Bizə yazın

Baku

-°C

USD

-

Prezident İlham Əliyev Antalyada Ersin Tatarla görüşüb 

Siyasət 11 Aprel 2025, 10:30

545

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 11-də Antalyada Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar ilə görüşü olub.

Citypost.az xəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyevlə Ersin Tatar arasında ölkəmizdə və beynəlxalq tədbirlər çərçivəsində keçirilən görüşlər, həmçinin ötən il onun Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısında iştirakı məmnunluqla xatırlandı.

Prezident İlham Əliyev Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qatılmasını qeyd etdi.

Ersin Tatar dövlətimizin başçısına Şimali Kipr Türk Cümhuriyyətinə göstərdiyi həmrəyliyə və dəstəyə, həmçinin bir neçə gün əvvəl ADA Universitetində keçirilən beynəlxalq forumda dediyi sözlərə görə minnətdarlığını ifadə etdi.

Söhbət zamanı müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirilməsi və bir sıra sahələrdə əməkdaşlıq məsələlərinə toxunuldu.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Pezeşkian Azərbaycana səfər edəcək

"İran prezidenti Məsud Pezeşkianın səfərinə hazırlıq çərçivəsində Azərbaycana böyük nümayəndə heyəti gələcək".

18 Aprel 2025, 15:00

Azərbaycan XİN Başlıbel faciəsinin ildönümü ilə bağlı paylaşım edib  

Azərbaycan Xarici İşlər Nazirliyi Başlıbel faciəsinin ildönümü ilə bağlı paylaşım edib.

18 Aprel 2025, 11:28

Ceyhun Bayramov Fələstinin yeni səfiri ilə görüşüb  

Aprelin 17-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin ölkəmizdəki yeni təyin olunmuş səfiri Əhməd Metanini qəbul edib.

17 Aprel 2025, 19:19

Milli Məclisin sədri Rusiyaya səfər edib 

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının (MDB PA) Şura, 58-ci plenar və 1941–1945-ci illərdə faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş təntənəli iclaslarında iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfərə gəlib.Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən 

17 Aprel 2025, 12:20

Prezident İlham Əliyev Sloveniyanın xarici işlər nazirini qəbul edib  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Sloveniya Respublikasının xarici işlər naziri Tanya Fayonu qəbul edib.

17 Aprel 2025, 12:06

Prezident İlham Əliyevin sosial şəbəkə hesabında Gürcüstan Prezidenti ilə görüşdən görüntülər paylaşılıb  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "X" hesabında dövlət başçısının Azərbaycanda səfərdə olan Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə görüşündən görüntülər paylaşılıb.

16 Aprel 2025, 21:42