Bizə yazın

Baku

-°C

USD

-

Hüseyn Cavid adına məktəbin açılışına həsr olunmuş tədbir keçirilib

Cəmiyyət 27 Oktyabr 2025, 14:26

454

24 oktyabr 2025-ci ildə saat 14:00-da Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun konfrans zalında  Azərbaycanın tarixində xarici ölkədə ilk rəsmi təhsil ocağı olan  Hüseyn Cavid adına məktəbin açılışına həsr olunmuş  tədbir keçirilib. Məktəbin açılışına həsr edilmiş tədbir dramaturq, yazıçı, türkçülüyün şəhidi, böyük şəxsiyyət  H.Cavidin doğum gününə təsadüf edib. Tədbirdə respublikanın  tanınmış elm adamları, ziyalılar, Cavidsevərlər, İstanbulda fəaliyyət göstərən H.Cavid adına Azərbaycan Millətlərarası məktəbin  bir  neçə  nəfər şagirdi iştirak edirdilər.

   İstanbulda yeni açılan, ölkəmizin tarixində xarici ölkədə  Türkiyə Cumhuriyyətinin İstanbul şəhərində  ilk rəsmi təhsil  ocağı   olan Hüseyn Cavid adına Millətlərarası Azərbaycan məktəbinin  açılışına həsr olunmuş  tanıtım tədbirini Azərbaycan Milli Elmlər Akademiyasının  Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun  Beynəlxalq  əlaqələr şöbəsinin müdiri  Nigar xanım Babaxanova açaraq, bu möhtəşəm hadisə üçün hər kəsi təbrik edib və sözüməktəbin  qurucusu və direktoru   Şərqiyyə Məmmədovaya verdi.

Şərqiyyə Məmmədova illər öncə mənfur qonşularımızın işğalçılıq siyasətinin nəticəsi olaraq blokada şəraitində işsizlikdən, elektrik enerjisinin  yoxluğu və  s. səbəblərdən əziyyət çəkən Naxçıvan Muxtar Respublikası vətəndaşlarının qardaş Türkiyə Cumhuriyyətinin müxtəlif  bölgələrində, o cümlədən  İstanbul  şəhərində  məskunlaşması, qanuni  yaşamaq haqqına sahib ola bilməmələri səbəbi ilə  təhsildən kənarda qalmalarından danışmışdır.  Həm də bu mühacirətin uzun sürməsi, yeni yaranan ailələrdən dünyaya gələn  uşaqların da  nə Azərbaycan  vətəndaşı, nə də Türkiyə vətəndaşı olmamaları, ümumiyyətlə,   həyatda mövcud olduqlarını sübut edən heç bir sənədləri olmaması səbəbi ilə  məktəb yaşları çatdığı  zaman məktəbə gedə bilməmələrindən, təhsildən kənarda qalmaları nəticəsində   hərbi xidmətə gedən 18 yaşına çatmış oğlanların adını yazıb imzasını çəkə bilməməsindən danışdı.

 Şərqiyyə xanım qeyd etdi ki,  “Mən  Azərbaycanda "Maarifçi Qadınlar " İB-nin  sədri, 40 ildən artıq pedaqoji təcrübəyə malik  XIX-XX əsrin maarifçilərinin davamçısı  olaraq   ölkəmizin gələcəyi, təməl qurucuları olacaq  bu övladlarımızın kütləvi savadsızlığına biganə qala bilmədim, böyük çətinliklərlə qatlaşaraq bu məktəbi qurdum. İstanbulda yaşayan, Azərbaycanda ali məktəbi bitirmiş peşəkar müəllimləri bir araya gətirdim. Əlbəttə ki, dildə çox asanca səslənən bu "məktəb qurmaq" məsələsi  çox məşəqqətli, enişli-yoxuşlu  yollardan keçdi. Düşünürdüm ki, bir gün gələcək dövlətimiz bu uşaqlara şəxsiyyət vəsiqəsi də verəcək, Azərbaycan vətəndaşı pasportunu da asanlıqla verəcək, ancaq 15, 18 yaşına çatan uşaqlar  məktəbə gedib parta arxasında otura, təhsil ala bilməyəcək.

Heç bir sənədi olmayan uşaqları bir araya gətirdim, fədakar  müəllimlərimizin sayəsində  5000 minə yaxın məktəbyaşlı azərbaycanlı balasını oxudub gözlərinə işıq verdik. Onlardan 4 mindən artıq  məktəblimiz vətənə gəlib təhsillərinə  davam etdilər. Ali məktəbdə oxuyanlarımız var. 

Hal-hazırda  məktəbimizdə 500 şagird təhsil alır. Kitablar, tədris ləvazimatları mövzusunda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin  2014-cü ildən üzü bəri  bütün təhsil naziri  vəzifəsini icra edən  nazirləri,  təhsil Azərbaycan  tədris proqramları əsasında olduğu üçün,  lazım olan bütün tədris  ləvazimatlarını  məktəbimizə  veriblər. Məktəb jurnalları, şəxsi işlər də daxil olmaqla. Həmin kitablar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə 9 -10 ildir “Azərbaycan  Hava Yolları” şirkəti tərəfindən  ödənişsiz olaraq İstanbula çatdırılır.

Azərbaycana gələn hər bir məktəbli Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 2014-cü il  06 noyabr tarixli  “Uşaqların (şagirdlərin) umumtəhsil müəssisələrinə qəbulu və yerləşdirilməsi Qaydaları”nın  4.4.3 və 4.4.3.1 1-ci və 11-ci  sinifdə oxuduğu iddia edilən şagirdin müvafiq  təhsil sənədini təqdim etməsə belə, oxuduğu sinifi bitirdiyi səviyyədə biliyi  müvafiq  komissiya vasitəsi ilə yoxlanılır və  məktəbin müvafiq sinfinə qəbul edilir. Bu ilə qədər mövcud qərara  əsasən İstanbuldan gələn şagirdlərimiz Bakı şəhərində bu mərhələni  müvəffəqiyyətlə keçərək  qaldıqları yerdən  təhsillərinə davam edirlər. 

Ancaq   Naxçıvanın Təhsil naziri  Elxan Nəcəfov təhsil naziri  olduqdan sonra ailələrinin, uşaqların  qara günləri başladı. Biz şagirdləri Bakıya  gətirir, burada  “Təhsil haqqında” Qanunu bilən, Bakıda  və Abşeron rayonunda, ümümiyyətlə,  Azərbaycanın  bütün rayonlarının təhsil   şöbələrində çalışan təcrübəli, öz işini  mükəmməl bilən  mütəxəssislərin sayəsində hər bir məktəbli  təhsilə cəlb edilmiş və edilməkdədir”.

Şərqiyyə xanım hal-hazırda zalda oturan 5 şagirdin də Elxan Nəcəfov tərəfindən təhsildən qovulub Bakı şəhərinə sürgün edilən şagirdlərin də çox əziyyət çəkdiklərini də vurğulayıb.

Tədbirdə uzun illər Hüseyn Cavidin Ev Muzeyinin direktoru  işləmiş   filologiya rlmləri doktoru  Gülbəniz xanım Babaxanlı İstanbulda açılan  Hüseyn Cavid adına Millətlərarası Azərbaycan məktəbininin açılışına həsr olunmuş tədbirin çox gözəl bir  günə, dahi şəxsiyyət, mütəfəkkir  H.Cavidin doğum gününə təsadüf etdiyini, bu məktəbin fəaliyyətini  sosial şəbəkələrdə uzun illərdir izlədiyini, məktəbin qurucusu  Ş.Məmmədovanın  heç bir zaman Azərbaycana gələn məktəbliləri unutmadığını, onları dəfələrlə  H.Cavidin Ev Muzeyinə gətirdiyini qeyd etdi, belə bir mühüm və  müqəddəs  işi ərsəyə gətirdiyi üçün Şərqiyyə xanıma təşəkkür etdi.

 Tədbirdə filologiya elmləri doktoru, Cavidşünas Lütviyyə  Əsgərzadə böyük şəxsiyyət, dahi mütəfəkkir  H.Cavidin  143-cü doğum ilində Türkiyə  kimi  nəhəng bir dövlətdə açılan rəsmi bir təhsil ocağına bu dahi şəxsiyyətin adının verilərək əbədiləşdirilməsinin çox   möhtəşəm və sevindirici xəbər  olduğunu qeyd etdi, H.Cavid  haqqında  maraqlı xatirələrini bölüşdü.

 Filologiya elmləri doktoru, professor, uzun illər Şamaxı rəsədxananın  müdiri vəzifəsində çalışmış Əyyub Quliyev Nikolay Çernix tərəfindən 1978-ci ildə kəşf edilən,  Marsla-Yupiter arasında hərəkət edən kataloqlarda 6262 nömrəsi ilə qeyd edilən və bu barədə Beynəlxalq konfranslarda vəsadət  qaldırılmasından (Əyyub Quliyev və Klim Çyryumov  tərəfindən) 1997-ci ildə Cavid kiçik planeti adının verilməsindən danışıb, İstanbulda açılan Azərbaycan  məktəbinə  Hüseyn  Cavid  adının verilməsinə, bu adın Türkiyə Milli Eğitm Bakanlığının rəsmi saytında  yer almasının müstəsna möhtəşəm bir hadisə olduğuna diqqət çəkib.

Tədbirdəki ziyalılardan “Ədəbiyyat” qəzetinin redaktoru Şərvaz Hüseynoğlu çıxışı ilə diqqət çəkərək, Hüseyn Cavidə hesr etdiyi şeirlərindən parçalar səsləndirib,  ürək sözlərini söyləyib.

 Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik  İnstitutunun  dosenti  Elçin Muradxanlı H.Cavidə, onun yaradıcılığına olan maraq və sevgisindən danışıb,  İstanbulda  H.Cavidin adını daşıyan bir məktəbin açılması  münasibətilə təbriklər söyləyib.

 Bakıda 193 saylı məktəbin riyaziyyat müəllimi, illərdir kitabları, onlayn rejimində  şagirdlərimizin  riyazi biliklərinin artırılmasına dəstək olan, Vətən ovladlarının  təhsilli şəxslər  kimi yeməsinə xidmət göstərən, məktəbi  canlı olaraq ziyarət edən Elbrus Hüseynov ürək sözlərini söyləmiş, Hüseyn Cavid adına məktəbin şagirdlərini və  müəllimlərini təbrik etmiş, bunun böyük bir hadisə olduğunu qeyd etmişdir.

 Tədbirdə Respublikanın tanınmış ziyalısı, dövlətçiliyimizin  qurulmasında, möhkəmlənməsində xüsusi xidmətləri olmuş, görkəmli şairimiz Məmməd Arazın qardaşı oğlu Qorxmaz İbrahimli də məktəbin möhtəşəm bir hadisə olduğunu vurğulayıb,  təbriklərini dilə gətirib.

İstanbulda H.Cavid adına məktəbi rəsmi dövlət qeydiyyatından keçirməyə nail olmuş məktəbin təsisçisi və müdiri, filologiya elmləri doktoru Ş.Məmmədovanı təbrik edən tədqiqatçı alim Nazir Əhmədli onun fədakar və yorulmaz əməyindən, qarşısına çıxan çoxsaylı problemləri həll etməsindən danışdı. Qeyd etdi ki, Ş.Məmmədova indiyə qədər təhsildən kənarda qalan 4 mindən çox uşağı məktəbə cəlb etmiş, hazırda isə həmin məktəbdə 600 şagird təhsil alır. N.Əhmədli təhsilini davam etdirmək üçün vətənə qayıdanlara Naxçıvanın təhsil naziri Elxan Nəcəfovun göstərdiyi qəddar və Azərbaycan qanunlarına zidd münasibətini qınadı.

Tədbirdə iştirak edən şagirdlərdən birinın anası Nəzakət Tağıyeva  Naxçıvanın Təhsil  naziri  Elxan Nəcəfovun Türkiyədən gələn  uşaqlara qarşı etdiyi  haqsızlıqdan, qanun pozuntularından  tədbir iştirakçılarına  danışdı və bəzi nüanslara diqqət  çəkdi.   Hal - hazırda nazir Nəcəfovu məhkəməyə verdiklərini söylədi.

AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşı Fidan Nəsirova çıxış edərək qeyd etdi ki, “Bu tədbirin məhz Ulu Cavid ruhunun məskənində, bu müqəddəs məkanda keçirilməsi zərurətdən doğan ilahi istiqamətləndirilmədir desək, yəqin ki, yanılmarıq. Qeyd edim ki, düşüncə, təfəkkür şəhidi Cavid Əfəndinin genetik kodunun davam etməməsi damarlarında türk qanı axan, uca ulusun etnik kimliyinə sahib hər bir azərbaycanlı üçünhəm də bir kədər, ağrı-acıya assosasiya olub həmişə. Lakin bu gün bu tədbir Ulu Cavidin adına, amal və əqidəsinə layiqelm, bilik, təhsil uğrunda edilən mücadilələr fonunda içimizdəki dərin yaraya bir məlhəm oldu sanki. Şərqiyyə xanımın timsalında Cavid əfəndinin mənəvi övladlarının varlığı dinən dərdlərimizi sakitləşdirdi sanki. 

Mən Türkiyə-Azərbaycan məktəbi, onun təlim-tədris sahəsindəki uğurları, qardaş ölkədə kiçikyaşlı həmyerlilərimiz üçün yaratdığı imkanlar və bu məbədin  ideya müəllifi, təsisçisi, qurucusu Şərqiyyə xanımın yorulmaz, fədakar və prinsipial fəaliyyəti haqqında hələ 2023-cü ildə anam Bakı Dövlət Universitetinin müəlliməsi Əsmətxanım Məmmədovadan eşitmişdim. O zaman Ümummilli Lider H.Əliyevin 100 illik yubileyi ilə əlaqədar Azərbaycanın bir qrup tanınmış ictimai-siyasixadimləri, alim və ziyalıları H.Cavid adına Türkiyə-Azərbaycan məktəbinə səfər etmiş, bu tədris ocağının çoxşaxəli fəaliyyəti, Azərbaycanın tanınması adına dar imkanlar çərçivəsində gördüyü titanik miqyaslı işlərlə yaxından tanış olmuşdular. Bu gün mən anamın sevinc və qürurla danışdığı bol təəssüratların bir daha canlı şahidi oldum. İçindəki Vətən sevgisinə, iradə əzminə görə Şərqiyyə xanıma təşəkkür borcumuz var. Digər tərəfdən, məktəb tərəfindən təqdim olunan sənədlərin qanuniliyinin şübhə altına alınması, tanınmaması  məndə bir vətəndaş kimi təəssüf hissi doğurur. Elmin, təhsilin yolunda yaşıl işıq yandırmaq cəmiyyətdəki statusundan asılı olmayaraq hər bir kəsin ən müqəddəs vicdani borcudur. Savadlanmaya heç vəchlə əngəl yaratmaq olmaz! Mən düşünürəm ki, elmə, təhsilə, biliyə, ziyaya yol açmaq, mövcud problemlərin həllinə dəstək üçün istək və tələblərin icmalından ibarət məktub tərtib olunmalı, ölkə ziyalıları bu məktubu imzalamalıdır. Biliyin, elmin təbliği–Cavid əqidəsinin təbliği, Cavid missiyasının davamıdır!”

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Prezident bu səfirləri geri çağırdı - Yeni təyinatlar 

Məmməd Afiq oğlu Talıbov Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında, eyni zamanda Honduras Respublikasında, Kolumbiya Respublikasında, Kosta Rika Respublikasında, Qvatemala Respublikasında, Panama Respublikasında və Peru Respublikasında səfiri vəzifəsindən geri çağırılıb.Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.Digər Sərəncamla Seymur Həbib oğlu Fətəliyev Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.Həmçinin, Gürsel Qüdrət oğlu İsmayılzadə Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb, yerinə Fərid Yunis oğlu Talıbov təyin edilib.Dövlət başçısı Eldar Nadir oğlu Səlimovu Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırıb, yerinə Şahin Şakir oğlu Abdullayev təyin olunub.Prezidentin digər Sərəncamı ilə Şahin...

27 Oktyabr 2025, 16:41

İstintaqa dosye təqdim olundu: "Ramiz Mehdiyevin çətiri altında 15 il gizlədilən qanlı qətl"  

Ramiz Mehdiyevin istintaqa cəlb olunması onun adına bağlı olan, onun çətiri altında baş verən dəhşətli olayları, qətl işlərini yenidən gündəmə qaytarıb.CityPost.az Musavat.com-a istinadla xəbər verir ki, 15 il əvvəl Xaçmazda evində öldürülən məşhur iş adamı, "Arzu" Ticarət Mərkəzinin sahibəsi Nəcimə Babayevanın qətl işi də bu qəbildəndir.2010-cu il sentyabrın 15-də öz evində vəhşicəsinə qətlə yetirilən Nəcimə Babayevanın qatili və ya qatilləri, qətlin sifarişçiləri bu günə kimi istintaqdan kənarda qalıb, saxlanılmayıblar. Mərhum iş adamının qızı qətlin sifarişli olduğunu və Ramiz Mehdiyevin çətiri altında törədildiyini bildirir.Qeyd edir ki, analarının qətlinin araşdırılması üçün ötən illər ərzində göstərdikləri çabalara görə hər zaman olduğu kimi hazırda...

27 Oktyabr 2025, 15:03

Not dəftərinə köçən ömür... 

Azər ƏliBir sevgi şairi də aramızdan getdi. Səssizcə. Kimsəni incitmədən...Dostlarından, uzaq qohumlarından xəstələnməyini, ağrı-acı içində olmağını gizlədirdi. Sanki bu vəziyyətinə görə utanırdı,- axı onu daim deyib-gülən, baməzə söhbətlər edən, zarafatından qalmayan biri kimi tanıyırdılar. Ölümünü də beləcə gizlətmək istədi. Bundan çox-çox qabaq vəsiyyət etmişdi: Ölsəm ağlamayın, ay oğlum, qızım,Sağ ikən özümü çox ağlamışam...Mən ilk dəfə Həsən Bilalovu İmişlidə keçirilən "Qızlar baharı” bədii-musiqili kompazisiyanın aparıcısı kimi görmüşəm. Onun auditoriya qarşısında özünü sərbəst aparmasına, bulaq kimi çağlar nitqinə, zəngin söz ehtiyatına heyran qalmışdım. Amma üstündən bir neçə ay ötəndən sonra Həsəni mazutlu fəhlə paltarında yerli "Qızıl ulduz” qəzetinin mətbəəsindən çıxdığını görəndə təəccübləndim. Öyrəndim ki,...

27 Oktyabr 2025, 14:18

Saleh Səmədovun rəis oğlu da vəzifəsindən azad edildi 

İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun ikinci oğlu da vəzifəsindən uzaqlaşdırılıb.“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə müvafiq əmr imzalanıb. Toğrul Səmədov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsindən azad edilib. Onun ədliyyə orqanlarında qulluq keçməsinə fəaliyyətində aşkar edilmiş nöqsanlarla əlaqədar xitam verilib.Qeyd edək ki, Saleh Səmədov Faşizm üzərində Qələbə Günü-9 Mayda keçirilən tədbirdə SSRİ bayrağı altında sinəsində rus imperiyasının rəmzi sayılan “Georgi lenti” ilə çıxış etdiyi üçün tənqid olunmuşdu. Onun bu davranışı Şuranın adına xələl gətirdiyindən Səmədov Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılıb. İmişli Rayon İcra Hakimiyyəti başçısının Yeni Bəhramtəpə İnzibati Ərazi Dairəsi...

27 Oktyabr 2025, 11:55

 16 itkin-şəhidi dəfn olunacaq

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha 16 şəhid dəfn olunacaq.CityPost.az  xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

27 Oktyabr 2025, 11:40

Pensiya bu qədər artacaq 

“Əmək Pensiyaları” haqqında Qanuna əsasən, yalnız əmək pensiyaları deyil, həmçinin vətəndaşlarımızın pensiya kapitalı da 2026-cı ildə indeksləşdirilərək artırılacaq.  CityPost.az xəbər verir ki, həmin qanunun 29.1-1 maddəsində qeyd olunur ki, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir. Yəni, pensiya kapitalları 2025-ci ildəki illik inflyasiya səviyyəsinə uyğun olaraq artırılacaq. Milli Məclisin depitatı Vüqar Bayramov pensiya kapitalının nə qədər artırılacağından danışıb.  Onun sözlərinə görə, Mərkəzi Bank 2025-ci il üçün inflyasiya proqnozuna yenidən düzəliş edib: “Baş Bankda bu il Azərbaycanda qiymətlərin 6.0 faiz artacağını proqnozlaşdırırlar. Dövlət Statistika Komitəsinə görə, bu ilin ilk 9 ayında...

27 Oktyabr 2025, 10:46