Ürək-damar xəstəlikləri üzrə dərmanlar icbari tibbi sığorta hesabına qarşılanacaq
Cəmiyyət 28 Oktyabr 2025, 15:35
276
Ürək-damar sistemi xəstəlikləri üzrə dərman vasitələrinin icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilməsi nəzərdə tutulur.
CityPost.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, gələn il Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara göstərilən tibbi xidmətlərin maliyyələşməsini genişləndirəcəkdir. Hazırda Agentlik Xidmətlər Zərfinə yeni tibbi xidmətlərin əlavə edilməsi, ambulator şəraitdə resept əsasında yazılan dərman vasitələrinin mərhələli şəkildə sığorta hesabına qarşılanması istiqamətində işlər aparır.
Həmçinin oxuyun
"Qeyd edək ki, ilk mərhələdə ürək-damar sistemi xəstəlikləri üzrə dərman vasitələrinin icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilməsi nəzərdə tutulur. Dərman təminatının tənzimlənməsinə dair bir sıra qərarlar qəbul edilib. Bu qərarlarla dərman vasitələrinin icbari tibbi sığorta hesabına kompensasiya mexanizmi, onların Xidmətlər Zərfinə daxil edilməsi və çıxarılması meyarları müəyyənləşdirilib", - məlumatda qeyd olunub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Güclü küləklə bağlı sarı və narıncı xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə oktyabrın 29-u gündüzdən 30-u gündüzədək gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.Bu barədə CityPost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bakıda və Abşeron yarımadasında, Balakən, Qax, Zaqatala, Şəki, Neftçala, Bərdə, Tərtər, Mingəçevir, Ağdam, Yevlax, Gəncə, Samux, Goranboy, Naftalan, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Daşkəsən, Qusar, Xızıda şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək. Bu da narıncı xəbərdarlığa uyğundur.Ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək....
28 Oktyabr 2025, 16:32
Saleh Səmədovun işdən qovulmuş oğlunun YERİNƏ TƏYİNAT OLUB
İmişli Rayon Ağsaqqallar Şurasının sabiq sədri Saleh Səmədovun ikinci oğlu Toğrul Səmədovun vəzifəsindən uzaqlaşdırılması barədə məlumat vermişdik. Şabranda yerləşən 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin işdən azad olunmuş rəisi Toğrul Səmədovun yerinə yeni təyinat baş tutub.CityPost.az-ın məlumatına görə, yeni təyin olunan rəis ədliyyə polkovnik-leytenantı Nazim Zülfüqarovdur.O,bundan öncə Qaradağ rayonu,Qobustan qəsəbəsində yerləşən 8 saylı cəzaçəkmə müəssisəsində əməliyyat işləri üzrə rəis müavini vəzifəsini icra edib.Qeyd edək ki,sözügedən cəzaçəkmə müəssisəsində xüsusi ilə təhlükəli cinayət törətmiş residivistlər (Red-cəzasını çəkdikdən sonra eyni və ya başqa cinayəti təkrar etmə; təkrar cinayət törətmə)məhkumlar saxlanılır.Xatırladaq ki,vaxtı ilə Lotu Quli (Nadir Sələfov) da həmin müəssisədə cəza çəkib....
28 Oktyabr 2025, 16:10
Adnan Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı
“SOCAR Treydinq”in rəhbəri ikən uzaqgörən “sövdələşmə” ustası kimi təqdim olunan Adnan Əhmədzadə, əslində, dahi treyder olmayıb. Onun “zərif” və “qlobal nüfuzlu” imicinin arxasında əhəmiyyətsiz kimi görünən, lakin dağıdıcı bir strategiya gizlənirdi. O, neft və maliyyə sektorlarındakı əsas qərarverici şəxsləri cəlb edir, manipulyasiya üçün isə elit səviyyəli eskortların xidmətlərindən yararlanırdı.CityPost.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu fikirlər nüfuzlu “Brüssel Post Nyus” nəşrinin araşdırmasında yer alıb.Nəşr Adnan Əhmədzadənin fəaliyyəti haqda indiyə qədər açıqlanmayan sensasion detalları bölüşüb:“Ətrafına yaxın mənbələr bildirirlər ki, Əhmədzadə 20-dən çox eskortu “işə götürüb”, onları “Palm Cumeirah” adlı süni ada kompleksindəki lüks villada yerləşdirib, orada müxtəlif biznes partnyorlarını cəlb etmək...
28 Oktyabr 2025, 15:22
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Cəbrayıl rayonunun Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib.CityPost.az xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev dövlətimizin başçısına Horovlu kəndində görülən işlər barədə məlumat verib.Xatırladaq ki, Horovlu kəndi 1993-cü ildə Ermənistan tərəfindən işğal edilmişdi. 2020-ci il oktyabrın 4-də Azərbaycan Ordusu kəndi işğaldan azad edib.Bu kəndin təməlini Prezident İlham Əliyev 2023-cü ilin mayında qoyub. Dövlətimizin başçısı və birinci xanım Mehriban Əliyeva ötən ilin oktyabrında Horovluda fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olublar.Ümumi sahəsi 248 hektar olan Horovlu kəndində 334 fərdi ev inşa edilib. Evlər...
28 Oktyabr 2025, 14:39
Fəzail Ağamalının rus qadından oğlu peyda oldu
Qoca sədr az aşın duzu deyilmiş...CityPost.az -ın özəl mənbələrdən əldə etdiyi xəbərə görə,Fəzail Ağamalının rus millətindən olan qadından 1987-ci il təvəllüdlü İlqar adlı övladı var.Onun adı İlqar olsa da,Oleq deyə çağırırlarmış.İlqar Ağamalıyev anası ilə birgə əvvəlcə Rusiyanın Sank-Peterburq şəhərinə köçüb.Ailə bir müddət orada yaşadıqdan sonra Almaniyada məskunlaşıb.Mənbənin verdiyi məlumata görə,Fəzail Ağamalı onu övladları Elçin,Yalçın və Günaydan daha çox sevir.Lakin,Fəzail Ağamalının evində onun qeyri-rəsmi ikinci evliliyinə görə,tez-tez dava düşürmüş,söz-söhbət olurmuş.F.Ağamalı ailənin qərarı ilə İlqarı anası ilə birgə onların istəklərinə uyğun olaraq Rusiyanın Sank-Peterburq şəhərinə köçürüb.Fəzail Ağamalının qeyri-rəsmi ailəsi 1999-cu ildən Rusiyada məskunlaşıb və oğlu İlqar biznes fəaliyyəti ilə məşğuldur.Atasından fərqli olaraq,dərin...
28 Oktyabr 2025, 11:43
İlqar Abbasovun vəzifədən qovulmasının ŞOK SƏBƏBİ – “Boz kardinal”ın əlaltısı imiş...
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə general-mayor İlqar Rza oğlu Abbasov Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi vəzifəsindən azad edilib. Media vəzifəsini itirən generalın olduqca qaba adam olduğunu,işçilərlə kobud rəftar etdiyini,hətta küçə söyüşləri səviyyəsində ifadələrə yol verdiyini yazır.CityPost.az saytı işdən qovulan general-mayorla bağlı ilginc məlumatlar əldə edib.Sən demə,İ.Abbasovun da “krişa”lığını Ramiz Mehdiyev edirmiş.Məhz “dayısı”nın adından pərvazlanan İ.Abbasov bu özbaşnalıqları edirmiş.Mənbənin verdiyi məlumata görə,İlqar Abbasovun Prokurorluq və digər dövlət qurumlarında vəzifədən-vəzifəyə durmadan sıçrayışı xəyanətkar Ramiz Mehdiyevin çətiri altında olduğu üçün baş verirmiş.Yetərincə dərin savada və biliyə malik olmayan, ilk ali təhsilini fəaliyyəti dayandırılmış...
27 Oktyabr 2025, 19:48