Bizə yazın

Baku

-°C

USD

-

"Get, artıq millətin qurtarsın canı..." - Ramiz Mehdiyevə yazılmış şeir 

Söz adamı 27 Oktyabr 2025, 15:32

454

Ramiz Mehdiyev mövzusu mətbuatın əsas gündəmi olaraq qalır.

Medianın hər gün yeni  informasiya təqdim etdiyi bir vaxtda  siyasi şərhçi Heydər Oğuz Ramiz  Mehdiyevə  şeir həsr edib.

CityPost.az  "Cənab kardinal" adlı   həmin şeiri təqdim edir:

Vaxt-getmək vaxtıdır, 

Boş yerə zamanı itirmədən get!

Bu son fursətini, cənab kardinal,

Taleyin hökmünə ötürmədən get!

 

Get, artıq millətin qurtarsın canı,

Ağ gün salamlasın Azərbaycanı,

Çoxdan getməyinin gəlib zamanı,

Özünü tamamən bitirmədən get!

 

Bar verməz dincini itirən zəmi,

Əkənə bəxş edər boş yerə qəmi,

Bəşər Əsəd kimi, Qəzzafi kimi,

Millətə bir zərər yetirmədən get!

 

Əldə çox tutulan od əli yaxar,

Ləkədən arınar, o su ki axar,

Bir yerdə çox qalsa su belə qoxar,

Üfunət aləmi götürmədən get!

 

Səbrinin sonu var vətəndaşın da,

Hətta torpağın da, cansız daşın da,

Bu Yurd dikilmədən sənin qarşında,

Milləti günaha batırmadan get!

 

Heydərin sözünü atma yabana,

Umma ki, fələyin hökmü yubana,

Yurda acımırsan, acı yuvana,

Kimsəyə bir bəla gətirmədən get!

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

“Ənvər Seyidov kimi yaşamayın” -   Şəmsi Vəfadar yazır   

Azərbaycan Xalqı xüsusən Azərbaycan mədəniyyəti və ədəbiyyatı avqust ayında həqiqətən də ağır itkilər verdi.4 böyük şəxsiyyət – muğam sənətinin koriffeyi Arif Babayev,yazıçı və ictimai xadim Elçin,nasir vıə dramaturq Vidadi Babanlı,şair və publisist Məmməd İsmayıl vəfat etdi.Onların vəfatı  milli mədəniyyətimizin dəyərləri baxımından sanki dərin bir boşluq yaratdı.Azərbaycan muğam sənətinin siması hesab edilən Xalq artisti Arif Babayev səsi və sənəti ilə minlərlə sızıltılı ürəklərin yarasına məlhəm olmuşdur.Arif Babayev muğamın özü idi. Arif Babayev Muğam,Muğam isə Arif Babayev demək idi. O, həm də professor,pedaqoq  kimi yüzlərlə gənc xanəndənin yetişməsində mühüm rol oynamışdır.Sirr deyil ki,Azərbaycan Xalq mahnılarının hər bir ifaçısı Arif Babayev olmaq,ən azından...

22 Avqust 2025, 13:09

Tanınmış şair Zülfüqar Rüfətoğlu vəfat edib

Tanınmış jurnalist, şair, tərcüməçi Zülfüqar Rüfətoğlu Londonda müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Bu barədə  şairin qardaşı, Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə deyib. Qeyd edək ki, Z.Rüfətoğlu uzun müddətdir qaraciyər xərçəngindən əziyyət çəkirdi. Xatırladaq ki, Əhmədzadə Zülfüqar Rüfət oğlu 1958-ci ildə Bakıda anadan olub. "Şirbalanın məhəbbəti" filminin ssenari müəllifi, "Səhər" qəzetinin təsisçilərindən biri, "Mavigözlü ögey ana" kitabının müəllifi, “Qızıl qələm” mükafatı laureatıdır. Uzun illər "BBC Azərbaycan" xidmətində fəaliyyət göstərib....

09 Noyabr 2024, 20:44

Şəmsi Vəfadar: “Əxlaqlı adamın çıxıb hər hansı bir auditoriyada əxlaqdan danışdığını görməmişəm”

Tanınmış şair Şəmsi Vəfadar aparıcı Aytən Səfərovanın çıxışını sərt tənqid edib.   "Qadın ilk növbədə öz ayağı üzərində dayanmağı bacarmalıdır. Qadınlar var ki, ailəsi, həyat yoldaşı üçün hər şeyi edir".   Bu sözləri Aytən Səfərova aparıcısı olduğu "Xəbər ertəsi" verilişində deyib:   "Belə bir söz var, pul insanı dəyişir. Xeyr! Amma bəzi kişilər var ki, pul əldə edəndən sonra əsl üzləri görünür. Qadın uşaqları ilə evdə qalır, gözü başqasına sataşan kişilər artıq övladlarının anasında mənfiliklər axtarmağa başlayırlar. Bu da ailədə məişət zorakılığına səbəb olur". Aparıcı gəlin-qayınana münasibətindən də danışıb: "Evlənən qayınanadırsa, onda toyxanada gəlinlə yanyana o otursun. Niyə bəylə-gəlin oturur ki? Əgər gəlin qayınanaya baxmağa, xidmət etməyə...

05 Noyabr 2024, 17:30

Rəşad Məcidə həsr olunmuş tədbir keçiriləcək

Yazıçı, jurnalist, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidə həsr olunmuş tədbir keçiriləcək. CityPost.az-ın məlumatına görə Rəşad Məcidiin anadan olmasının 60 illiyinə həsr olunmuş ədəbi-bədii tədbir 12 oktyabr 2024-cü il tarixdə saat 10:00-da Ağcabədi Rayon Mədəniyyət Mərkəzində baş tutacaq. Tədbirin təşkilatçısı Ağcabədi  Rayon  İcra Hakimiyyəti və  Azərbaycan Yazıçılar Birliyidir. Tədbirin moderatoru yazıçı-publisist  Aqil  Abbasdır. Qeyd edək ki, Rəşad Məcid 1964-cü ildə Ağcabədi rayonunda anadan olub. 1979-cu ilədək Ağdam şəhərində yaşayıb, həmin vaxtdan Bakıya köçüb. 1981-ci ildə Respublika fizika-riyaziyyat təmayüllü 1 saylı orta məktəbi, 1988-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini...

11 Oktyabr 2024, 14:36

"Tale oyunları"nın anlatdıqları - Sərvaz Hüseynoğlu yazır

Yazıçı Lalə Bağırovanın yaxın günlərdə nəşr edilən "Talelərin oyunu" kitabına eyniadlı didaktik-psixoloji povesti daxil edilib. Oxucu diqqətinə təqdim olunan bu maraqlı (və olduqca ibrətamiz məqamlarla iç-içə) povest, əslində, bütünlüklə dünənində, keçmişində qalan, o aləmdən heç vəchlə qopub-ayrıla bilməyən, o aləmin ən xırda təfərrüatlarını belə hafizəsindən silib-atmağı özünə rəva bilməyən bir könül adamının qələmə aldıqlarıdı. Bu yazılanlar yaddaşının bütün köklərini, rişələri ilə dünəninə bağlı olan insanın vaxt və baxt haqqında olan qənaətləri kimi oxunur. Elə bil olduqca uzaq keçmişdə yaşanan ömrün unudulmaz xatirələrini yenidən gətirib göz önünə qoyur. Və qəribə bir çaşqınlıq içində adam özünü bu aləmə götürən yolda "yerişini" yavaşıdır, hər...

07 Oktyabr 2024, 10:22

Şəmsi Vəfadardan Rəqsanəyə sərt sözlər: "Qənd tapmayan adam necə milyonçu ola bilər?"

Günlərdir ki, mediada  müğənni  Rəqsanə  İsmayılovanın Moskvadakı mənzilindən 218 min avro (təxminən 411,932 AZN) dəyərində qızıl-ziynət əşyasının  oğurlanması barədə xəbərlər yayılır.Bəzi sosial şəbəkə istifadəçiləri bunun həqiqət olmadığını və Rəqsanə İsmayılovanın bu xəbərlə özünü reklam etdiyini iddia edirlər. CityPost.az  xəbər verir  ki, Tanınmış şair  Şəmsi Vəfadar  qeyd olunan xəbərlərin fonunda müğənni Rəqsanə İsmayılova ilə bağlı xəbərlərə münasibət bildirib. Həmin tənqidi məqaləni təqdim edirik: Cəmiyyətdə hər təbəqədən insanlar var.Heç bir ali təhsili olmayan,musiqi biliyi və savadı olmayan, müxtəlif kişilərdən  uşaq dünyaya  gətirmiş  birinin  durub millətə əxlaq,tərbiyə dərsi keçməyə hüququ yoxdur. Qadına bir kişi çoxdur,iki kişi azdır, deyiblər.Rəhmətlik İlhamə Quliyevanın vaxtında bu tip insanlar yarasa kimi...

27 Sentyabr 2024, 14:32