddətdə A.Manafov, K.Balakişiyev, B.Çobanzadə, M.Abbasov, Özbəkistan, Ə.Hacıyev, Ə.Vəliyev küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
13 Aprel 2025, 23:23

Aprelin 14-dən 15-nə keçən gecə külək güclənəcək, leysan yağacaq - XƏBƏRDARLIQ
Təhlükəli hidrometeoroloji hadisə ilə bağlı xəbərdarlıq edilib.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən xəbərə görə, Azərbaycanın bəzi rayonlarında aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq yağıntıların intensivləşəcəyi, 15 və 16-da daha da kəskinləşəcəyi, yağışın leysan xarakterli güclü olacağı gözlənilir.Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı, intensiv yağış nəticəsində dağ çaylarından sel və daşqın keçəcəyi ehtimalı var.Aprelin 15-16-da qərb küləyinin əsəcəyi, 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.Bakıda və Abşeron yarımadasında aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq fasilələrlə yağış yağacaq, 15-16-da arabir leysan xarakterli intensiv olacaq.Aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq 17-si gündüzədək şimal-qərb küləyinin əsəcəyi, 15-20 m/s, bəzi yerlərdə...
13 Aprel 2025, 18:35

Bu tarixlərdə iş olmayacaq
2025-ci il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən may ayında xüsusi günlərə görə 2 gün qeyri-iş günü olacaq.Citypost.az-ın məlumatına görə, 9 May Faşizm üzərində Qələbə günü, 28 May isə Müstəqillik Günüdür.Hər iki gün həftəiçi günlərinə təsadüf etdiyindən iş və istirahət günlərinin dəyişdirilməsi halı nəzərdə tutulmayıb.Şənbə, bazar və xüsusi günlər də daxil olmaqla, ümumilikdə may ayında 11 gün iş olmayacaq.//Pravda.az...
13 Aprel 2025, 17:30

Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Azərbaycanın avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.Qeyd olunub ki, aprelin 14-də bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
13 Aprel 2025, 17:17

“Ekspo 2025”də Azərbaycan milli pavilyonunun açılışı olub
Yaponiyanın Osaka şəhərində “Həyatımız üçün gələcək cəmiyyəti formalaşdıraq” (Designing the Future Society for Our Lives) mövzusunda “Osaka, Kansai Ekspo 2025” dünya sərgisi işinə başlayıb.“Ekspo 2025”in rəsmi açılışıda Yaponiya İmperatoru Naruhito, bu ölkənin Baş naziri Siqeru İsiba, Beynəlxalq Sərgilər Bürosunun Baş Katibi Dmitriy Kerkentzes, dünya sərgisində təmsil olunan ölkələrdən yüksəksəviyyəli qonaqlar iştirak ediblər.Citypost.az xəbər verir ki, 2000-ci ildən Ekspo sərgilərində uğurla təmsil olunan Azərbaycan bu il də dünya sərgisində iştiraka böyük əhəmiyyət verir.Tədbir çərçivəsində Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə yaradılan milli pavilyonun da açılışı olub. Açılışda Azərbaycanın “Ekspo 2025” üzrə Baş komissarı, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, ”Ekspo 2025”in Azərbaycan üzrə...
13 Aprel 2025, 16:53

Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Tibbi-meteoroloji proqnoz açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az -a verilən xəbərə görə, aprelin 14-də Abşeron yarımadasında mülayim xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.Meteohəssas insanlar üçün hava şəraitinin əlverişli olması onların gündəlik fəaliyyətlərinə müsbət təsir göstərə bilər.TövsiyələrMeteohəssas insanlar bu gün açıq havada fəaliyyətlərini rahatlıqla planlaşdıra bilərlər.
13 Aprel 2025, 15:59