Axtarışda olan 75 nəfər saxlanılıb
Hadisə 26 Aprel 2025, 10:27

176
Aprelin 25-də ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
DİN-in Mətbuat Xidmətindən verilən məıumata görə, axtarışda olduğuna görə ümumilikdə 75, o cümlədən borclu şəxs qismində axtarışda olan 55 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin oxuyun
Narkotiklərlə əlaqəli 34, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Bakı bulvarında gəzintiyə çıxan vəkil qəfil öldü - Foto
Dünən Bakı bulvarında ölüm hadisəsi baş verib.“Qafqazinfo”nun məlumata görə, aprelin 25-i saat 16 radələrində Neftçilər prospektində Vəkillər Kollegiyasının üzvü, 1975-ci il təvəllüdlü vəkil Kənan Saleh oğlu Əliyev qəfil vəfat edib.Dənizkənarı Milli Parkda gəzinti zamanı dünyasını dəyişən vəkilin ölümünə ürək çatışmazlığının səbəb olduğu bildirilib.Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.
26 Aprel 2025, 11:47

52 yaşlı kişi qətlə yetirildi
Aprelin 25-də saat 08 radələrində Xəzər rayonu, Binə qəsəbəsi ərazisində 1973-cü il təvəllüdlü Səlim Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.Bu barədə
25 Aprel 2025, 15:36

Sumqayıtda 70 yaşlı kişinin meyiti tapılıb
Sumqayıtda meyit tapılıb.CityPost.az APA-ya istinadən xəbər verir ki, hadisə Xəzər bağları yaşayış massivində qeydə alınıb.1955-ci il təvəllüdlü Güləli Hadıyevin meyiti yaşadığı evdə aşkarlanıb.Meyit aidiyyəti üzrə təhvil verilib, fakt araşdırılır.
24 Aprel 2025, 20:46

Bakıda üç avtomobil yandı
Bakı şəhərinin Nəsimi rayonunda “Mercedes” markalı minik avtomobilinin mühərrik hissəsi və idarəetmə lövhəsi, "Chevrolet" markalı minik avtomobilinin ön farası və güzgüsü yanıb.CityPost.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.Yüksək temperaturdan yaxınlıqdakı “Toyota” markalı minik avtomobilinin ön qapısı qismən qarsalanıb. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
24 Aprel 2025, 15:51

Kəlbəcərdə ağır qəza, ölən var
Kəlbəcərdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.CityPost.az “Qafqazinfo”-ya xəbər verir ki, “KİA” markalı avtomobil qarşıdan gələn betonqarışdıran avtomobillə toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü, 1957-ci il təvəllüdlü Azad Zeynalov hadisə yerində ölüb.Faktla bağlı araşdırma aparılır.
23 Aprel 2025, 21:10

İstanbulda güclü zəlzələ olub
İstanbulda güclü zəlzələ olub.CityPost.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.Bildirilib ki, zəlzələ Silivri sahilində 4 bal gücündə, 7 km dərinlikdə baş verib.Yeraltı təkan Mərmərədə hiss edilib.(Apa)
23 Aprel 2025, 13:44