Bizə yazın

Baku

-°C

USD

-

Ramiz Mehdiyevin gəlini işdən çıxarıldı 

Cəmiyyət 31 Oktyabr 2025, 10:53

296

Dövlətə xəyanət və digər cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva vəzifəsindən azad edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə müvafiq əmr imzalanıb.

Nigar Mehdiyeva Azərbaycan Tibb Universitetinin (ATU) Onkologiya Klinikasında müalicə işləri üzrə direktor müavini və II cərrahiyyə şöbəsinin müdiri-bölmə rəhbəri vəzifələrini icra edirdi.

Məlumatı klinikadan saytımıza təsdiq ediblər. N.Mehdiyevanın bu günlərdə klinikadakı vəzifəsindən kənarlaşdırıldığı bildirilib. 

Qeyd edək ki, Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti təyin edildikdən sonra klinikanın direktoru Əhliman Əmiraslanov onun gəlinini işə götürmüşdü. Ona dosent elmi adı verilib. 

Məlumat üçün bildirək ki, bundan əvvəl Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva, oğlu – fövqəladə hallar nazirinin müavini general-mayor Teymur Mehdiyev, qızı Kamilə Əliyeva və kürəkəni İlham Əliyevin ölkədən çıxışına “stop” qoyulub.  

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Deputat Ceyhun Məmmədov “boz kardinal”ın qoyduğu qadağadan DANIŞDI  

Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti, Dövlət təltiflərindən məhrum edilən akademik Ramiz Mehdiyevin Ali Attestasiya Komissiyasına ünvanladığı məktubdan ziyan çəkənlərin arasında Dövlət qulluğunda çalışan şəxslərlə yanaşı millət vəkilləri də var imiş.Ramiz Mehdiyev Dövlət qulluğunda çalışan şəxslərin elm ilə məşğul olmalarını  qadağan edən məktubu  yüzlərlə insanın  bu yolda addım atmaq istəyini əngəlləyib.Sən demə, illər öncəsi bununla bağlı R.Mehdiyevin imzası ilə Ali Attestasiya Komissiyasına müvafiq məktub da daxil olubmuş.Apardığımız araşdırmalar zamanı məlum oldu ki,bu,qərəzli qadağadan sonra yüzlərlə vəzifə tutan şəxs elmi işlə məşğul ola bilməmiş,onların bəzilərinin üzərində  təhqiqat apardığı elmi iş yarımçıq qalmış,alinlik dərəcəsi almaq  üçün müdafiə etmələri...

31 Oktyabr 2025, 12:43

Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən sərnişin qatarına daş atılıb 

Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən sərnişin qatarına oktyabrın 30-da axşam saatlarında Zabrat-Pirşağı sahəsindən keçərkən daş atılıb.CityPost.az  Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.Məlumata əsasən, nəticədə sərnişinlərin olduğu 2-ci vaqonun pəncərələrindən biri sınıb. Ümumilikdə, bu ilin yanvar-sentyabr aylarında ADY-nin qatarlarına hərəkətdə olarkən 36 dəfə daş atılıb.

31 Oktyabr 2025, 11:07

Balakənin icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM 

Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Vahid oğlu Rzayev vəzifəsindən azad edilib.CityPost.az  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Qeyd edək ki, Balakən Rayon İcra Hakimiyyətində Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində rayonun icra başçısı İslam Rzayev, onun müavinləri, rayonun baş memarı və digərlərinin saxlanıldığı bildirilir.Saxlanılan şəxslər korrupsiya cinayətlərində şübhəli bilinirlər.

30 Oktyabr 2025, 15:57

Elton Məmmədov ifşa olundu  

Tale elə gətirdi ki,ilk iş yerim Azərbaycan SSR Elmlər Akademiyası oldu.Akademiyanın geniş dəhlizlərində akademiklər – Eldar Salayevi,Aslan Aslanovu,Cəlal Əliyevi,Fərəməz Maqsudovu,Qafar Kəndlini,Ziya Bünyatovu,Miri Cavadzadəni,Bəxtiyar Vahabzadəni,Mahmud İsmayılovu canlı şəkildə görəndə heyrətə gəlirdim.Özümü xoşbəxt hesab edirdim ki,belə uca və mötəbər adamlarla bir yerdə işləmək mənə nəsib olub.Bəlkə də,elə buna görədir ki,Elmlər Akademiyasını hər zaman müqəddəs ocaq,məbədgah hesab etmişəm.Bu gün  həmin müqəddəs ocağa Elton Məmmədov kimi ifunət dolu adamların haradan və necə yol tapması mənə təəccüblü gəlir.Həqiqətə uyğun olmayan,cəmiyyətdə çaşqınlıq yaradan həmçinin,ibtidai istintaqın obyektivliyinə və ictimai etimada xələl xətirə biləcək hərəkətlərə yol verən Elton Məmmədov guya heç bir istintaq orqanına dəvət olunmadığına dair media...

30 Oktyabr 2025, 13:42

Ramiz Mehdiyev xəbəri çıxan kimi ölkədən qaçdı 

Son günlər medianın əsas gündəmi Ramiz Mehdiyevin cinayət işi və onun ətrafında baş verən hadisələrdir.Dünən media Ramiz Mehdiyevlə əlaqəli olan daha iki şəxsin adını açıqladı.Söhbət  AXCP sədri Əli Kərimli və müxalifət düşərgəsində yer alan keçmiş deputat Gültəkin Hacıbəylidən gedir.CityPost.az  xəbər verir  ki, Oxu24.com-un özəl mənbədən əldə etdiyi məlumata görə,Ramiz Mehdiyev ətrafında baş verən hadisələrdən  sonra  Gültəkin Hacıbəyli ölkədən qaçıb. Mənbənin verdiyi  məlumata görə, o Türkiyəyə gedib.O,da qeyd olunub ki,Gültəkin Hacıbəyli Ramiz Mehdiyevin həbsi xəbəri yayılarkən,gecə ilə  tələm-tələsik Bakını tərk edib.Oxu24.com yaxın saatlarda Gültəkin Hacıbəyli və Ramiz Mehdiyevin iş birliyi haqqında sensassion məlumatlar  təqdim edəcək....

30 Oktyabr 2025, 13:25

“Eşşək” restoranı...(VİDEO)

Kabab qoxusuna gəldilər,gördülər ki, eşşək dağlayırlar...Bu restoranın adı görənləri heyrətə gətirir.Söhbət Moskvanın mərkəzində yerləşən  “Eshak” (- Eşşək) restoranından gedir.CityPost.az  xəbər  verir  ki, Oxu24.com-un xüsusi müxbiri sözügedən restoranda olub. Müxbirimizin verdiyi  məlumata görə,bu,məkan dizaynı və menyusuna görə,digərlərindən fərqlənir.Restoranın özəlliyi burada verilən yeməklərlə bağlıdır.Müxtəlif növ yeməklərin sırasında eşşək ətindən hazırlanan kabablara və  eləcə də müxtəlif çeşidli təamlara da rast gəlmək mümkündür. Bu,müştərinin seçimi ilədir.Rusiyada “Eshak”(Eşşək) restoranının  bir neçə  filialına  rast gəlmək mümkündür.Paytaxtda  ən böyük filial Moskva şossesində yerləşir.Bundan əlavə Kazan şəhərində də restoranın filialı mövcuddur.Restoranın dizaynı və interyeri  dizayner Andrey Tsıqankova məxsusdur.Emblemdə eşşək başından da istifadə olunub.Sözügedən restorandan görüntüləri təqdim edirik:...

29 Oktyabr 2025, 17:20