Bizə yazın

Baku

-°C

USD

-

İstintaqa dosye təqdim olundu: "Ramiz Mehdiyevin çətiri altında 15 il gizlədilən qanlı qətl"  

Cəmiyyət 27 Oktyabr 2025, 15:03

336

Ramiz Mehdiyevin istintaqa cəlb olunması onun adına bağlı olan, onun çətiri altında baş verən dəhşətli olayları, qətl işlərini yenidən gündəmə qaytarıb.

CityPost.az Musavat.com-a istinadla xəbər verir ki, 15 il əvvəl Xaçmazda evində öldürülən məşhur iş adamı, "Arzu" Ticarət Mərkəzinin sahibəsi Nəcimə Babayevanın qətl işi də bu qəbildəndir.

2010-cu il sentyabrın 15-də öz evində vəhşicəsinə qətlə yetirilən Nəcimə Babayevanın qatili və ya qatilləri, qətlin sifarişçiləri bu günə kimi istintaqdan kənarda qalıb, saxlanılmayıblar. Mərhum iş adamının qızı qətlin sifarişli olduğunu və Ramiz Mehdiyevin çətiri altında törədildiyini bildirir.

Qeyd edir ki, analarının qətlinin araşdırılması üçün ötən illər ərzində göstərdikləri çabalara görə hər zaman olduğu kimi hazırda da böyük bir təhlükə qarşısındadırlar. Nəcimə Babayevanın qızı Gülnarə Həbibova istintaqa son dərəcə ilginc müraciət təqdim edib.

Gülnarə Həbibova 24 oktyabr 2025-ci ildə etdiyi müraciətində bildirib:

"Anamı Ramiz Mehdiyevin çətiri altında qorunan icra başçısı məhv etdi".

Müraciətdə Gülnarə Həbibova açıq şəkildə bildirir ki, anasının ölümü Xaçmaz Rayon İcra Hakimiyyətinin sabiq başçısı Şəmsəddin Xanbabayevin, onun "kassiri" və müavini Akif Mərdanovun, həmçinin bölgədəki imkanlı şəxslərdən ibarət maraqlı qruplaşmanın sifarişi ilə baş verib:

"Anam qətlindən əvvəl 3 il ərzində Xaçmaz rayonunda bu qruplaşmanın təzyiqlərinə, şantajına, saxta yoxlamalarına qarşı təkbaşına mübarizə aparırdı. Onlar anamın əmlakını ələ keçirmək istəyirdilər. Anam məhkəmələri uddu, lakin 15 sentyabr 2010-cu ildə evində vəhşicəsinə qətlə yetirildi".

"Ramiz Mehdiyevin kürəkəni Xaçmazın kuratoru idi"

Şikayətdə qeyd olunur ki, həmin dövrdə Prezident Administrasiyasının Regional idarəetmə şöbəsində Xaçmaz rayonu üzrə kurator vəzifəsini Ramiz Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu Əliyev icra edib.

"Anam dəfələrlə Prezident Administrasiyasına, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə şikayətlər göndərmişdi, lakin heç bir reaksiya verilmədi. Sonradan məlum oldu ki, o zaman Xaçmaz rayonuna kurator təyin olunan şəxs Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev imiş. Həmin şəxs sonradan iki çağırış Milli Məclisin deputatı seçildi və bu gün də rayonda milyonluq əmlaklara sahibdir".

Gülnarə Həbibova iddia edir ki, Şəmsəddin Xanbabayev Ramiz Mehdiyevlə çox yaxın münasibətdə olub, Mehdiyevlər ailəsinin Xaçmazdakı əmlaklarının qorunması da məhz bu əlaqə ilə təmin edilib.

"Qətlin sifarişli olması versiyası istintaqda qəsdən gizlədildi"

Qızının sözlərinə görə, anasının sifarişlə qətli əmlakın ələ keçirilməsinə görə olub. Lakin uzun illər boyu istintaq orqanları bu versiyanı qəsdən kölgədə saxlayıblar.

"İstintaqın ilk günlərindən bu versiyanın üzərindən ötəri keçdilər. Çünki Xanbabayev təkcə rayon rəhbəri deyildi, həm də Ramiz Mehdiyevin adamı idi. O, yalnız öz səlahiyyətləri ilə yox, həm də onu qoruyanların resurslarından istifadə etməklə istintaqın obyektiv aparılmasına mane oldu".

15 ildir açılmayan bu qətl işinin motivi ortadadır. Qətldən öncə Nəcimə Babayevadan bazarın zor gücünə alınması üçün Ramiz Mehdiyevin himayəsində olan icra başçısı Şəmsəddin Xanbabayev və ətrafı tərəfindən ona təzyiqlər göstərilib. Lakin Nəcimə Babayevanın təzyiqlərə tab gətirməsi, ona qarşı başladılmış məhkəmələrdən qalib ayrılması "mehdiyevçi"lərin planlarını pozub. Bundan sonra Nəcimə Babayeva evində öldürülüb, qətlin ailə-məişət zəminində törədilməsi barədə yanlış versiya ortaya atılıb. İstintaq qətlindən öncə Nəcimə Babayevanın əleyhinə aparılan qaralama kampaniyasını diqqətdən kənar qoyub. Qətldən sonrakı illərdə onun övladları təqib və təzyiqlərə məruz qalıblar. Ailənin qətlin üstünün açılması üçün yazdıqları şikayətlər seyflərdə qalıb, Gülnarə Həbibova və ailəsinə qarşı saxta ittihamlar irəli sürülüb.

"Görünür, arxasında Ramiz Mehdiyev olan şəxslərin adı hallanan bir ölümün açılmasını tələb etmək həyatımız bahasına başa gələ biləcək bir əməl imiş", - deyə Gülnarə Həbibova müraciətində qeyd edir.

"Mənim və ailəmin başına gələ biləcək faciələrə görə məsuliyyət daşıyacaqlar. Xahiş edirəm, anamın qətli ilə bağlı təqdim etdiyim məlumatları yenidən əməliyyat qaydasında araşdırasınız. Mənim və ailəmin başına gələ biləcək faciələrin qarşısını almaq üçün bu cinayət işinə müdaxilə vacibdir".

Xatırladaq ki, Şəmsəddin Xanbabayev 2004-2019-cu illərdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı, Akif Mərdanov isə həmin dövrdə onun birinci müavini olub. Hər iki şəxs 5 il öncə vəzifədən uzaqlaşdırılıb. Buna baxmayaraq, Nəcibə Babayevanın qətl işinin üstünün açılmasına bundan sonra da imkan verilməyib.

Nəcimə Babayevanın övladları, nəhayət ki, analarının sifarişli qətl işinin üstünün açılmasını xahiş edirlər. Bildirirlər ki, bu, Ramiz Mehdiyevin şimal zonasındakı şəbəkəsinin 15 illik qanlı fəaliyyətinin sonu olacaq.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Prezident bu səfirləri geri çağırdı - Yeni təyinatlar 

Məmməd Afiq oğlu Talıbov Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında, eyni zamanda Honduras Respublikasında, Kolumbiya Respublikasında, Kosta Rika Respublikasında, Qvatemala Respublikasında, Panama Respublikasında və Peru Respublikasında səfiri vəzifəsindən geri çağırılıb.Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.Digər Sərəncamla Seymur Həbib oğlu Fətəliyev Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.Həmçinin, Gürsel Qüdrət oğlu İsmayılzadə Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb, yerinə Fərid Yunis oğlu Talıbov təyin edilib.Dövlət başçısı Eldar Nadir oğlu Səlimovu Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırıb, yerinə Şahin Şakir oğlu Abdullayev təyin olunub.Prezidentin digər Sərəncamı ilə Şahin...

27 Oktyabr 2025, 16:41

Hüseyn Cavid adına məktəbin açılışına həsr olunmuş tədbir keçirilib

24 oktyabr 2025-ci ildə saat 14:00-da Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun konfrans zalında  Azərbaycanın tarixində xarici ölkədə ilk rəsmi təhsil ocağı olan  Hüseyn Cavid adına məktəbin açılışına həsr olunmuş  tədbir keçirilib. Məktəbin açılışına həsr edilmiş tədbir dramaturq, yazıçı, türkçülüyün şəhidi, böyük şəxsiyyət  H.Cavidin doğum gününə təsadüf edib. Tədbirdə respublikanın  tanınmış elm adamları, ziyalılar, Cavidsevərlər, İstanbulda fəaliyyət göstərən H.Cavid adına Azərbaycan Millətlərarası məktəbin  bir  neçə  nəfər şagirdi iştirak edirdilər.   İstanbulda yeni açılan, ölkəmizin tarixində xarici ölkədə  Türkiyə Cumhuriyyətinin İstanbul şəhərində  ilk rəsmi təhsil  ocağı   olan Hüseyn Cavid adına Millətlərarası Azərbaycan məktəbinin  açılışına həsr olunmuş  tanıtım tədbirini...

27 Oktyabr 2025, 14:26

Not dəftərinə köçən ömür... 

Azər ƏliBir sevgi şairi də aramızdan getdi. Səssizcə. Kimsəni incitmədən...Dostlarından, uzaq qohumlarından xəstələnməyini, ağrı-acı içində olmağını gizlədirdi. Sanki bu vəziyyətinə görə utanırdı,- axı onu daim deyib-gülən, baməzə söhbətlər edən, zarafatından qalmayan biri kimi tanıyırdılar. Ölümünü də beləcə gizlətmək istədi. Bundan çox-çox qabaq vəsiyyət etmişdi: Ölsəm ağlamayın, ay oğlum, qızım,Sağ ikən özümü çox ağlamışam...Mən ilk dəfə Həsən Bilalovu İmişlidə keçirilən "Qızlar baharı” bədii-musiqili kompazisiyanın aparıcısı kimi görmüşəm. Onun auditoriya qarşısında özünü sərbəst aparmasına, bulaq kimi çağlar nitqinə, zəngin söz ehtiyatına heyran qalmışdım. Amma üstündən bir neçə ay ötəndən sonra Həsəni mazutlu fəhlə paltarında yerli "Qızıl ulduz” qəzetinin mətbəəsindən çıxdığını görəndə təəccübləndim. Öyrəndim ki,...

27 Oktyabr 2025, 14:18

Saleh Səmədovun rəis oğlu da vəzifəsindən azad edildi 

İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun ikinci oğlu da vəzifəsindən uzaqlaşdırılıb.“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə müvafiq əmr imzalanıb. Toğrul Səmədov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsindən azad edilib. Onun ədliyyə orqanlarında qulluq keçməsinə fəaliyyətində aşkar edilmiş nöqsanlarla əlaqədar xitam verilib.Qeyd edək ki, Saleh Səmədov Faşizm üzərində Qələbə Günü-9 Mayda keçirilən tədbirdə SSRİ bayrağı altında sinəsində rus imperiyasının rəmzi sayılan “Georgi lenti” ilə çıxış etdiyi üçün tənqid olunmuşdu. Onun bu davranışı Şuranın adına xələl gətirdiyindən Səmədov Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılıb. İmişli Rayon İcra Hakimiyyəti başçısının Yeni Bəhramtəpə İnzibati Ərazi Dairəsi...

27 Oktyabr 2025, 11:55

 16 itkin-şəhidi dəfn olunacaq

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha 16 şəhid dəfn olunacaq.CityPost.az  xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

27 Oktyabr 2025, 11:40

Pensiya bu qədər artacaq 

“Əmək Pensiyaları” haqqında Qanuna əsasən, yalnız əmək pensiyaları deyil, həmçinin vətəndaşlarımızın pensiya kapitalı da 2026-cı ildə indeksləşdirilərək artırılacaq.  CityPost.az xəbər verir ki, həmin qanunun 29.1-1 maddəsində qeyd olunur ki, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir. Yəni, pensiya kapitalları 2025-ci ildəki illik inflyasiya səviyyəsinə uyğun olaraq artırılacaq. Milli Məclisin depitatı Vüqar Bayramov pensiya kapitalının nə qədər artırılacağından danışıb.  Onun sözlərinə görə, Mərkəzi Bank 2025-ci il üçün inflyasiya proqnozuna yenidən düzəliş edib: “Baş Bankda bu il Azərbaycanda qiymətlərin 6.0 faiz artacağını proqnozlaşdırırlar. Dövlət Statistika Komitəsinə görə, bu ilin ilk 9 ayında...

27 Oktyabr 2025, 10:46