Deputat Ceyhun Məmmədov “boz kardinal”ın qoyduğu qadağadan DANIŞDI
Cəmiyyət 31 Oktyabr 2025, 12:43
 
                1415
Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti, Dövlət təltiflərindən məhrum edilən akademik Ramiz Mehdiyevin Ali Attestasiya Komissiyasına ünvanladığı məktubdan ziyan çəkənlərin arasında Dövlət qulluğunda çalışan şəxslərlə yanaşı millət vəkilləri də var imiş.
Ramiz Mehdiyev Dövlət qulluğunda çalışan şəxslərin elm ilə məşğul olmalarını qadağan edən məktubu yüzlərlə insanın bu yolda addım atmaq istəyini əngəlləyib.Sən demə, illər öncəsi bununla bağlı R.Mehdiyevin imzası ilə Ali Attestasiya Komissiyasına müvafiq məktub da daxil olubmuş.Apardığımız araşdırmalar zamanı məlum oldu ki,bu,qərəzli qadağadan sonra yüzlərlə vəzifə tutan şəxs elmi işlə məşğul ola bilməmiş,onların bəzilərinin üzərində təhqiqat apardığı elmi iş yarımçıq qalmış,alinlik dərəcəsi almaq üçün müdafiə etmələri mümkün olmamışdır.
Ramiz Mehdiyevin bir məktubla Azərbaycan elminə vurduğu zərbədən əziyyət çəkənlərədən biri də cəmiyyətə hər zaman açıq olması ilə seçilən millət vəkili Ceyhun Məmmədovdur.O,CityPost.az-a Ramiz Mehdiyevin Ali Attestasiya Komissiyasına yazdığı məktubu ilə bağlı deyib:
“Təəssüflə qeyd etmək istəyirəm ki,uzun illər öncə Ramiz Mehdiyevin AAK-ya ünvanladığı məktub əsasında bu günə kimi də Dövlət məmurlarına və eləcə də,Milli Məclisin üzvlərinə fəlsəfə elmləri doktoru və elmlər doktoru adı almaq problem olaraq qalır.Mən özüm də 10 ilə yaxın bir çox elmlə məşğul olan insanlar kimi həmin problemdən əziyyət çəkmişəm.O zaman Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində çalışırdım.Buna görə haqsız yerə müdafiəyə buraxılmadım.AAK-nın rəhbər şəxsləri ilə görüşlər keçirəndən sonra elmi iş müdafiə etməyimə icazə verildi.Amma,sonrakı dövrdə buna dair rəsmi sənəd almağıma əngəl törədildi.Ramiz Mehdiyevin AAK-ya yazdığı məktuba görə,fəlsəfə doktoru olmağıma dair diplomumu almağım 10 ilə qədər bir dövrü əhatə etdi.
Sonuncu dəfə AAK rəhbərliyi ilə danışıqlar aparan zaman mənə açıq-aşkar bildirildi ki,alimlik dərəcəsini almaq barəsindəki diplomu əldə etmək üçün konkret olaraq tutduğum Dövlət qulluğundan könüllü azad olmalıyam.Nəhayət,2013-cü ilin əvvəllərində qərara gəldim ki, AAK-dan diplomumu əldə etmək üçün Dini İşlər üzrə Dövlət Komitəsindəki vəzifəmdən ayrılım.Yalnız vəzifəmdən ərizəmlə uzaqlaşandan sonra illərlə əziyyət çəkib,elmi iş müdafiə eləməyimə dair diplomumu ala bildim.Onu da deyim ki, hətta Dövlət qulluğundan azad olunmağıma dair əmək kitabçamın surətini təqdim etməyənə qədər AAK-dan diplomumu mənə vermirdilər.Ağrılısı odur ki,Ramiz Mehdiyev tərəfindən alimlik dərəcəsi almaq üçün Dövlət qulluqçularına və millət vəkillərinə qoyulan qadağa və məhdudiyyət hələ də qüvvədədir.Mən hazırda ikinci doktorluq işimi yazıb,tamamlamışam.Amma,R.Mehdiyevin qərəzli məktubunu əsas gətirərək müvafiq orqandan mənə bildirirlər ki,siz millət vəkili fəaliyyətinizi davam etdirdiniz üçün müdafiəyə buraxıla bilməzsiniz.Maraqlısı odur ki, bu gün də AAK -da Ramiz Mehdiyevin məlum məktubunu əsas gətirərək Dövlət qulluğunda çalışanlara və millət vəkillərinə elmi işlə məşğul olmaq,elmi ad almaq imkanı verilmir.Mən özüm millət vəkili olmaqla yanaşı,həm də pedajoji fəaliyyətlə məşğulam.Mənim kimi anoloji fəaliyyətlə məşğul olan həmkarlarım çoxdur.Lakin,millət vəkili olduqları üçün elmi işlə məşğul olmalarına AAK-ya yazılmış həmin məktub maneə yaradır.Həmin qərəzli məktub elmimizin inkişafına,elmə olan marağa,elmlə məşğul olmaq istəyən Dövlət strukturlarında çalışan insanların qarşısında bu gün də süni baryer yaradır.Bu problemlə üzləşmiş insan kimi mən deyə bilərəm ki, elmlə məşğul olmaq istəyən Dövlət strukturlarında çalışan yüzlərlə istedadlı insanlar var,onlar Dövlət üçün faydalı işlər ərsəyə gətirə bilərlər.Məhz,bu mənada hesab edirəm ki,Ramiz Mehdiyev tərəfindən elmin inkişafına qoyulmuş qadağanın aradan qaldırılmasına ciddi ehtiyac var.
Həmçinin oxuyun
Mirzə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
 
                            Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən sərnişin qatarına daş atılıb
Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən sərnişin qatarına oktyabrın 30-da axşam saatlarında Zabrat-Pirşağı sahəsindən keçərkən daş atılıb.CityPost.az Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.Məlumata əsasən, nəticədə sərnişinlərin olduğu 2-ci vaqonun pəncərələrindən biri sınıb. Ümumilikdə, bu ilin yanvar-sentyabr aylarında ADY-nin qatarlarına hərəkətdə olarkən 36 dəfə daş atılıb.
31 Oktyabr 2025, 11:07
 
                            Ramiz Mehdiyevin gəlini işdən çıxarıldı
Dövlətə xəyanət və digər cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva vəzifəsindən azad edilib.“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə müvafiq əmr imzalanıb.Nigar Mehdiyeva Azərbaycan Tibb Universitetinin (ATU) Onkologiya Klinikasında müalicə işləri üzrə direktor müavini və II cərrahiyyə şöbəsinin müdiri-bölmə rəhbəri vəzifələrini icra edirdi.Məlumatı klinikadan saytımıza təsdiq ediblər. N.Mehdiyevanın bu günlərdə klinikadakı vəzifəsindən kənarlaşdırıldığı bildirilib. Qeyd edək ki, Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti təyin edildikdən sonra klinikanın direktoru Əhliman Əmiraslanov onun gəlinini işə götürmüşdü. Ona dosent elmi adı verilib. Məlumat üçün bildirək ki, bundan əvvəl Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva, oğlu – fövqəladə hallar nazirinin müavini general-mayor Teymur Mehdiyev,...
31 Oktyabr 2025, 10:53
 
                            Balakənin icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Vahid oğlu Rzayev vəzifəsindən azad edilib.CityPost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Qeyd edək ki, Balakən Rayon İcra Hakimiyyətində Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində rayonun icra başçısı İslam Rzayev, onun müavinləri, rayonun baş memarı və digərlərinin saxlanıldığı bildirilir.Saxlanılan şəxslər korrupsiya cinayətlərində şübhəli bilinirlər.
30 Oktyabr 2025, 15:57
 
                            Elton Məmmədov ifşa olundu
Tale elə gətirdi ki,ilk iş yerim Azərbaycan SSR Elmlər Akademiyası oldu.Akademiyanın geniş dəhlizlərində akademiklər – Eldar Salayevi,Aslan Aslanovu,Cəlal Əliyevi,Fərəməz Maqsudovu,Qafar Kəndlini,Ziya Bünyatovu,Miri Cavadzadəni,Bəxtiyar Vahabzadəni,Mahmud İsmayılovu canlı şəkildə görəndə heyrətə gəlirdim.Özümü xoşbəxt hesab edirdim ki,belə uca və mötəbər adamlarla bir yerdə işləmək mənə nəsib olub.Bəlkə də,elə buna görədir ki,Elmlər Akademiyasını hər zaman müqəddəs ocaq,məbədgah hesab etmişəm.Bu gün həmin müqəddəs ocağa Elton Məmmədov kimi ifunət dolu adamların haradan və necə yol tapması mənə təəccüblü gəlir.Həqiqətə uyğun olmayan,cəmiyyətdə çaşqınlıq yaradan həmçinin,ibtidai istintaqın obyektivliyinə və ictimai etimada xələl xətirə biləcək hərəkətlərə yol verən Elton Məmmədov guya heç bir istintaq orqanına dəvət olunmadığına dair media...
30 Oktyabr 2025, 13:42
 
                            Ramiz Mehdiyev xəbəri çıxan kimi ölkədən qaçdı
Son günlər medianın əsas gündəmi Ramiz Mehdiyevin cinayət işi və onun ətrafında baş verən hadisələrdir.Dünən media Ramiz Mehdiyevlə əlaqəli olan daha iki şəxsin adını açıqladı.Söhbət AXCP sədri Əli Kərimli və müxalifət düşərgəsində yer alan keçmiş deputat Gültəkin Hacıbəylidən gedir.CityPost.az xəbər verir ki, Oxu24.com-un özəl mənbədən əldə etdiyi məlumata görə,Ramiz Mehdiyev ətrafında baş verən hadisələrdən sonra Gültəkin Hacıbəyli ölkədən qaçıb. Mənbənin verdiyi məlumata görə, o Türkiyəyə gedib.O,da qeyd olunub ki,Gültəkin Hacıbəyli Ramiz Mehdiyevin həbsi xəbəri yayılarkən,gecə ilə tələm-tələsik Bakını tərk edib.Oxu24.com yaxın saatlarda Gültəkin Hacıbəyli və Ramiz Mehdiyevin iş birliyi haqqında sensassion məlumatlar təqdim edəcək....
30 Oktyabr 2025, 13:25
 
                            “Eşşək” restoranı...(VİDEO)
Kabab qoxusuna gəldilər,gördülər ki, eşşək dağlayırlar...Bu restoranın adı görənləri heyrətə gətirir.Söhbət Moskvanın mərkəzində yerləşən “Eshak” (- Eşşək) restoranından gedir.CityPost.az xəbər verir ki, Oxu24.com-un xüsusi müxbiri sözügedən restoranda olub. Müxbirimizin verdiyi məlumata görə,bu,məkan dizaynı və menyusuna görə,digərlərindən fərqlənir.Restoranın özəlliyi burada verilən yeməklərlə bağlıdır.Müxtəlif növ yeməklərin sırasında eşşək ətindən hazırlanan kabablara və eləcə də müxtəlif çeşidli təamlara da rast gəlmək mümkündür. Bu,müştərinin seçimi ilədir.Rusiyada “Eshak”(Eşşək) restoranının bir neçə filialına rast gəlmək mümkündür.Paytaxtda ən böyük filial Moskva şossesində yerləşir.Bundan əlavə Kazan şəhərində də restoranın filialı mövcuddur.Restoranın dizaynı və interyeri dizayner Andrey Tsıqankova məxsusdur.Emblemdə eşşək başından da istifadə olunub.Sözügedən restorandan görüntüləri təqdim edirik:...
29 Oktyabr 2025, 17:20
 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                 
                 
                 
                 
                