Ceyhun Bayramov Pakistanlı həmkarı ilə danışdı
Siyasət 26 Aprel 2025, 17:51

234
Aprelin 26-da xarici işlər naziri Ceyhun Bayramovla Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı aparılıb.
CityPost.az XİN-ə istinadən xəbər verir ki, nazirlər iki ölkə arasında mövcud olan strateji əməkdaşlıq əlaqələrinin cari vaziyyətini və perspektivlərini, eləcə də regional təhlükəsizlik vəziyyətini müzakirə ediblər.
Söhbət zamanı, ki ölkə liderləri arasında yüksək səviyyəli təmaslar, habelə sonuncu yüksək səviyyəli səfərlər zamanı əldə olunmuş razılıqların icrası məsələləri, iqtisadi, ticarət, investisiya, enerji təhlükəsizliyi, nəqliyyat və digər qarşılıqlı maraq doğuran sahələr üzrə tərəfdaşlıq istiqamətləri nəzərdən keçirilib.
Telefon danışığı zamanı Pakistan naziri Pakistanla-Hindistan arasında yaranmış gərginlik barədə məlumat verib. Nazir Ceyhun Bayramov öz növbəsində, gərginliyin diplomatik yolla və danışıqlar vasitəsilə aradan qaldırılacağına ümidvar olduğunu bildirib.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Mirziyoyev Prezident İlham Əliyevə zəng edib
Aprelin 26-da Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
26 Aprel 2025, 16:47

Azərbaycan XİN-dən İrəvan və Parisə SƏRT REAKSİYA
23 aprel tarixində Ermənistanın paytaxtı İrəvanda “məşəl yürüşü” zamanı, habelə 24 aprel tarixində Fransanın paytaxtı Paris şəhərində erməni icmasının toplantısı zamanı Azərbaycan bayrağının yandırılmasını qətiyyətlə pisləyirik.
25 Aprel 2025, 16:14

Əli Əsədov qərar imzaladı
Nazirlər Kabineti “Hava gəmilərinin dövlət qeydiyyatının və uçotunun aparılması, mülki hava gəmilərinin dövlət reyestrinə daxil edilməsi və çıxarılması Qaydası”nı təsdiqləyib.
25 Aprel 2025, 15:41

Kaya Kallas: Azərbaycan regionda əhəmiyyətli tərəfdaşdır
Burada olmaq çox yaxşıdır. Azərbaycan regionda əhəmiyyətli tərəfdaşdır. Bizim əlaqələrimizin gücləndirilməsi baxımından gözləntilərimiz var.
25 Aprel 2025, 14:33

Prezident İlham Əliyev Kaya Kallası qəbul edib - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallası qəbul edib.
25 Aprel 2025, 13:30

Ceyhun Bayramov və Kaya Kallas arasında geniş tərkibdə görüş keçirilib - YENİLƏNDİ
Xarici işlər naziri Ceyhun Bayramov və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas arasında geniş tərkibdə görüş keçirilib.CityPost.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.Bildirilib ki, müzakirələr zamanı Azərbaycan–Avropa İttifaqı münasibətlərinin cari vəziyyəti və perspektivləri, o cümlədən enerji, ticarət, nəqliyyat və yaşıl keçid sahələrində əməkdaşlıq məsələləri, həmçinin Azərbaycanın regional əlaqəlilik və təmiz enerji təchizatına töhfəsi müzakirə olunub.Görüş zamanı regional təhlükəsizlik məsələləri, o cümlədən münaqişədən sonrakı vəziyyət də diqqət mərkəzində olub.Nazir Ceyhun Bayramov Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması üçün Ermənistanın konstitusiyasına düzəliş edilməsinin sülh sazişinin imzalanması üçün ilkin...
25 Aprel 2025, 13:15