Saleh Səmədovun rəis oğlu da vəzifəsindən azad edildi
Cəmiyyət 27 Oktyabr 2025, 11:55
323
İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun ikinci oğlu da vəzifəsindən uzaqlaşdırılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə müvafiq əmr imzalanıb.
Toğrul Səmədov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsindən azad edilib. Onun ədliyyə orqanlarında qulluq keçməsinə fəaliyyətində aşkar edilmiş nöqsanlarla əlaqədar xitam verilib.
Həmçinin oxuyun
Qeyd edək ki, Saleh Səmədov Faşizm üzərində Qələbə Günü-9 Mayda keçirilən tədbirdə SSRİ bayrağı altında sinəsində rus imperiyasının rəmzi sayılan “Georgi lenti” ilə çıxış etdiyi üçün tənqid olunmuşdu. Onun bu davranışı Şuranın adına xələl gətirdiyindən Səmədov Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılıb.
İmişli Rayon İcra Hakimiyyəti başçısının Yeni Bəhramtəpə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini işləyən oğlu Kamran Səmədov da bir müddət əvvəl vəzifəsindən azad edilib.
Saleh Səmədov özü isə beş ay əvvəl Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən mənimsəmə ittihamı ilə həbs edilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Hüseyn Cavid adına məktəbin açılışına həsr olunmuş tədbir keçirilib
24 oktyabr 2025-ci ildə saat 14:00-da Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun konfrans zalında Azərbaycanın tarixində xarici ölkədə ilk rəsmi təhsil ocağı olan Hüseyn Cavid adına məktəbin açılışına həsr olunmuş tədbir keçirilib. Məktəbin açılışına həsr edilmiş tədbir dramaturq, yazıçı, türkçülüyün şəhidi, böyük şəxsiyyət H.Cavidin doğum gününə təsadüf edib. Tədbirdə respublikanın tanınmış elm adamları, ziyalılar, Cavidsevərlər, İstanbulda fəaliyyət göstərən H.Cavid adına Azərbaycan Millətlərarası məktəbin bir neçə nəfər şagirdi iştirak edirdilər. İstanbulda yeni açılan, ölkəmizin tarixində xarici ölkədə Türkiyə Cumhuriyyətinin İstanbul şəhərində ilk rəsmi təhsil ocağı olan Hüseyn Cavid adına Millətlərarası Azərbaycan məktəbinin açılışına həsr olunmuş tanıtım tədbirini...
27 Oktyabr 2025, 14:26
Not dəftərinə köçən ömür...
Azər ƏliBir sevgi şairi də aramızdan getdi. Səssizcə. Kimsəni incitmədən...Dostlarından, uzaq qohumlarından xəstələnməyini, ağrı-acı içində olmağını gizlədirdi. Sanki bu vəziyyətinə görə utanırdı,- axı onu daim deyib-gülən, baməzə söhbətlər edən, zarafatından qalmayan biri kimi tanıyırdılar. Ölümünü də beləcə gizlətmək istədi. Bundan çox-çox qabaq vəsiyyət etmişdi: Ölsəm ağlamayın, ay oğlum, qızım,Sağ ikən özümü çox ağlamışam...Mən ilk dəfə Həsən Bilalovu İmişlidə keçirilən "Qızlar baharı” bədii-musiqili kompazisiyanın aparıcısı kimi görmüşəm. Onun auditoriya qarşısında özünü sərbəst aparmasına, bulaq kimi çağlar nitqinə, zəngin söz ehtiyatına heyran qalmışdım. Amma üstündən bir neçə ay ötəndən sonra Həsəni mazutlu fəhlə paltarında yerli "Qızıl ulduz” qəzetinin mətbəəsindən çıxdığını görəndə təəccübləndim. Öyrəndim ki,...
27 Oktyabr 2025, 14:18
16 itkin-şəhidi dəfn olunacaq
Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha 16 şəhid dəfn olunacaq.CityPost.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
27 Oktyabr 2025, 11:40
Pensiya bu qədər artacaq
“Əmək Pensiyaları” haqqında Qanuna əsasən, yalnız əmək pensiyaları deyil, həmçinin vətəndaşlarımızın pensiya kapitalı da 2026-cı ildə indeksləşdirilərək artırılacaq. CityPost.az xəbər verir ki, həmin qanunun 29.1-1 maddəsində qeyd olunur ki, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir. Yəni, pensiya kapitalları 2025-ci ildəki illik inflyasiya səviyyəsinə uyğun olaraq artırılacaq. Milli Məclisin depitatı Vüqar Bayramov pensiya kapitalının nə qədər artırılacağından danışıb. Onun sözlərinə görə, Mərkəzi Bank 2025-ci il üçün inflyasiya proqnozuna yenidən düzəliş edib: “Baş Bankda bu il Azərbaycanda qiymətlərin 6.0 faiz artacağını proqnozlaşdırırlar. Dövlət Statistika Komitəsinə görə, bu ilin ilk 9 ayında...
27 Oktyabr 2025, 10:46
FHN dağlıq ərazidə köməksiz qalan şəxsi xilas edib
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, Səngəçal qəsəbəsində dağlıq ərazidə bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.CityPost.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb olunub.Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 2001-ci il təvəllüdlü Ələkbərov Musa Çingiz oğlunun hündürlüyü təxminən 500 metr olan dağlıq əraziyə çıxdığı və geriyə qayıda bilməməsi səbəbindən köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə dədbirləri sayəsində dağlıq ərazidə köməksiz vəziyyətdə qalan şəxsin xilas edilib...
27 Oktyabr 2025, 09:10
Ramiz Mehdiyev komandası hücuma keçdi, İKİ DEPUTAT İFŞA EDİLDİ
Ana Vətən Partiyasının qurultayında baş verənlər, partiyanın qurucusu, siyasi quruma uzun illər rəhbərlik etmiş Fəzail Ağamalının sədrliyi deputat qızı Günay Ağamalıya ötürə bilməməsi, oğlu Elçin Ağamalı ilə aralarında yaşanan qalmaqal ətrafında müzakirələr davam edir.CityPost.az xəbər verir ki, Fəzail Ağamalının deputatlıqdan geri çəkilib, “yerini” qızına verməsindən sonra partiyanın sədri postuna da G.Ağamalını gətirmə istəyi oğlu Elçinin dirənişi səbəbindən alınmayıb. Maraqlıdır ki, Elçin Ağamalının qurultay üzvlərinin səsini qazandığını əks etdirən görüntülər də var.Bununla paralel olaraq digər YAP-çı deputat, siyasi elmlər doktoru, professor Elman Nəsirovun birinci nikahdan olan qız övladının sosial şəbəkədə müraciət yayması və atasını ittiham etməsi də müşahidə edildi ki, bəziləri...
26 Oktyabr 2025, 22:47