Not dəftərinə köçən ömür...
Cəmiyyət 27 Oktyabr 2025, 14:18
238
Azər Əli
Bir sevgi şairi də aramızdan getdi. Səssizcə. Kimsəni incitmədən...
Dostlarından, uzaq qohumlarından xəstələnməyini, ağrı-acı içində olmağını gizlədirdi. Sanki bu vəziyyətinə görə utanırdı,- axı onu daim deyib-gülən, baməzə söhbətlər edən, zarafatından qalmayan biri kimi tanıyırdılar. Ölümünü də beləcə gizlətmək istədi. Bundan çox-çox qabaq vəsiyyət etmişdi:
Ölsəm ağlamayın, ay oğlum, qızım,
Sağ ikən özümü çox ağlamışam...
Mən ilk dəfə Həsən Bilalovu İmişlidə keçirilən "Qızlar baharı” bədii-musiqili kompazisiyanın aparıcısı kimi görmüşəm. Onun auditoriya qarşısında özünü sərbəst aparmasına, bulaq kimi çağlar nitqinə, zəngin söz ehtiyatına heyran qalmışdım.
Amma üstündən bir neçə ay ötəndən sonra Həsəni mazutlu fəhlə paltarında yerli "Qızıl ulduz” qəzetinin mətbəəsindən çıxdığını görəndə təəccübləndim. Öyrəndim ki, iki dəfə ali məktəbə qəbul olunsa da, təhsilini başa vura bilməyib.
Həsən Bilalovu
Diplomu olmamağına görə Həsən ömrünün sonunadək əziyyət çəkdi, layiqli bir işdə çalışa bilmədi. Amma qələmi də əlindən yerə qoymadı. Sevgi dolu ürəyi boşalmaq bilmədi...
Baharımı qış etmisən,
Məni dərdə tuş etmisən,
Gözlərimi yaş etmisən,
Gəlmirsən, gülüm, niyə?
Həsənin dillər əzbəri olan bəndlərindən biridir. 30 ildən çoxdur ki, onun sözlərinə yazılmış "Firuzə” "Dağlarda çiçəksənmi sən?”, "Yar, səndən ayrılanda”, "Qara zülfünü darayım”, "Sevə bilməz”, "Gülüm, qayıt, geri dön”, "Səni kimdən sormalıyam?” və başqa mahılar çoxsaylı müğənnilər tərəfindən oxunub. Hələ sözlərini öz adına çıxanlar da olub.
Həmçinin oxuyun
Həsən Bilalovun bir faciəsi də budur ki, dərc olunmuş əsərlərini, əlyazmalarını toplayaraq kitab halında nəşr etdirməyib. Hətta nəşriyyat rəhbəri olan dostu bunu öz hesabına etmək istəsə də, Həsən razılaşmayıb.
1990-cı ilin "Qara yanvar” günlərində yazılan, o vaxtdan bəri dillərdən düşməyən xeyli sayda bayatı var ki, onların müəllifinin Həsən Bilalov olduğunu çox az adam bilir.
Mən Həsəni sevgi şairi kimi təqdim etdim. Heç şübhəsiz, onun ən böyük sevgisi "bir günüm olmasın, olmasın sənsiz” deyə xitab etdiyi Azərbaycan idi:
O tayım- tək canım, düşməz dilimdən,
Bir xəbər gələydi Təbriz elindən.
Həsrətin əlindən, qəmin əlindən
Bir ötən quş olam çölünə, Vətən!
Həsən Bilalov sanki saf sevginin xilası üçün doğulmuşdu. O, bu sevgini soyuq və isti müharibələrdən, tikanlı məftillərdən, qanlardan, qadalardan, nadanlıqdan qorudu. Ürəklərin get-gedə daşlaşdığı, bioloji silahlarla üzərimizdə eksperiment aparıldığı, süni intellektə meydan verildiyi bir vaxtda bu sevgiyə daha çox ehtiyac var.
Mənim qədər heç kəs, heç kəs,
Gülüm, səni sevə bilməz - deyirdi Həsən.
Üzləşdiyi bütün məhrumiyyətlərə, acılara baxmayaraq o, sonadək əhdinə vəfalı oldu:
Üzdü məni, üzdü hicran,
Dönəcəksən, yar, nə zaman?
Bu sevdanı mən başacan
Ömür kimi vurmalıyam.
Həsən Bilalov zəngin ədəbi irs qoyub getmədi. Gələcək nəsillərə bir not dəftərinə sığa biləcək qədər sözləri çatacaq. Amma əminəm ki, o, az sözü ilə hələ çox ürəyə yol tapacaq, nəsillər tərbiyə edəcək, zövqlər formalaşdıracaq. O, haqlıdır: "Bu sevdanın sonu yoxmuş”...
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Prezident bu səfirləri geri çağırdı - Yeni təyinatlar
Məmməd Afiq oğlu Talıbov Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında, eyni zamanda Honduras Respublikasında, Kolumbiya Respublikasında, Kosta Rika Respublikasında, Qvatemala Respublikasında, Panama Respublikasında və Peru Respublikasında səfiri vəzifəsindən geri çağırılıb.Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.Digər Sərəncamla Seymur Həbib oğlu Fətəliyev Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.Həmçinin, Gürsel Qüdrət oğlu İsmayılzadə Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb, yerinə Fərid Yunis oğlu Talıbov təyin edilib.Dövlət başçısı Eldar Nadir oğlu Səlimovu Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırıb, yerinə Şahin Şakir oğlu Abdullayev təyin olunub.Prezidentin digər Sərəncamı ilə Şahin...
27 Oktyabr 2025, 16:41
İstintaqa dosye təqdim olundu: "Ramiz Mehdiyevin çətiri altında 15 il gizlədilən qanlı qətl"
Ramiz Mehdiyevin istintaqa cəlb olunması onun adına bağlı olan, onun çətiri altında baş verən dəhşətli olayları, qətl işlərini yenidən gündəmə qaytarıb.CityPost.az Musavat.com-a istinadla xəbər verir ki, 15 il əvvəl Xaçmazda evində öldürülən məşhur iş adamı, "Arzu" Ticarət Mərkəzinin sahibəsi Nəcimə Babayevanın qətl işi də bu qəbildəndir.2010-cu il sentyabrın 15-də öz evində vəhşicəsinə qətlə yetirilən Nəcimə Babayevanın qatili və ya qatilləri, qətlin sifarişçiləri bu günə kimi istintaqdan kənarda qalıb, saxlanılmayıblar. Mərhum iş adamının qızı qətlin sifarişli olduğunu və Ramiz Mehdiyevin çətiri altında törədildiyini bildirir.Qeyd edir ki, analarının qətlinin araşdırılması üçün ötən illər ərzində göstərdikləri çabalara görə hər zaman olduğu kimi hazırda...
27 Oktyabr 2025, 15:03
Hüseyn Cavid adına məktəbin açılışına həsr olunmuş tədbir keçirilib
24 oktyabr 2025-ci ildə saat 14:00-da Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun konfrans zalında Azərbaycanın tarixində xarici ölkədə ilk rəsmi təhsil ocağı olan Hüseyn Cavid adına məktəbin açılışına həsr olunmuş tədbir keçirilib. Məktəbin açılışına həsr edilmiş tədbir dramaturq, yazıçı, türkçülüyün şəhidi, böyük şəxsiyyət H.Cavidin doğum gününə təsadüf edib. Tədbirdə respublikanın tanınmış elm adamları, ziyalılar, Cavidsevərlər, İstanbulda fəaliyyət göstərən H.Cavid adına Azərbaycan Millətlərarası məktəbin bir neçə nəfər şagirdi iştirak edirdilər. İstanbulda yeni açılan, ölkəmizin tarixində xarici ölkədə Türkiyə Cumhuriyyətinin İstanbul şəhərində ilk rəsmi təhsil ocağı olan Hüseyn Cavid adına Millətlərarası Azərbaycan məktəbinin açılışına həsr olunmuş tanıtım tədbirini...
27 Oktyabr 2025, 14:26
Saleh Səmədovun rəis oğlu da vəzifəsindən azad edildi
İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun ikinci oğlu da vəzifəsindən uzaqlaşdırılıb.“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə müvafiq əmr imzalanıb. Toğrul Səmədov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsindən azad edilib. Onun ədliyyə orqanlarında qulluq keçməsinə fəaliyyətində aşkar edilmiş nöqsanlarla əlaqədar xitam verilib.Qeyd edək ki, Saleh Səmədov Faşizm üzərində Qələbə Günü-9 Mayda keçirilən tədbirdə SSRİ bayrağı altında sinəsində rus imperiyasının rəmzi sayılan “Georgi lenti” ilə çıxış etdiyi üçün tənqid olunmuşdu. Onun bu davranışı Şuranın adına xələl gətirdiyindən Səmədov Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılıb. İmişli Rayon İcra Hakimiyyəti başçısının Yeni Bəhramtəpə İnzibati Ərazi Dairəsi...
27 Oktyabr 2025, 11:55
16 itkin-şəhidi dəfn olunacaq
Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha 16 şəhid dəfn olunacaq.CityPost.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
27 Oktyabr 2025, 11:40
Pensiya bu qədər artacaq
“Əmək Pensiyaları” haqqında Qanuna əsasən, yalnız əmək pensiyaları deyil, həmçinin vətəndaşlarımızın pensiya kapitalı da 2026-cı ildə indeksləşdirilərək artırılacaq. CityPost.az xəbər verir ki, həmin qanunun 29.1-1 maddəsində qeyd olunur ki, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir. Yəni, pensiya kapitalları 2025-ci ildəki illik inflyasiya səviyyəsinə uyğun olaraq artırılacaq. Milli Məclisin depitatı Vüqar Bayramov pensiya kapitalının nə qədər artırılacağından danışıb. Onun sözlərinə görə, Mərkəzi Bank 2025-ci il üçün inflyasiya proqnozuna yenidən düzəliş edib: “Baş Bankda bu il Azərbaycanda qiymətlərin 6.0 faiz artacağını proqnozlaşdırırlar. Dövlət Statistika Komitəsinə görə, bu ilin ilk 9 ayında...
27 Oktyabr 2025, 10:46