Bizə yazın

Baku

-°C

USD

-

"Aİ tariflərin dayandırılmasına baxmayaraq əks tədbirlər üzərində işləməyə davam edəcək"-Makron

Dünya 11 Aprel 2025, 13:47

696

"Avropa İttifaqı (Aİ) qismən dayandırılmasına baxmayaraq, ABŞ-ın gömrük rüsumlarının artırılmasına cavab olaraq tədbirlər üzərində işləməyə davam edəcək".

Citypost.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron "X"də yazıb.

“Avropa Komissiyası ilə birlikdə biz öz gücümüzü göstərməliyik. Avropa bütün lazımi əks tədbirlər üzərində işləməyə davam etməli və özünü qorumaq və üçüncü ölkələrdən bazarımızı sabitliyi pozan axınların qarşısını almaq üçün bütün mövcud rıçaqlardan istifadə etməlidir”, - deyə Makron bildirib.
O, ABŞ tariflərinin 90 günlük qismən dayandırılmasının "kövrək" fasilə olduğunu söylədi: "Bu, kövrəkdir, çünki polad, alüminium və avtomobillərə 25%, digər hər şeyə 10% tariflər hələ də qüvvədədir".
Makron qeyd edib: "Bu fasilə həm də kövrəkdir, çünki bu, Atlantikanın hər iki tərəfində və ondan kənarda yerləşən bütün bizneslərimiz üçün 90 günlük qeyri-müəyyənlik deməkdir."
O, Avropanın ABŞ-la ədalətli razılaşma çərçivəsində özünü qorumaq və gömrük rüsumlarının ləğvinə nail olmaq niyyətində olduğunu vurğulayıb.
Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

WSJ: Tramp Administrasiyası Suriyanın yeni rəhbərliyini hədələyir

The Wall Street Journal yazır ki, Tramp administrasiyası Dəməşqdən ekstremistlərə qarşı sərt tədbirlər görməsini və məhdud sanksiyaların aradan qaldırılması müqabilində fələstinli yaraqlıları ölkədən çıxarmasını istəyir.

18 Aprel 2025, 17:30

Tramp əmindir ki, Aİ ilə ticarət razılaşması əldə edəcək

ABŞ prezidenti Donald Tramp və İtaliyanın baş naziri Corciya Meloni ABŞ və Avropa İttifaqının (Aİ) ticarət tarifləri ilə bağlı razılığa gələ biləcəklərinə əmin olduqlarını bildiriblər.

18 Aprel 2025, 17:17

NATO ABŞ administrasiyasına görə sənədlərdə dili "yumşaldır"

“Politico” öz mənbələrinə istinadən xəbər verir ki, Şimali Atlantika Alyansı (NATO) hazırda inklüzivlik, gender problemləri və iqlimlə bağlı sənədlərdəki ifadələri bilərəkdən "yumşaldır".

18 Aprel 2025, 16:44

Zelenskidən FƏRMAN: Səfərbərliyin müddəti uzadıldı

Ukrayna prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin 2025-ci il avqustun 6-dək uzadılmasını nəzərdə tutan qanunları imzalayıb.

18 Aprel 2025, 16:30

Kainatın "itkin" maddəsi tapıldı-Tədqiqat

İllərdir sirr olaraq qalan “itkin baryonlar” nəhayət ortaya çıxıb. Beynəlxalq astronomlar qrupu aşkar edib ki, kainatın görünən maddəsinin itkin yarısı qalaktikaları əhatə edən nəhəng hidrogen buludlarında gizlənib.

18 Aprel 2025, 16:16

Qəzzada körpələr qida və dərman çatışmazlığından ölür

İsrailin martın 2-dən bəri yardımların girməsinə icazə vermədiyi Qəzza zolağında 11 aylıq körpə qida və dərman çatışmazlığı səbəbindən həyatını itirib.

18 Aprel 2025, 15:49